Qəfil görüş: çağdaş polyak poeziyası antologiyasıkitabı təqdim olundu

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubundaQəfil görüş: çağdaş polyak poeziyası antologiyasıkitabının təqdimat mərasimi keçirilib. Kitab Polşanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ərsəyə gəlib. Mərasimi giriş sözü ilə açan AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev kitabın nəşrinin Azərbaycan ədəbi həyatı üçün əhəmiyyətli hadisə olduğunu diqqətə çatdırıb. Daha sonra kitabın tərcüməçilərindən biri, şair, “Dünya ədəbiyyatıdərgisinin baş redaktoru Səlim Babullaoğlu çıxış edərək nəşr haqqında ətraflı məlumat verib. S.Babullaoğlu həmçinin qeyd edib ki, kitaba XX əsr Polşa poeziyasının korifeyləri, ədəbiyyat üzrə Nobel Mükafatı laureatları- Çeslav Miloş Vislava Şimborskanın, habelə digər görkəmli şairlərin əsərləri daxil edilib: “Qəfil görüş- çağdaş polyak poeziyası antologiyası”nın çapı layihə olaraq Polşanın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilib Polşa Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə baş tutub. Kitaba hər şairdən 10 şeir olmaqla ümumilikdə 40 şeir daxil edilib. Əminəm ki, başlanğıc rolunu oynayan bu antologiya gələcəkdə bu tipli kitabların ərsəyə gəlməsinə vasitəçi olacaq”.

 Polşanın Azərbaycandakı səfiri Mixal Labenda çıxışında kitabın nəşrini xalqlarımızın mədəniyyətlərinin yaxınlaşmasında vacib addım kimi dəyərləndirərək qeyd edib ki, bu nəşr Polşa poeziyası mütəxəssisləri pərəstişkarları üçün dəyərli töhfə, gözlənilənqəfil görüşrolunu oynayır.

TədbirdəAzərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə, AYB-nin poeziya bölməsinin rəhbəri Çingiz Əlioğlu digərləri çıxış edərək iki ölkə arasında mədəni ədəbi bənzərliklərdən danışıblar.

Məlumat üçün bildirək ki, kitab Azərbaycanda son illərdə nəşr olunan ilk ikidilli (bilinqva) poetik antologiyadır. Layihənin əlaqələndiricisi, səfirliyin mədəniyyət attaşesi Yoanna Senkeviç, tərtibçisi ön sözün müəllifi isə Aqneşka Ronçkadır.

Kitabın əsas tərcüməçiləri, redaktorları bədii işlənmə müəllifləri Səlim Babullaoğlu Rafael Tağızadədir.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 25 fevral.- S.7.