AzərbaycandaMədəniyyətkanalı fəaliyyətə başlayıb

 

Dünən Azərbaycan teleməkanındaMədəniyyətkanalı açılıb. Azərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasım APA-ya bildirib ki, “Mədəniyyətkanalının açılışı dünən saat 20.30-da Beynəlxalq Muğam Mərkəzində olub. Kanalın təntənəli açılışından dərhal sonra 3-cü Muğam müsabiqəsinə start verilib. Bugündən isəMədəniyyətkanalı gündüz saat 12.00-dan gecə 02.00-a qədər fəaliyyət göstərəcək. Qeyd edək ki, Milli Televiziya Radio Şurasının (MTRŞ) qərarı ilə Azərbaycanda ixtisaslaşdırılmış televiziya kanalının (“Mədəniyyətteleviziya kanalının) açılması üçün Bakı Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna müsabiqə ötən il avqustun 4-dən sentyabrın 4-dək elan edilib. Lakin müsabiqədə iddiaçıların sayı 3-dən az olduğuna görə Şuranın qərarına əsasən müsabiqə baş tutmamış sayılıb. MTRŞ-nin sentyabrın 6-da verdiyi qərara əsasən, “Televiziya radio yayımı haqqındaqanunun 15-ci maddəsinin tələblərinə uyğun olaraqMədəniyyətteleviziya kanalının açılması üçün sentyabrın 7-dən oktyabrın 7-dək müsabiqə elan edilib. Müsabiqəyə yalnız bir iddiaçıAzərbaycan Televiziya Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti qatılıb. ŞuraTeleviziya radio yayımı haqqındaqanunun 15.5-ci Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydalarının 2.1.10-cu bəndinin tələblərini rəhbər tutaraq AzTV-ni müsabiqənin qalibi elan edib.

 

 

525-ci qəzet.- 2011.- 15 fevral.- S.7.