Azərbaycan bəstəkarı X Beynəlxalq Motsart Müsabiqəsinin münsiflər heyətində

 

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Avstriyanın Zalsburq şəhərində keçirilən X Beynəlxalq Motsart Müsabiqəsində beynəlxalq münsiflər Heyətinin üzvü kimi iştirak edib.

İttifaqın mətbuat katibinin verdiyi məlumata görə, dahi avstriyalı bəstəkar Volfqanq Amadeus Motsartın 255 illiyinə həsr olunan ZalsburqunMozarteumkonsert salonunda gerçəkləşən müsabiqədə dünyanın müxtəlif ölkəsindən 32 yaşadək olan gənc musiqiçi iştirak edib. Musiqiçilər 4 kateqoriyadaviolonçel, skripka, piano bəstəkarlıqda məharətlərini göstəriblər.MozarteumUniversitetinin rektoru Reynhart fon Qutzaytın rəhbərlik etdiyi münsiflər heyətində Pavel Qililov, Pol Qulda, Robert Levin, Jan Bernard Pomiye, Mariya Tipo, Fu Sonq kimi dünyanın sayılıb-seçilən musiqiçiləri yer alıb. Berlin İncəsənət Akademiyasının nümayəndəsi kimi müsabiqəyə qatılan Firəngiz Əlizadə müsabiqə iştirakçılarının sənət göstəricilərini həm bəstəkar, həm müasir musiqi ifaçılığı üzrə ekspert kimi qiymətləndirib. Bundan başqa, Firəngiz xanımın əsəri skripkaçıların yarışmasında proqrama salınıb. Bu kateqoriyada yarışanlar ikinci turda F.ƏlizadəninDastanəsərini ifa ediblər.

Qeyd edək ki, pianoçuların müsabiqəsində italiyalı, 23 yaşlı Federiko Kolli 1-ci yerə layiq görülərək, “Qran-pridiplomu ilə təltif olunub. Koreyalı Çi Xe Çun 2-ci yerə, çinli Ksi O Şi Vu isə 3-cü yerə layiq görülüblər. Yubiley müsabiqəsinin təşkilat komitəsi qaliblər üçün dünya turnesini təşkil edəcək. Bəstəkarların müsabiqəsində isə Vyana təmsilçisi 23 yaşlı Poul Qoldmayer 3 turdan ibarət yarışmanı uğurla başa vuraraqQran pri”ni qazanıb. Poul Qoldmayer, həmçinin gələn il keçiriləcək müsabiqə üçün yeni əsər bəstələmək sifarişini alıb.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 23 fevral.- S.7.