İki gənc şair haqqında bir yazı

 

Bu yaxınlarda otağımda mənə bağışlanan yeni kitabları gözdən keçirirdim. Daha çox elmi məzmunda olan bu nəşrlərin arasında Naxçıvanda yaşayıb-yaradan iki gənc şair dostumun kitabları elə bil bir az qəribsəmiş kimi idi. Ovqatım da elə o kitablar kimi olduğundan, həm onların qəribliyini unutdurmaq, həm özümü bu qəribə ovqatdan qurtarmaq üçün digər kitablardan ayırıb təkrar oxumağa başladım.

Bu kitabların hər ikisinin qəribə adı var idi. Ötən ilin son ayında nəşr olunanAyrılaq sevgi yaşasınşeirlər kitabı gənc şair Rahil Tahirlinin oxuculara ikinci töhfəsi idi. O, ilk dəfə 2007-ci ildəSonradan sonrailə öz şeirlərini nəşr etdirmişdi. qürurla qeyd edə bilərəm ki, o vaxt da, həmin kitab haqqında yazdığım yazıda Rahilin yüksək intellektual şeirlərinin tez bir zamanda oxucuların ürəyinə yol tapacağını vurğulamışdım yazımın sonunu bu cümlə ilə qurtarmışdım: “Sonradan sonra”nın sonrasını görək”. Budur, artıq, RahilSonradan sonra”nın sonrasındaAyrılaq sevgi yaşasındeyir.

Adətən bu cür kitablar haqqında ilkin təəssürat baxımından ön sözlər vacib əhəmiyyət daşıyır. Amma çap olunan nümunələrin bədii dəyərinə əhəmiyyət vermədən daha çox heç kimin xətrinə dəyməmək üçün üstünə gələn hər kəsin kitabına ön söz yazdığından bu kitabda da həmişəki mövqeyində yer alan yazıçı Rafiq Babayevin digər şeir kitablarında olduğu kimi deyəcəyini təxmin etdiyimdən önsözü oxumaq istəməsəm , özümü saxlaya bilmədim. yaxşı ki, elə saxlaya bilməmişəm. Çünki, bu önsözdə Rafiq Babayev həqiqətən Rahilin Rahilin şeirlərinin ruhunu oxucuya təqdim edə bilmişdi. Burada bir haşiyə çıxıb, onu da demək istəyirəm ki, yazılan bədii nümunə bu cür önsözlərin çəkisinə öz təsiri göstərir. Yəni Rahilin şeirləri Rafiq müəllimi digər önsözlərdən fərqlənən bir yazı yazmağa ruhlandırmışdı.

Həsrətlə bitib həsrətlə başlayan sevdalaradlı giriş sözündə Rahilin fiziki siması çox gözəl izah edilib: “Bu dünyada ancaq Rahilin üzündə gördüyüm bu sayaq ancaq Rahilin üzünə yaraşan, bət-bənizində bir çarəsizlik daşıyan təbəssüm var”. Həqiqətən belədir, Rahilin özünəməxsus təbəssümü hələ tələbə ikən mənim diqqətimi çəkmişdi. Nədənsə Rahilin şeirlərində elə bu cür kədərli çarəsiz bir təbəssüm var:

 

Nəfəs ömürdə zaman boydadı,

Zaman da tükənir nəfəs sonunda.

Hər şey adiləşir hamıda bir gün,

Hamıya bənzəyir hər kəs sonunda.

 

Rahildə özünəməxsus maraqlı fikirlərin çoxluğu hər bir oxucunun diqqətini çəkəcək. Ən əsası isə bu şeirləri oxuduqca hiss edəcəksiniz ki, Rahil bu şeirlərin hər birini ayrı-ayrı ovqatlarda yazıb. “Hər keçən günü yaşadıq, hər gələn günün xətrinədeyən Rahilin hər bir şeiri bir ovqatdan yaranıb:

 

Məzarın ağzından çıxıb başdaşı,

Elə bil yer göyə dil çıxarıbdır.

 

Yaxud;

 

Qapış-qupuş düşüb torpağın üstə,Yerdə qalanına vətən deyirik.

 

Kitabda bu cür misralar kifayət qədərdir. Mən isə iki misra üstündə dayanmaq istərdim. Şəxsi hisslərin şeirdəki ifadəsinə çevrilən həmin iki misra Rahilin ən yaddaqalan misraları olacaq hər halda:

 

Adamın üstündən apara bilmir,

Qadın qoxusunu kişi ətri .

 

Elə bilirəm izaha ehtiyacı yoxdu.Hərf-hərf yazılır, söz-söz oxunur ömür”,—ilahi həqiqətindən yola çıxaraq deyə bilərəm ki, ÖzünüDavam edib bitmiş zamanın adamıadlandıran Rahilin hissləri, duyğuları, fikirləri beləcə hərf-hərf yazılıb, söz-söz oxunacaq misra-misra yaddaşlara hopacaq, şeir-şeir xatırlanacaq.

Haqqında danışmaq istədiyim ikinci gənc şair isə Əzizə Həsənovadır. Yaşından çox-çox balaca görsənən bu qızcığazın şeirləri özü kimi ürkək, səksəkəli tənhadır.

KitabınıOlmamaqdı bu olmaqadlandırıb Əzizə. KitabdakıGecələr ulduzsuz olmazönsözünün ilk cümləsi Əzizənin şeirləri haqqında çox şey deyir: “Əzizənin deyimləri çiçəklərin üstündəki ləçəklər kimi titrəkdir”. Həqiqətən elədir. Bu gənc qız şeirlərində sanki taleyin əllərində hər an qoparılacaq bir çiçək qədər çarəsiz görünür.

Hər kəsin ömründə ən az bir ayrılıq anının olduğuna əminəm. hər birimiz o ayrılıq anında deməyə çox sözümüzün olmasına baxmayaraq bircə kəlmə deyə biməmişik. Bax, o anın nitqtutulmasını necə gözəl ifadə edib Əzizə:

 

Mənə “son sözünü söylə”, – deyirsən,

Bircə kəlmə belə düşmür yadıma. 

 

Doğrudan da həmin anda hansımız, “getmədeyə bilmişik görəsən?! Amma bir həqiqət var ki, heç vaxt qaçmaq istədiyimiz bir sevgilidən qaça biməmişik:

 

İnsan sevən zaman qaça bilməyir,

Qaçmaq istədiyi məhəbbətindən.

 

 Əzizənin bu həqiqətini bütün şeirlərində görmək olur... Sanki o, kimdənsə, nədənsə hey qaçmaq istəyir, amma qaça bilmir. Bu ruh kitabdakı əksər şeirlərlə yanaşıNöqtələr”, “Kiçik bir not”, “Sevdiyim”, “Bir günkimi mənsur şeirlərdə hakim mövqedədir.

 Əzizənin hər şeirində bir nisgil var. Çünki, onun yolbilməz yuxularını yozan yoxdu, buna görə itən arzularda itmək arzusundadı... Hətta bunun üçün qarlı bir dağ kəndində bitən boynubükük bənövşə olmağa da razıdır.

 Bir şeyə sevindim ki, bu gənc şairənin içi sevgi ilə doludur. Hətta bir gün sevə bilməmə qorxusundan, əndişəsindən yalvarırcasına üz tutub deyir ki, “Sevməyə könlümdə eşq yeri saxla”.

Yenidən kitaba yazılmış ön sözə qayıdıram: “Əzizə özünün gerçək həyatının lirizmi içərisində yaşayır: oraya heç bir aldanışlı şirnikləşdirici rənglər daxil ola bilmir. Lakin söz mərtəbəsində bunu unutmaq olmaz ki, primitiv cansız həvəsləri, ya meylləri dilə gətirəndə söz kiçilir. Əzizənin ruhu primitivlərə meylli ola bilməz.

Əzizə sözlə yalqız qalmağı sevən şairədir. Onun yalqızlığını xarakterizə edən tərzlər çoxdur. Şairənin dilə gətirdiyi sözlərin alt pərdəsində Kədər gizlənib, daxilini gizli saxlayan bir insanın kədəri. Bu, çox sevimli kədərdir”.

 

Mavi rəngi sevən qara gözlərim

Tutuldu dənizin maviliyinə

 

misralarını oxuyandan sonra kitab boyu diqqətimi çəkən bir nüans mənim üçün aydınlaşdı.

əmin oldum ki, Əzizənin yuxarıda anladılan kədəri , gizli sevgisi Mavi rəngdədi. Əzizənin kitabındakı şeirlərin hər birində Mavi rəngin müxtəlif çalarları var. Sanki bu şeirlər mavi bir karandaşla, özü masmavi göy üzünə yazılıb. Mavi gözlü Xəzərim”, “Sevgi nəğməkarıadlandırdığı birinci ikinci kitablarında da Əzizə mavi rəngdəydi. Amma həmin kitablardakı şeirlərdə mavi kədər yerinə, masmavi ümid masmavi arzular var idi...

Əzizənin yaradıcılığa ilk başladığı illərdən tanıyan biri kimi mənə elə gəlir ki, o heç vaxt günah işlətməyib, ya da onun günahları da buludsuz göy üzü kimi ağımsı mavi rəngdədi... Əzizənin özü bir şeirində buna işarə vurur:

 

Qışın oğlan çağı yağan bu qar da,

Bəlkə eşqimizin günahlarıdır”...

 

...Naxçıvanda yaşayıb yaradıcılıqla məşğul olan hər iki gənc şair həmkarımın yeni çıxan kitablarının oxucular tərəfindən maraqla qarşılanacağına əminəm. Ayrılaq, sevgi yaşasınfədakarlığına hazır olan Rahil Tahirlinin Olmamaqdı bu olmaqdüşüncəsindəki Əzizə Həsənovanın yeni ruh yeni ovqatlı şeirləri mənim qərib qəribə ovqatımı təzələdiyi kimi oxucuların da ruh halını təzələyəcək gücdədi.

 

 

Elxan YURDOĞLU,

Naxçıvan

 

525-ci qəzet.- 2011.- 19 fevral.- S.20.