“Xocalı simfoniyası”nın təqdimat mərasimi keçirilib
FİLM TANINMIŞ ŞAİRƏ NURƏNGİZ
GÜNÜN ƏSƏRİ ƏSASINDA HAZIRLANIB
Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyinin rəhbəri
Leyla Əliyevanın təşəbüssü ilə
həyata keçirilən
“Xocalıya Ədalət”
kampaniyası çərçivəsində
şairə Nurəngiz
Günün “Xocalı
simfoniyası” poeması
əsasında çəkilmiş
televiziya filminin təqdimatı olub. Film Ağa Musa Nağıyev
adına “Milli dəyərlərin qorunması” və “Qafqaz media” ictimai birliklərinin birgə səyi nəticəsində
hazırlanıb.
Ədəbiyyat aləmində
silsilə sonetləri,
şeir, povest və hekayələri, saysız-hesabsız publisistik
yazıları ilə
oxucuların rəğbətini
qazanan Nurəngiz Günün üç dildə səsləndirilən
“Xocalı simfoniyası”ndan
ibarət bu film Azərbaycandan bəşəriyyətə
ünvanlanan bir mesaj təsiri bağışlayır. Filmdə
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə erməni silahlı birləşmələrinin
törətdiyi cinayət,
müharibələr tarixində
bənzəri olmayan qanlı hadisələr əks olunub.
Ağa Musa Nağıyev adına “Milli
dəyərlərin qorunması”
qurumunun rəhbəri
Dilarə Nağıyeva
tədbiri açaraq,
mərasimin keçirildiyi
yerin təsadüfi seçilmədiyini bildirib.
O, babası Ağa Musa Nağyev tərəfindən tikdirilən
möhtəşəm memarlıq
nümunəsinin də
1918-ci ildə erməni
təcavüzünə məruz
qalmasından bəhs edib. D.Nağıeyva “Xocalı somfoniyası”
filmi haqqında fikirlərini bildirərək,
Nurəngiz Günün
bu əsəri ilə Xocalı dəhşətlərini, o qanlı
faciəni bir daha yaddaşlara köçürdüyünü vurğulayıb.
Millət vəkili
Gülər Əhmədova
bu gün belə əsərlərin
xüsusi əhəmiyyət
kəsb etdiyini, faciələrimizi, tarixi həqiqətləri lentə
almaq üçün
oturub yalnız dövlətdən maliyyə
yardımı gözləməyin
yalnış bir fikir olduğunu diqqətə çatdırıb:
“Hər birimiz ilk növbədə bir-birimizi
bir şəxs olaraq sevməliyik. Bəlkə də bu günə
kimi başımıza
gələn bu faciələrin səbəbi
də məhz bir-birimizi sevməməyimiz
olub. Bu fikri
dünya siyasi tarixi də təsdiqləyir ki, son əsrlərdə faciələr
o millətlərin başına
gəlib ki, onun nümayəndələri
şəxs olaraq bir-birini sevməyiblər”.
Çıxışının sonunda Gülər
Əhmədova belə
bir əsəri ərsəyə gətirdiyi
üçün müəllifə
öz təşəkkürlərini
bildirib. Millət
vəkili Musa Qasımlı Xocalı faciəsi nin
ermənilərin bəşəriyyətə
və sivilzasiyaya qarşı törətdikləri
bir cinayət olduğunu deyib: “Biz Xocalı faciəsi haqqındakı həqiqətləri
dünyaya yaymalıyıq”.
Təqdimatda iştirak edən
digər qonaqlar da əsər və müəllifin mövzuya yanaşma tərzilə bağlı
fikirlərini bölüşüblər.
Sonda poemanın müəllifi Nurəngiz Gün çıxış edərək,
bu əsəri böyük ürək ağrısı ilə yaratdığını dilə
gətirib.
O, ata-baba
yurdlarından qovularaq
qaçqın və məcburi köçkünlərə
çevrilmiş bir milyondan artıq insanın taleyinə biganə qala bilmədiyini söyləyib:
“İnanın ki, mən bu poemanı
yazarkən həyatdan
təcrid olunmuşdum.
Mən o
faciəni yenidən yaşayaraq, bu poemanı başa çatdırdım”.
GÜNEL
525-ci qəzet.-
2011.- 23 fevral.- S.7.