Tələbə qəbulu ilə
bağlı Lənkəranda zona müşavirəsi
keçirilib
Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran
şəhərində 2010-2011-ci tədris ili
üçün ali təhsil müəssisələrinə qəbul
imtahanlarının elmi-statistik təhlilinə həsr
olunmuş zona müşavirəsi təşkil edib. Müşavirədə
TQDK sədri Məleykə Abbaszadə, Komissiya əməkdaşları,
ekspertləri, eləcə də Lənkəran, Astara, Beyləqan,
Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Lerik,
Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şirvan, Cəbrayıl
və Yardımlı rayonlarının Təhsil Şöbələrinin
rəhbərləri, adı çəkilən rayonların
orta məktəblərinin direktorları və müəllimləri
iştirak ediblər.
Tədbirdə çıxış
edən TQDK sədri Məleykə Abbaszadə müşavirədə
iştirak edən bölgələrin 2010-cu il məzunlarının
qəbul imtahanlarındakı nəticələrinə dair
statistik məlumat verib. M.Abbaszadə bildirib ki, Lənkəranın
ümumtəhsil məktəblərini ötən il 2297
şagird bitirib və onların 1618 nəfəri attestat
alıb. Attestat alanların 915 nəfəri qəbul
imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə
əsasən rayonun 228 məzunu tələbə adını
qazanıb. Onların 83 nəfəri dövlət, 5 nəfəri
özəl ali təhsil muəssisələrinə dövlət
sifarişi uzrə, 120 nəfəri dövlət, 20 nəfəri
özəl ali təhsil müəssisələrinə ödənişli
təhsil forması üzrə qəbul olub. Rayonun məzunlarının
44 əfəri 500-dən, o cümlədən 11 nəfəri
600-dən yuxarı bal toplayıb. Rayonun abituriyentlərinin qəbul
imtahanlarında topladıqları orta bal 187.279-a bərabərdir.
Abituriyentlərinin yalnız 22.30 faizi 300-dən yuxarı bal
toplayıb. Qəbul imtahanlarında 69 məktəbin məzunları
iştirak edib. Astaranın orta məktəblərini 2010-cu ildə
1063 şagird bitirib və onların 679 nəfəri attestat
alıb. Attestat alanların 298 nəfəri qəbul
imtahanlarında iştirak edib. Qəbul nəticələrinə
əsasən rayonun 77 məzunu tələbə adını
qazanıb. Onların 25 nəfəri dövlət, 2 nəfəri
özəl ali təhsil müəssisələrinə
dövlət sifarişi uzrə, 45 nəfəri dövlət,
5 nəfəri özəl ali təhsil müəssisələrinə
ödənişli təhsil forması üzrə qəbul
olub. Rayonun məzunlarının 12 nəfəri 500-dən, o
cümlədən 1 nəfəri 600-dən yuxarı bal
toplayıb. Rayonun abituriyentlərinin yalnız 23.15 faizi 300-dən
yuxarı bal toplayıb. Qəbul imtahanlarında 42 məktəbin
məzunları iştirak edib. Beyləqan rayonunun orta ümumtəhsil
məktəblərini isə ötən 1120 şagird bitirib və
onların 881 nəfəri attestat alıb. Attestat alanların
490 nəfəri qəbul imtahanlarında iştirak edib. Qəbul
imtahanlarının nəticələrinə əsasən
rayonun 116 məzunu tələbə adını qazanıb. Onların
27 nəfəri dövlət ali təhsil müəssisələrinə
dövlət sifarişi üzrə, 84 nəfəri dövlət,
5 nəfəri özəl ali təhsil müəssisələrinə
ödənişli təhsil forması üzrə qəbul
olub. Rayonun məzunlarının 13 nəfəri 500-dən, o
cümlədən 3 nəfəri 600-dən yuxarı bal
toplayıb. Abituriyentlərin ən çoxu Sumqayıt
Dövlət Universiteti, Dövlət Aqrar Universiteti və
Müəllimlər İnstitutuna qəbul olub. Rayonun
abituriyentlərinin qəbul imtahanlarında topladıqları
orta bal 175.718-ə bərabərdir. Beləliklə, rayonun
abituriyentlərinin yalnız 20.41 faizi 300-dən yuxarı bal
toplayıb. Qəbul imtahanlarında 44 məktəbin məzunları
iştirak edib.
M.Abbaszadənin sözlərinə
görə, Biləsuvarın orta məktəblərini ötən
il 1117 şagird bitirib və onların 806 nəfəri attestat
alıb. Attestat alanların 513 nəfəri qəbul
imtahanlarında iştirak edib. Nəticələrinə əsasən
rayonun 136 məzunu tələbə adını qazanıb. Onların
65 nəfəri dövlət, 1 nəfəri özəl ali təhsil
müəssisələrinə dövlət sifarişi üzrə,
62 nəfəri dövlət, 8 nəfəri özəl ali təhsil
müəssisələrinə ödənişli təhsil
forması üzrə qəbul olub. Rayonun məzunlarının
35 nəfəri 500-dən, o cümlədən 5 nəfəri
600-dən yuxarı bal toplayıb. Rayonun abituriyentlərinin qəbul
imtahanlarında topladıqları orta bal 207.265-ə bərabərdir.
Abituriyentlərin yalnız 25.73 faizi 300-dən yuxarı bal
toplayıb. Qəbul imtahanlarında 26 məktəbin məzunları
iştirak edib. Cəlilabadın ümumtəhsil məktəblərini
2010-cu ildə 2127 şagird bitirib və onların 1059 nəfəri
attestat alıb. Attestat alanların 558 nəfəri qəbul
imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə
əsasən rayonun 127 məzunu tələbə adını
qazanıb. Onların 43 nəfəri dövlət, 1 nəfəri
özəl ali təhsil müəssisələrinə
dövlət sifarişi üzrə, 74 nəfəri dövlət,
9 nəfəri özəl ali təhsil müəssisələrinə
ödənişli təhsil forması üzrə qəbul
olub. Rayonun məzunlarının 23 nəfəri 500-dən, o
cümlədən 6 nəfəri 600-dən yuxarı bal
toplayıb. Rayonun abituriyentlərinin yalnız 21.68 faizi 300-dən
yuxarı bal toplayıb. Qəbul imtahanlarında 74 məktəbin
məzunları iştirak edib. Hacıqabulun orta məktəblərini
ötən il 752 şagird bitirib və onların 554 nəfəri
attestat alıb. Attestat alanların 262 nəfəri qəbul
imtahanlarında iştirak edib. Nəticələrə görə,
rayonun 65 məzunu tələbə adını qazanıb. Onların
20 nəfəri dövlət ali təhsil müəssisələrinə
dövlət sifarişi uzrə, 40 nəfəri dövlət,
5 nəfəri özəl ali məktəblərin ödənişli
təhsil forması uzrə qəbul olub. Ryonun məzunlarının
9 nəfəri 500-dən, o cümlədən 1 nəfəri
600-dən yuxarı bal toplayıb. Rayonun abituriyentlərinin
yalnız 17.18 faizi 300-dən yuxarı bal toplayıb. Qəbul
imtahanlarında 28 məktəbin məzunları iştirak
edib: “İmişlinin orta məktəblərini ötən il
1370 şagird bitirib və onların 1154 nəfəri attestat
alıb. Attestat alanların 548 nəfəri qəbul
imtahanlarında iştirak edib. Nəticələrə əsasən
rayonun 112 məzunu tələbə adını qazanıb. Onların
33 nəfəri dövlət, 1 nəfəri özəl ali təhsil
müəssisələrinə dövlət sifarişi uzrə,
61 nəfəri dövlət, 17 nəfəri özəl ali təhsil
müəssisələrinə ödənişli təhsil
forması üzrə qəbul olub. Rayonun məzunlarının
20 nəfəri 500-dən, o cümlədən 7 nəfəri
600-dən yuxarı bal toplayıb. Rayonun abituriyentlərinin qəbul
imtahanlarında topladıqları orta bal 160.46-ya bərabərdir.
Rayonun abituriyentlərinin yalnız 17.88 faizi 300-dən
yuxarı bal toplayıb. Qəbul imtahanlarında 57 məktəbin
məzunları iştirak edib.
Lerik rayonunun ümumtəhsil məktəblərini
2010-cu ildə 610 şagird bitirib və onların 392 nəfəri
attestat alıb. Attestat alanların 260 nəfəri qəbul
imtahanlarında iştirak edib. İmtahan nəticələrinə
əsasən rayonun 61 məzunu tələbə adını
qazanıb. Onların 23 nəfəri dövlət, 1 nəfəri
özəl ali təhsil müəssisələrinə
dövlət sifarişi üzrə, 29 nəfəri dövlət,
8 nəfəri özəl ali təhsil müəssisələrinə
ödənişli təhsil forması üzrə qəbul
olub. Rayonun məzunlarının 10 nəfəri 500-dən, o
cümlədən 1 nəfəri 600-dən yuxarı bal
toplayıb. Rayonun abituriyentlərinin yalnız 17.69 faizi 300-dən
yuxarı bal toplayıb. Qəbul imtahanlarında 36 məktəbin
məzunları iştirak edib. Masallının təhsil müəssisələrini
isə ötən il 2038 şagird bitirib və onların 1099 nəfəri
attestat alıb. Attestat alanların 669 nəfəri qəbul
imtahanlarında iştirak edib. Nəticələrə əsasən
rayonun 231 məzunu tələbə adını qazanıb.
Onların 88 nəfəri dövlət, 4 nəfəri özəl
ali təhsil müəssisələrinə dövlət
sifarişi uzrə,106 nəfəri dövlət, 33 nəfəri
özəl ali təhsil müəssisələrinə ödənişli
təhsil forması uzrə qəbul olub. Rayonun məzunlarının
37 nəfəri 500-dən, o cümlədən 8 nəfəri
600-dən yuxarı bal toplayıb. Abituriyentlərin yalnız
29.45 faizi 300-dən yuxarı bal toplayıb. Qəbul
imtahanlarında 63 məktəbin məzunları iştirak
edib”. TQDK sədri vurğulayıb ki, Neftçalanın orta məktəblərini
ötən il 837 şagird bitirib və onların 688 nəfəri
attestat alıb. Attestat alanların 485 nəfəri qəbul
imtahanlarında iştirak edib. Qəbul nəticələrinə
görə, rayonun 178 məzunu tələbə adını
qazanıb. Onların 78 nəfəri dövlət, 3 nəfəri
özəl ali təhsil müəssisələrinə
dövlət sifarişi uzrə, 91 nəfəri dövlət,
6 nəfəri özəl ali təhsil müəssisələrinə
ödənişli təhsil forması üzrə qəbul
olub. Rayonun məzunlarının 33 nəfəri 500-dən, o
cümlədən 6 nəfəri 600-dən yuxarı bal
toplayıb. Rayonun abituriyentlərinin yalnız 31.75 faizi 300-dən
yuxarı bal toplayıb. Qəbul imtahanlarında 28 məktəbin
məzunları iştirak edib. Saatlının təhsil
ocaqlarını ötən il 889 şagird bitirib və
onların 640 nəfəri attestat alıb. Attestat alanların
316 nəfəri qəbul imtahanlarında iştirak edib. Nəticələrə
görə, rayonun 86 məzunu tələbə adını
qazanıb. Onların 28 nəfəri dövlət, 2 nəfəri
özəl ali təhsil müəssisələrinə
dövlət sifarişi uzrə, 48 nəfəri dövlət,
8 nəfəri özəl ali təhsil müəssisələrinə
ödənişli təhsil forması uzrə qəbul olub.
Rayonun məzunlarının 16 nəfəri 500-dən, o
cümlədən 3 nəfəri 600-dən yuxarı bal
toplayıb. Abituriyentlərin ən çoxu Azərbaycan
Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət
Universitetinə qəbul olub. Rayonun abituriyentlərinin qəbul
imtahanlarında topladıqları orta bal 188.09-a bərabərdir.
Bu, respublika üzrə orta göstəricidən 16.9 faiz
aşağıdır. Rayonun abituriyentlərinin yalnız 21.52
faizi 300-dən yuxarı bal toplayıb. Qəbul
imtahanlarında 28 məktəbin məzunları iştirak
edib. Sabirabad rayonunun ümumtəhsil məktəblərini isə
2010-cu ildə 1998 şagird bitirib və onların 1292 nəfəri
attestat alıb. Attestat alanların 519 nəfəri qəbul
imtahanlarında iştirak edib. İmtahan nəticələrinə
əsasən rayonun 145 məzunu tələbə adını
qazanıb. Onların 59 nəfəri dövlət ali təhsil
müəssisələrinə dövlət sifarişi üzrə,
77 nəfəri dövlət, 9 nəfəri özəl ali təhsil
müəssisələrinə ödənişli təhsil
forması uzrə qəbul olub. Rayonun məzunlarının 29
nəfəri 500-dən, o cumlədən 5 nəfəri 600-dən
yuxarı bal toplayıb. Abituriyentlərin qəbul
imtahanlarında topladıqları orta bal 195.604-ə bərabərdir.
Rayonun abituriyentlərinin yalnız 24.86 faizi 300-dən
yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla
olan abituriyentlərindən qəbul imtahanlarında 500 baldan
yuxarı nəticə gostərərək məktəb nailiyyətlərini
təsdiq edənlər cəmi 50.00 faizdir. Qəbul
imtahanlarında 62 məktəbin məzunları iştirak
edib. M.Abbaszadənin dediyinə görə, Salyanın
ümumtəhsil məktəblərini ötən il 1322
şagird bitirib və onların 941 nəfəri attestat
alıb. Attestat alanların 663 nəfəri qəbul
imtahanlarında iştirak edib. Nəticələrə əsasən
rayonun 278 məzunu tələbə adını qazanıb.
Onların 141 nəfəri dövlət, 1 nəfəri özəl
ali təhsil müəssisələrinə dövlət
sifarişi üzrə, 117 nəfəri dövlət, 19 nəfəri
özəl ali təhsil müəssisələrinə ödənişli
təhsil forması uzrə qəbul olub. Rayonun məzunlarının
64 nəfəri 500-dən, o cümlədən 18 nəfəri
600-dən yuxarı bal toplayıb. Rayonun abituriyentlərinin qəbul
imtahanlarında topladıqları orta bal 241.198-ə bərabərdir.
Bu, ölkə üzrə orta göstəricidən 6.6 faiz
yuxarıdır. Rayonun abituriyentlərinin yalnız 34.99 faizi
300-dən yuxarı bal toplayıb. Qəbul imtahanlarında 36 məktəbin
məzunları iştirak edib. Bu məktəblərdən Yeni
Uluxanlı, Seyidsadıqlı, I Varlı və Qardili kənd
orta məktəblərinin bir abituriyenti belə ali təhsil
müəssisəsinə qəbul olmayıb. Ölkə uzrə
yaxşı məktəblərin sırasına bu il rayonun
Humanitar fənlər təmayüllü 1 saylı məktəbliseyi,
Texniki fənlər təmayüllü 7 saylı məktəb-liseyi,
6 və 8 saylı şəhər, Qaracala qəsəbə,
Xıdırlı, Aşağı Kürkənd,
Marışlı, Arbatan və Çuxanlı kənd orta məktəbləri
daxil olub. Şirvan rayonunun orta məktəblərini ötən
il 750 şagird bitirib və onların 637 nəfəri attestat
alıb. Attestat alanların 503 nəfəri qəbul
imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə
əsasən şəhərin 184 məzunu tələbə
adını qazanıb. Onların 71 nəfəri dövlət,
4 nəfəri özəl ali təhsil müəssisələrinə
dövlət sifarişi üzrə, 99 nəfəri dövlət,
10 nəfəri özəl ali təhsil müəssisələrinə
ödənişli təhsil forması üzrə qəbul
olub. Şəhərin məzunlarının 39 nəfəri
500-dən, o cümlədən 10 nəfəri 600-dən
yuxarı bal toplayıb. Şəhərin abituriyentlərinin qəbul
imtahanlarında topladıqları orta bal 231.188-ə bərabərdir.
Bu, ölkə üzrə orta göstəricidən 2.2 faiz
yuxarıdır. Abituriyentlərinin yalnız 29.62 faizi 300-dən
yuxarı bal toplayıb. Şəhərin attestat qiymətləri
əla olan abituriyentlərindən qəbul imtahanlarında 500
baldan yuxarı nəticə göstərərək məktəb
nailiyyətlərini təsdiq edənlər 87.50 faizdir: “Cəbrayılın
təhsil ocaqlarını ötən il 605 şagird bitirib və
onların 496 nəfəri attestat alıb. Attestat alanların
367 nəfəri qəbul imtahanlarında iştirak edib. Nəticələrə
görə, rayonun 92 məzunu tələbə adını
qazanıb. Rayonun məzunlarının 13 nəfəri 500-dən,
o cümlədən 3 nəfəri 600-dən yuxarı bal
toplayıb. Abituriyentlərinin qəbul imtahanlarında
topladıqları orta bal 184.767-yə bərabərdir. Bu,
ölkə üzrə orta göstəricidən 18.3 faiz
aşağıdır. Rayonun abituriyentlərinin yalnız 21.80
faizi 300-dən yuxarı bal toplayıb. Qəbul
imtahanlarında 40 məktəbin məzunları iştirak
edib. Yardımlının təhsil ocaqlarını ötən
il 811 şagird bitirib və onların 439 nəfəri attestat
alıb. Attestat alanların 243 nəfəri qəbul
imtahanlarında iştirak edib. Nəticələrə əsasən,
rayonun 47 məzunu tələbə adını qazanıb. Məzunların
8 nəfəri 500-dən, o cumlədən 1 nəfəri 600-dən
yuxarı bal toplayıb. Rayonun abituriyentlərinin qəbul
imtahanlarında topladıqları orta bal 174.881-ə bərabərdir.
Abituriyentlərinin yalnız 18.93 faizi 300-dən yuxarı bal
toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən
qəbul imtahanlarında 500 baldan yuxarı nəticə
göstərərək məktəb nailiyyətlərini təsdiq
edənlər yoxdur. Qəbul imtahanlarında 41 məktəbin
məzunları iştirak edib. Qəbul imtahanlarında 41 məktəbin
məzunları iştirak edib. Bu məktəblərdən
Yolocaq, Arus, Şəfəqli, Honuba, Telavar, Horavar, Alar,
Avaş, Ostayir, Zevin, Porsova, Dağüzü, Çanaqbulaq,
Sırıq, Perinbel, Arvana, Honuba-Şıxlar,
Bürzünbül, Ərsilə və Horonu kənd orta məktəblərinin
bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul
olmayıb. Yolocaq, Arus, Telavar və Sırıq kənd orta məktəbləri
abituriyentlərinin topladığı orta bal 100-dən
aşağıdır. Ölkə üzrə yaxşı məktəblərin
sırasına bu il rayonun Gavran kənd orta məktəbi daxil
olub”.
S.QARAYEVA
525-ci qəzet.- 2011.- 15 fevral.- S.5.