Fəzail İbrahimli: “Korrupsiyanın qarşısını çox asanlıqla almaq olar,

 

AMMA BUNUN ÜÇÜN BÜTÜN İCTİMAİYYƏTİN PROSESƏ ÜRƏKLƏ QOŞULMASI LAZIMDIR” 

 

MÜSAHİBİMİZ AZƏRBAYCANIN AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDAKI (AŞPA) NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVÜ, VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASINDAN (VHP) OLAN MİLLƏT VƏKİLİ FƏZAİL İBRAHİMLİDİR 

 

Məlum olduğu kimi, yanvarın sonlarından etibarən Azərbaycanda korrupsiya qarşı mübarizə tədbirləri intensivləşdirilib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin yekunları ilə bağlı müşavirəsində verdiyi tapşırığa uyğun olaraq yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın İclası keçirilib. İclasda qeyd edilib ki, ölkədə dövlət orqanlarının fəaliyyəti ilə bağlı narazılıqlar var bunlar ölkənin inkişafı prosesinə mənfi təsir edir, görülən işlərə kölgə salır. Bununla bağlı müxtəlif nazirliklərin dövlət komitələrinin kollegiya iclasları keçirilib, xeyli sayda məmur işdən azad olunub. Dövlət qurumlarının fəaliyyətində müsbət dəyişikliklər müşahidə olunub. Amma müxalifət adətinə xilaf çıxmayaraq bu dəfə antikorrupsiya tədbirlərinin müvəqqəti xarakter daşıdığını vurğulayıbdır. Parlamentin fevralın 11-də keçirilən iclasında da bu məsələ geniş müzakirələrə səbəb olub. Millət vəkilləri korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirilməsini tələb ediblər. Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan millət vəkili Fəzail İbrahimli ilə söhbətimizdə bu istiqamətdə aparılan işlər barədə danışdıq.

 Korrupsiyaya qarşı mübarizə bilavasitə Azərbaycanın müstəqillik tarixi ilə bağlı olan məsələdir. Biz bunu iki anlamda başa düşməliyik. Birincisi, korrupsiyaya qarşı mübarizə tədbirləri aparılan geniş miqyaslı dövlət siyasətinin, islahatların tərkib hissəsidir. Bu təsadüfi deyil. Çünki korrupsiyaya qarşı mükəmməl qanunverici baza hazırlanıb. Korrupsiyaya qarşı mübarizə ilə bağlı yaxşı bir qanunumuz var. Bu siyasətin davamlılığını təmin etmək üçün Dövlət Proqramı Milli Strategiya da qəbul olunub icra edilir. Prezident Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya fəaliyyət göstərir. Yəni korrupsiyaya qarşı mübarizənin aparılması üçün təşkilati addımlar da atılıb. İkinci tərəfdən qeyd etmək lazımdır ki, son vaxtlar müşahidə etdiyimiz korrupsiyaya qarşı mübarizənin yeni bir mərhələsidir. Bunu təsadüfi, hər hansı zaman kəsiyində baş verən hadisə kimi qiymətləndirmək lazım deyil. Bu tədbirlər hamı tərəfindən bəyənilən, əsasında böyük ictimaiyyətin ümumi rəyi dayanan ciddi bir məsələdir. Korrupsiya ölkəni içəridən didib-dağıdan bir prosesdir. Bu, işləmək qabiliyyəti olan insanların əlini işdən soyudur, işləyən adamların sıradan çıxarılmasına səbəb olur. Korrupsiya siyasi buqələmunlar üçün çox yaxşı bir baza yaradır. Elə vəziyyət yaranır ki, korrupsioner elementlər cəmiyyətdə özlərinə yer tapa bilirlər. Digər tərəfdən, korrupsiyaya qarşı mübarizə dövlətimizin beynəlxalq imici deməkdir. Təbii ki, biz müstəqil Azərbaycanın dünyanın bütün dövlətlərindən təmiz olmasını istəyirik. Onu da deməliyəm ki, hökumətin həyata keçirdiyi son tədbirlər əhali tərəfindən böyük sevinclə qarşılanır. Bu proseslərin arxasında qanun, dövlət başçısı icra aparatı durur. Ən əsası isə ölkə ictimaiyyətinin hər bir üzvü görülən işlərdən razıdır. Yəni ictimai rəy bu prosesləri bəyənir. Mənim fikrimcə, aparılan işlər qısa müddət ərzində Azərbaycan üçün problem yarada biləcək məsələlərin həllinə yardım göstərə biləcək. 

Amma bəziləri görülən işlərin kampaniya xarakterli olduğunu iddia edirlər. 

Bizdə belə bir xasiyyət var ki, hətta ən yaxış hərəkətlərə belə nəsə qulp qoya bilirik. Bəzən isə cəmiyyət üçün zərərli olan şeyləri reklam edirik. Əgər bu gün korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilibsə, ictimai rəy bunu bəyənirsə, proses gedirsə, bədbinliyə qapılmağa əsas yoxdur. Bu proseslərin ən ilə nəticələnəcəyini hamımız görəcəyik. Kimsə proseslərin kampaniya xarakter daşıdığını o aman deyə bilər ki, korrupsiyaya qarşı mübarizə tədbirləri dayandırılsın. Amma hamımız şahidik ki, bu proses dayanmayıb, əksinə, günü-gündən güclənir. Buna görə də aparılan işlərin kampaniya xarakterli olduğunu iddia etmək insanları ruhdan salmağa xidmət edir. Mən deyərdim ki, bu, korrupsioner elementlərin özlərinin yaydıqları şayiələrdir və onların maraqlarına xidmət edir. Mən inanıram ki, korrupsiyaya qarşı mübarizə kampaniya deyil, dövlətimizin müəyyənləşdirdiyi strateji xətdir. 

– Bu proseslərdə xarici faktorların rolu nə qədərdir? Bəziləri iddia edirlər ki, korrupsiyaya qarşı mübarizə tədbirlərinin intensivləşdirilməsi ərəb ölkələrində baş verən inqilablarla bağlıdır... 

– Bunların hamısı yozumdur. Kim nə düşünür, onu da danışır. Ərəb ölkələrində baş verənlər yerli əhalinin istəyi idi. Amma bizdəki antikorrupsiya tədbirlərini həmin proseslərlə əlaqələndirmək doğru deyil. Məgər bizim “Korrupsiyaya qarşı mübarizə” haqqında qanunumuz hazırlananda da ərəb ölkələrində inqilab dalğası yaşanırdı? Biz bu qanunu 5 il bundan qabaq qəbul etmişik. Bu qanunun qəbul olunması geniş müzakirələrlə keçib. Biz Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanı yaradanda da ərəb ölkələrində heç bir iğtişaş yox idi. Filosofluq etmək, yozumlar vermək asandır. Əsl həqiqət isə reallıqdadır. Reallıqda isə korrupsiyaya qarşı mübarizə tədbirləri davam edir. 

– Bəs bu prosesin daha da irəliyə aparılması üçün hansı tədbirlər görülməlidir? 

– Bilirsiniz ki, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üçün prezident səviyyəsində tapşırıq verilib. Hər kəs öz işini bilir. Korrupsionerlər əməllərindən imtina etməli, mübarizə tədbirlərini həyata keçirməli olanlar isə işlərini daha ciddiyyətlə davam etdirməlidirlər.

 Bəs ictimai sektor bu prosesdə necə iştirak etməlidir? 

Bilirsiniz, korrupsiyanın qarşısını çox asanlıqla almaq olar. Amma bunun üçün bütün ictimaiyyətin prosesə ürəklə qoşulması lazımdır. Heç kimə sirr deyil ki, korrupsiyanın iki tərəfi varrüşvəti verən alan. Əgər alan rüşvəti almaqdan qorxursa, artıq rüşvət vermək istəyən bunu edə bilməyəcək. Yaxud da hər hansı bir işi həyata keçirmək istəyən şəxs bunu qanuni yollarla reallaşdıra biləcəksə, rüşvət verməyəcək. Amma bu bir faktdır ki, vətəndaşlarımızın əksəriyyəti işlərini daha rahat həll etmək üçün rüşvət verməkdə maraqlı olur. Əslində, biz rüşvətə qarşı mübarizəni bir əxlaq məsələsinə çevirməliyik. İnşallah, buna nail ola bilsək, korrupsiyaya qarşı mübarizə tədbirlərində böyük uğura imza atacağıq. Azərbaycan insanının ruhu təmizləndikdən sonra ölkəmiz dünyanın ən rahat məmləkətlərindən birinə çevriləcək. 

Mentalitetdən söz düşmüşkən, bəziləri inanmırlar ki, Azərbaycan vətəndaşları rüşvət vermək vərdişindən əl çəkə bilsinlər... 

Bilirsiniz, müəyyən çirkinliklər dünyanın hər ölkəsində var. Əxlaqsız adamların əməlləri həmişə olacaq buna qarşı həmişə mübarizə aparılmalıdır. Əsas problem odur ki, biz rüşvəti ümumi prinsipinə çevirməliyik. Bu bir faktdır ki, müəyyən mənəvi psixoloji faktorların təsiri ilə korrupsiya prosesinə istəməyərək qoşulanlar var. Biz onları bu prosesdən çəkindirməliyik.

 

 

Kamil HƏMZƏOĞLU

 

 525-ci qəzet.- 2011.- 18 fevral.- S.4.