Misir Mərdanov Niderlandın Azərbaycandakı
səfiri ilə görüşüb
Dünən təhsil
naziri Misir Mərdanovun Niderland Krallığının Azərbaycandakı
səfiri Aryen Uyterlinde ilə görüşü olub. Görüş
zamanı çıxış edən təhsil naziri Misir Mərdanov
Azərbaycanla Niderland Krallığı arasındakı təhsil
sahəsində əməkdaşlıq perspektivlərindən
söz açıb. Əməkdaşlığın
daha da genişləndirilməsi üçün müxtəlif
görüşlərin, simpoziumların keçirilməsini,
alimlərin mübadiləsinin aparılmasını
vurğulayan nazir bu işdə qeyd olunan ölkənin səfirliyinin
üzərinə də mühüm vəzifələr
düşdüyünü diqqətə çatdırıb:
“Biz çalışmalıyıq ki, təhsil sahəsindəki
əlaqələrimizi daha da genişləndirək. Niderland
Krallığı ilə Azərbaycan arasında bütün
sahələr o cümlədən təhsil sahəsi üzrə
əlaqələrin qurulmasında Niderland
Krallığının ölkədəki səfirliyinin
üzərinə böyük iş düşür. Mən əminəm ki, qarşılıqlı əlaqələrin
daha da genişləndirilməsi və inkişaf etdirilməsi
üçün səfirlik tərəfindən lazımi tədbirlər
həyata keçiriləcək”. Niderland
Krallığının Azərbaycanla münasibətlərdə
təhsil sahəsinə böyük önəm verdiyini qeyd edən
səfir səmimi qəbul üçün təhsil naziri
Misir Mərdanova təşəkkürünü bildirib.
Öz növbəsində
qarşılıqlı əlaqələrdə bütün
sahələrin vacib olduğunu deyən A.Uyterlinde təhsil sahəsində
əməkdaşlığın xüsusi önəm
daşıdığını vurğulayıb. Səfir öz ölkəsində tibb, kənd təsərrüfatı
və biznesin idarə edilməsi istiqamətlərinin geniş
inkişaf etdiyini nəzərə alaraq, bu sahədə əməkdaşlıq
təklifi ilə çıxış edib. Hər iki ölkənin universitetləri arasında
elmi-tədqiqat sahəsi üzrə əməkdaşlığın
inkişafının məqsədəuyğunluğunu qeyd edən
səfir, eyni zamanda öz ölkəsində təhsil sahəsi
üzrə İKT-nin tətbiqi istiqamətində
görülən işləri diqqətə
çatdırıb. Görüşdə ölkədə
təhsil sahəsi ilə bağlı təşkil olunan beynəlxalq
sərgilərdə Niderland Krallığının
iştirakı, qarşılıqlı səfərlərin təşkili
və digər bu kimi məsələlər üzrə fikir
mübadiləsi aparılıb, eləcə də ikitərəfli
münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə
əminlik ifadə olunub.
S.QARAYEVA
525-ci qəzet.-
2011.- 18 fevral.- S.2.