Gənc Tamaşaçılar TeatrıFəcr ongünlüyü”ndən qayıdıb

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının bir qrup aktyoru İran İslam Respublikasınında hər il ənənəvi keçirilən 32-ci BeynəlxalqFəcr ongünlüyüTeatr Festivalında iştirak edib. Bu barədə teatrın mətbuat xidmətindən verilən məlumatda deyilir. Dünyanın müxtəlif ölkələrinin aparıcı teatr kollektivlərinin iştirak etdiyi festival İslam inqilabının 32-ci ildönümünə hərs edilib. Dramatik İncəsənət Mərkəzinin dəvəti ilə İrana yola düşən kollektiv fevral ayının 5-də İran İslam Respublikasının Gülüstan vilayətinin Kurqan, fevralın 6-da isə Qumbat Qavuz şəhərlərində dahi ingilis yazarı U.ŞekspirinOtellotamaşası ilə çıxış ediblər. Teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi truppaya aktyorlardan Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, İlqar Cahangirov, Nofəl Vəliyev, Seyidşah Məmmədov, akytorlar Şəbnəm Hüseynova, İradə Rəşidova, Günel Məmmədova, Vüqar Məmmədəliyev, Rəşad Səfərov, Rövşən Abbasov, Aydın Dəmirov daxildir. Tamaşanın quruluşu, səhnə musiqi tərtibatı xalq artisti, mərhum rejissor İrina Perlovaya məxsusdur. Sənətçilərimiz uğurlu təqdimata görə diplomlarla təltif olunublar.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 15 fevral.- S.7.