Nənəmiz Qarabağ

 

Qarabağ mövzusu müasir ədəbiyyatımızın həmişə qanayan yarasıdır. Ədəbiyyatçılarımız qələmlərinin iti ucu ilə bu yaranı qaşıdıqca, qaşıyacaq. Yaratdıqları müxtəlif obrazlarla, dramatik səhnələrlə ruhumuzu göynətməyə çalışacaqlar. Çalışacaqlar ki, bu ağrını atalarımız kimi unutmayaq. İndi öz zamanımız, öz zəmanəmizdi. Biz döyüşürük! Məharətlə bacardığımız unutqanlığı milli xarakterimizdən indi köhnə mesaj kimi silib atmaq vaxtıdır. Oyatmaq vaxtıdır bütün qanlı xatirələri. Üstünə qalaqlanmış içi saxta, üstü taxta kitabların altında gizlədilmiş bu xalqın cib dəftərlərini, gündəliklərini cəsarətlə çıxardıb, ortaya qoymaq vaxtıdır. Müdirik bir sözü xatırlayıram: “Tarixi tarixçilər yox, ədəbiyyatçılar yazır”. Yazır! Bu gün doğrudan da ədəbiyyatçılarımız sabahın tarixini yazır. İndi bu əsərlər irili, xırdalı yol hərəkət nişanları kimidir. Hər tindəözümüzəgedən yolçunun qarşısına çıxır təlim verir. Amma uzanıb gedən dolaşıq yollar hələ çoxdur, hələ çox nişana ehtiyacımız var. Bizim bir daha azmağa haqqımız yoxdur axı. Qeyd elədiyim kimi Qarabağımızdan, qapqara bağımızdan xeyli əsərlər yazılır. Yazılan əsərlərin hamısı bədiilik baxımından yüksək səviyyədə olmasa da, hamısında millətimizin dərdi işıqlanıb. hamısı bir Qarabağ pıçıltısıdır. Pıçıltılar isə birləşəndə gurlaşır. Buna sevinməyə dəyər. Amma bədii əsər baxımından Qarabağdan yazılmış ədəbi əsərlərin əksəriyyəti həm sujet, həm məna, həm ideya baxımından bir-birlərinə çox yaxındır. Hətta bəzilərində sadəcə obrazların, məkanın adları fərqlənir. Ümumi ana xətt isə eyni rəngdə, eyni çalarda, eyni şəkildədir. Bunu həm bütün qarabağlıların taleyindəki oxşarlıqla uyğunlaşdırmaq olar. Doğrudan da qarabağlıların hamısı eyni cür ölüb, eyni cür əsir düşüb, eyni cür qaçıb. Hər müəllifin oxucularla tanış elədiyi bir qarabağlı öz qonşusunun taleyinə ortaqdır. Amma təbii ki, qismətlər fərqlidir. Mən Ziyəddin müəlliminGəlirəm anaadlı sənədli hekayəsini oxuyanda bir daha buna əmin oldum. Onun obrazları ən yaxşı tanıdığı qohumlar, tanışlar, qonşulardı. Ümumiyyətlə bu hekayədə fərqlilik açıq aydın görünür. Tanınmış yazıçı-publisist Ziyəddin Sultanovun istedadı hələ sovet dövründən Azərbaycan oxucularına, qələm sahiblərinə yaxşı məlum idi. MənGəlirəm anaadlı hekayə haqqında danışmamışdan əvvəl isə gəncləri Ziyəddin Sultanovla tanış etmək məqsədi ilə müəllifin bioqrafiyasını diqqətə çatdırmaq istəyirəm. İstedadlı yazıçı-jurnalist Ziyəddin Sultanov 1952-ci ildə Ağdamın Mollalar kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. HazırdaXalq qəzetinin Qarabağ bölgəsi üzrə müxbiridir. İndiyə kimi Ziyəddin müəlliminMəni sevən var”, “Ömür keçdi, gün keçdi”, “Qarabağ gündəliyi”, “Qarabağın qara günləri”, “Xocalı faciəsi”, “Ağdərədən gələn var ”, “Burdan bir atlı keçdi”, “Kəklik”, “Bir qonağam bu dünyada”, “Əsirlər, girovlar, itkinlər ”, “Qarabağ müharibəsi: faktlar... hadisələr... düşüncələr...” adlı kitabları işıq üzü görüb. Ziyəddin Sultanov respublikanın əməkdar jurnalisti, Qarabağ müharibəsinin veteranıdır. Yaradıcılığına görəQızıl qələm”, Zərdabi adınaDan ulduzu”, “ArazAli ədəbi mükafatları laureatıdır. Göründüyü kimi Ziyəddin Sultanov qanıyla, canıyla, bütün dünyasıyla, düşüncələri arzularıyla büsbütün Qarabağdır. Odur ki, Ziyəddin müəllimin obrazları, bizimlə tanış etdiyi adamlar olduqca real simalardı. Onların taleləri, qismətləri ürək yaxandı. Yuxarıda adın çəkdiyimGəlirəm anaadlı sənədli hekayədəki Ülkərin qismətinə daha çox acıdım. Bir qarabağlı kimi mənim uşaqlığımın illərinə ağır günlər düşüb. Ona görə əsəri oxuyanda həmkəndlilərimi, qonşularımı, qohumlarımı bir daha xatırladım. Təsvir olunan o doğma yerlər üçün burnumun ucu göynədi. Uşaqlıq illərim bir kino lenti kimi gözlərimin önündən keçdi. Əsərdəki Tutu nənəni Qənirə nənəmin obrazında gördüm. Ölənə qədər Ağdamdan, evindən bir addım da çıxmayan Qənirə nənəm! Biz onu Qaraca qəbiristanında dəfn edəndən bir həftə sonra Ağdam işğal olundu. Bundan sonra dərdlərin üstünə dərd gəldi. Hamı qarabağsızlıq adlı xəstəliyə tutuldu. “Müalicənin xeyri, – dedi. – Mənim əlacım Kəlbəcərdədir, Başlıbeldədir, Ağa bulağındadır. 70 yaşlı anamın son anda görünməmiş bir qüvvə ilə çıxdığı qayadadır. Gözlərim görə-görə elə bil arvad heykələ dönüb dağlara çəkildi... Bir qapımızdakı təndirimiz... çörək yapmışdım. Köçhaköç elə qəfil başladı ki, birini çəkə bilmədim...” Əsərin ən maraqlı obrazı Tutu nənədir. Tutu nənə o bombardmanda, o qaçaqaçda canını ölümdən qurtarmaq əvəzinə neynəsə yaxşıdır? “Ağa bulağına çathaçatda Tutu qarı elə bil havalandı: “Biz hara gedirik. Dəli-zad olmamışıq ki... Yurd-yuvamızı kimə tapşırırıq. Axı, bu yerlərdə bizim babalarımızın ruhu dolaşır. Topsuz-tüfəngsiz torpaq verərlər?”. Bəli Tutu nənə qızıyla getməyə qəti etiraz eləyir. Hətta Ülkəri hədələyir ki, bu saat qaçanlara qoşulub getməsə özünü qayadan dərəyə atacaq. Bu deməkdir? Kapitan batan gəmisini tərk eləmir. Tutu nənə el-obasını qoyub getməyi mənliyinə sığışdırmır. Ülkər qədərgedək, qaçaqdeyə yalvarsa da, Tutu nənənin inadını qıra bilmir. Əsərin ən dramatik yeri məhz bu andır. Bir tərəfdə Ülkərin qonşularla göndərdiyi körpə balası, bir yandan da qoca anası. Amma Tutu nənə Ülkəri məcbur edir ki, elə bu saat qızının dalınca getsin. Yoxsa elə indi özünü dərəyə atacaq. Ülkər bilir ki, anası dediyini eləyər. Ülkər anasından ayrılmağa məcbur olur. O, anasını dağlara tapşırıb gedir. “- Narının qızı olmasaydı, anam desəydi , eləsəydi onu tək qoyub gəlməzdim. Uşağı qonşumuz Mərdəban xalaya qoşmuşdum. Qorxdum ki, dözməyə, bizim gəlmədiyimizi görüb, geri qayıdar, düşmən əlinə keçər.” Əsər doğrudan da adamın sarı siminə toxuna bilir. Ziyəddin müəllim qəhrəman nənəmizi obrazlaşdıraraq həm Qarabağ faciəsinə, həm Qarabağ qəhrəmanlığına bir səhifə artırıb. Qarabağımızın yeni tarixi səhifəsi. Gələcək nəsillər tanıdıqları qeyrətli, igid oğulların Tutu nənəsini tanıyacaq. bu millətin kişisi kimi qoca qadınının da cəsarətini, qeyrətini, əzmini görəcəklər. Hələ çox sonralar da zaman-zaman özümüzə Tutu nənənin sualını verəcəyik: – “Topsuz-tüfəngsiz torpaq verərlər?” Yox, ay Tutu nənə verməzdilər. Sən indi elə sənin kimi inadkar olmuş Qənirə nənəmin yanındasan. Siz vermədiniz. Orda, evinizdə sizin ruhunuz dolaşır. O dağlarımız, o qayalarımız, el-obamız, kəndimiz sizin əlinizdədir. Bəlkə elə siz öz analarınıza bənzəyibsiniz. Bəlkə onlar da vaxtı ilə sizin kimi qayalara, kəndlərə, el-obamıza dönüblər. Ana Vətənsözünü Ziyəddin müəllim kimi oğullar, nəvələr yazıb.

 

 

Vüsal NURU

 

525-ci qəzet.- 2011.- 17 fevral.- S.6.