Abdulla Şaiqin
130 illik yubileyi qeyd edilib
Dünən Abdulla Şaiqin Mənzil Muzeyində şairin anadan olmasının 130 illik yubileyi münasibəti ilə tədbir gerçəkləşib. Tədbirdə
muzeyin böyük elmi işçisi, dosent Minaxanım Əsədli çıxış
edərək tədbirin
keçirilməsində əsas
məqsədin milli bədii fikir tarixində özünəməxsus
yeri olan, qüdrətli ədibimiz,
Azərbaycan ədəbiyyatının
klassiki Abdulla Şaiqi bir daha yad etmək,
yaradıcılığını təbliğ edərək
bu istiqamətdə fəaliyyət göstərən
Mənzil Muzeyinin işini təşkil etmək olduğunu diqqətə çatdırıb.
Daha sonra miniatür kitab muzeyinin direktoru Zərifə Salahova tərəfindən
hazırlanan ədibin
yeni “Tülkü həccə gedir” miniatür kitabı təqdim olunub. Bununla yanaşı yubiley tədbirində həmçinin 20 yaşı
tamam olan Mənzil Muzeyinin yaranması, fəaliyyəti,
gördüyü işlərdən
də bəhs olunub.Mərasimdə A.Şaiqin
əsərləri, şeirlərinə
yazılan musiqi nümunələri səsləndirilib
və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti T.Ağasiyev Z.İsmayılzadənin “Yad
et” mahnısını, A.Zeynallı
adına Musiqi kollecinin muğam üçlüyü Şaiqin
qəzəlləri üstündə
muğam ifa ediblər. Badamdar mədəniyyət evinin müdiri, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru Fəridə Babayeva, 189 saylı məktəbin şagirdləri
Firdus Kərimzadə,
Fuad Əhmədov, A.Şaiq adına 54 saylı məktəbin, Avropa liseyinin, H.Mahmudbəyov adına Texniki-humanitar liseyin şagirdləri Abdulla Şaiqin uzun müddət qadağan olunan türkçülük,
repressiya dövrü yaradıcılığına müraciət
edəcək, ədibin
vətənpərvərlik və lirik şeirlərini
səsləndiriblər. Mərasimdə
mədəniyyət və
elm xadimləri, ədəbiyyatçılar,
ziyalılar qonaq qismində iştirak ediblər
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 25 fevral.- S.7.