Pərvanə İbrahimova:
“Bakı Dövlət Universitetində media ilə əlaqələrə
xüsusi əhəmiyyət verilir”
Azərbaycanın nüfuzlu
ali məktəblərindən biri sayılan Bakı Dövlət
Universitetində (BDU) Mətbuat və İnformasiya şöbəsi
1999-cu ildən fəaliyyət göstərir. 1999-cu il dekabr
ayının 14-də rektor Abel Məhərrəmov BDU-da Mətbuat
və İnformasiya şöbəsinin yaradılması
haqqında Təhsil Nazirliyi qarşısında vəsatət
qaldırıb. Təhsil naziri Misir Mərdanov Bakı Dövlət
Universitetinin strukturuna Mətbuat və İnformasiya şöbəsinin
daxil edilməsinə icazə verib və şöbə 10 may
2000-ci ildən fəaliyyətə başlayıb. Şöbənin
yaradılmasında əsas məqsəd Kütləvi
İnformasiya Vasitələri ilə müntəzəm əlaqə
yaratmaq, ölkədə gedən təhsil islahatlarının
mühüm bir qolu kimi universitetdə aparılan islahatları
və ölkə əhəmiyyətli hadisələri mətbuatda
daha ətraflı işıqlandırmaq, universitet xəbərlərinin,
beynəlxalq əlaqələr, xarici səfərlər və
xarici qonaqlarla keçirilən görüşlərin ölkə
ictimaiyyətinə çatdırılmasını intensivləşdirmək
olub. Şöbə müntəzəm olaraq yerli və xarici mətbuata,
xəbər portallarını universitet yenilikləri ilə təmin,
edir, universitet yenilikləri ilə təmin edir, BDU-nun kafedra və
laboratoriyaların fəaliyyəti ilə bağlı xarici,
yerli mətbuatda məqalələrlə
çıxış edir, universitetlə bağlı məxvi
materialların monitorinqini aparır. Şöbəyə
müxtəlif illərdə tanınmış jurnalistlər
rəhbərlik edib. 2010-cu ilin mart ayından isə Mətbuat
və İnformasiya şöbəsinə Pərvanə
İbrahimova rəhbərlik edir. Şöbənin mütəxəssisləri
isə Fatimə Dursunova, Nigar Balcanova, Məryəm Mehdiyeva və
Lətif Mustafayevdir. P.İbrahimova 1994-1998- ci illərdə
Bakı Dövlət Universiteti, Beynəlxalq hüquq və
beynəlxalq münasibətlər fakültəsində beynəlxalq
jurnalistika ixtisası üzrə bakalavr təhsili alıb.
1998-2000-ci illərdə Bakı Dövlət Universitetində
Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura təhsili
alıb. Onun “Beynəlxalq təşkilatların Dağlıq
Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında
(1988-2005)” mövzusunda yazdığı dissertasiya işi
müdafiə ərəfəsindədir.
P.İbrahimova 1998-2000-ci illərdə
müxtəlif mətbuat orqanlarında
çalışıb. 2000-2010-cu illərdə BDU, Mətbuat
və informasiya şöbəsində mütəxəssis vəzifəsində
çalışıb. 2007-ci ildən BDU, Beynəlxalq
jurnalistika kafedrasında 0,5 ştat müəllimdir. 2010-cu il –
BDU, Mətbuat və informasiya şöbəsinin müdiridir.
2 kitab, 2 fənn proqramı, 10 elmi, 100-dən artıq
publisistik məqalənin müəllifidir.
Bugünlərdə Bakı
Dövlət Universitetinin (BDU) Mətbuat və İnformasiya
şöbəsinin saytı istifadəyə verilib. Üç
dildə fəaliyyət göstərən sayt son 10-12 il ərzində
Bakı Dövlət Universiteti haqqında kütləvi
informasiya vasitələrində işıq üzü
görmüş materialların məcmusudur. Toplanan bütün materiallar
aidiyyatı başlıqlar altında saytda öz əksini
tapıb.
Mətbuat və
İnformasiya şöbəsinin rəhbəri Pərvanə
İbrahimovanın sözlərinə görə, Bakı
Dövlət Universitetinin rəsmi internet saytı artıq 5
ildən artıqdır ki, fəaliyyət göstərir. Mətbuat
və İnformasiya şöbəsinin saytı isə yeni
istifadəyə verilib. Yüksək səviyyədə
hazırlanan saytına əsas özəlliyi ondan ibarətdir
ki, burada son 10-12 ildə universitet haqqıda KİV-də
işıq üzü görən bütün materiallar
toplanıb: “Mən artıq 10 ildir ki, bu şöbədə
çalışıram. Şöbədə işə
başladığım vaxtdan bugünə kimi bütün
KİV-də universitet haqqında yazılan yazıları,
rektorun müsahibələrinin surətini çıxarıb
toplayırdım. Bu gün saytda yer alan materiallar da toplana
yazılar əsasında hazırlanıb. Bəzi mətbuat
orqanlarında yazırlan ki, guya Mətbuat və İnformasiya
şöbəsi işlək bir qurum deyil. Məlumat
üçün bildirim ki, biz hər il ötən illə
müqayisədə Mətbuat və İnformasiya şöbəsinin
KİV-lə əlaqəsinin hansı səviyyədə
olduğunu öyrənmək üçün məxvi
monitorinqlər aparırıq. Biz ötən il də mətbu
materiallar əsasında monitorinq keçirdik və nəticələrdən
məlum oldu ki, şöbənin KİV-lə əlaqələri
çox uğurlu olub. BDU-da keçirilən elə bir tədbir,
görüş olmayıb ki, bu ölkə mediasında
işıqlandırılmasın. Ötən il universitetdə
ümumilikdə 50-dən çox tədbir keçirilib, 60-dək
xarici qonaq qəbul edilib. Bu tədbir, görüşlərin
hamısı yerli və xarici xəbər agentliklərində,
portallarda, qəzetlərdə, jurnallarda
işıqlandırılıb. 2010-cu ildə keçirilən
məxfi monitorinqə əsasən, universitetin mətbuatla əlaqəsi
müxtəlif istiqamətləri əhatə edib. Birinci,
universitetdə keçirilən tədbirlər, ikinci, xarici səfərlər,
qəbul edilən xarici qonaqlar, rektor Abel Məhərrəmovun
müəllifi olduğu məqalələr, müsahibələri,
açıqlamaları, haqqında yazılanlar. Mən radio və
televiziya verilişlərini, xəbərlər
proqramını istisna edərək demək istəyirəm
ki, 2010-cu ildə universitetdə keçirilən tədbirlərin
mətbuatda işıqlandırılma sayı 792-dir. Biz
ölkədə fəaliyyət göstərən
bütün televiziya, radio, xəbər agentlikləri,
portalları və qəzetlərlə sıx əməkdaşlıq
edirik. BDU-da media ilə əlaqələrə xüsusi əhəmiyyət
verilir. Ona görə də biz bu sahədə daima fəal
çalışırıq, hansı istiqamətlər
üzrə əlaqələr qurulmasına diqqət yetiririk.
Bugünlərdə biz ölkənin bir sıra kütləvi
informasiya vasitələri BDU ilə yaxından əməkdaşlıq
etdiyinə görə həmin qurumların rəhbərlərini
“Universitetin dostu” mükafatı ilə təltif etmişik.
Bunlar Azərbaycan Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif
Alışanov, “AzərTAc”ın baş direktoru Aslan Aslanov, Azəri-Press
Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı, Mətbuat
Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, “Azərbaycan” qəzetinin
baş redaktoru Bəxtiyar Sadıqov, “İki sahil” qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə, ANS Şirkətlər
Qrupunun prezidenti Vahid Mustafayevdir. Mətbuatda yazırlar ki,
şöbənin saytı üzərində son 2 ay ərzində
iş aparılıb. Yazılanlar həqiqətə uyğun
deyil. Çünki iki aya 12 ilin materialını toplamaq
mümkün deyil. Bu sayt 10 il ərzində mənim
topladığım materialların əsasında
hazırlanıb. Deməli, sayt 10 illik bir fəaliyyətin məhsuludur”.
P.İbrahimovanın dediyinə görə, Mətbuat və
İnformasiya şöbəsi tərəfindən
hazırlanan saytın ana səhifəsində 2000-ci ildən
bügünəkimi universitetdə keçirilən tədbirlər
və yeniliklər, fakültələrin həyatı ilə
bağlı xəbərlər, alimlərimin ixtiraları,
hansısa beynəlxalq konfranslara qatılmaları və sair
haqqında məlumatlar yerləşdirilib: “Sol sütundakı
Universitetimiz bölümü altında BDU haqqında qısa
məlumat vermişik. Bu bölümdə universitetin ilk
binasından bu günə qədər olan binaların, eyni
zamanda universitet daxilində fəaliyyət göstərən
bəzi qurumların da şəkilləri yerləşdirilib.
BDU KİV-də başlıqlı bölmədə isə
universitet haqqında çap olanan yazılar, 2009-cu ildə
BDU-nun 90 illik yubileynidən hazırlanan materiallar, yubiley ərəfəsində
rektor, prorektor, struktur rəhbərlərinin və
dekanların mətbuatda dərc olanan hesabat xarakterli
yazıları yer alıb. Bu yazılarda BDU-da İKT-nin təbiqi,
təhsildə, elmdə əldə olunan nəaliyyətlər,
universitet kitabxanasının fəaliyyəti haqqda dolğun məlumatlar
öz əksini tapıb. Bu yazılarda universitet rektoru,
prorektorlar, bütün struktur rəhbərlərinin
yazıları yerləşdirilib ki, bu da universitetdə
informasiya texnologiyalarının tətbiqi, elmi kitabxananın fəaliyyəti,
tədris, elm və sair haqqında ətraflı məlumat əldə
etmək istəyənlərə zəngin məlumatlar verə
bilər. Xarici qonaqlar bölümündə isə 1999-cu ildən
2011-ci ilədək universitet rəhbərli, prorektor, struktur rəhbərləri,
dekanlar tərəfindən qəbul edilən xarici qonaqlarla
keçirilən görüşlər öz əksini
tapıb. Buraya səfirlər, ali məktəb rektorlar,
tanınmış elm xadimləri, universitetin fəxri doktoru
olmuş şəxslərlə keçirilən
görüşlər daxil edilib. Həmçinin 2009, 2010 və
2011-ci illərdə xarici qonaqlarla keçirilən
bütün görüşlərin, tədbirlərin əks
olunduğu şəkillər ardıcıllıqla bu
bölümdə verilib. Bu doğrudan da çox zəhmət
tələb edən çətin bir işdi. Ancaq şöbə
əməkdaşlarının gərgin işi sayəsində
biz bu çətin işin öhdəsindən layiqincə gəldik”.
P.İbrahimova vurğulayıb ki, saytda əsas hadisələr
başlığı altında yer alan bölümdə
1919-cu ildən bu günə qədər universitet həyatında
olan ən əlamətdar hadisələr illər üzrə
göstərilib. Rektorlarımız bölümündə 90
il ərzində universitetə rəhbərlik edən
rektorların yaşadığı illər, rektorluq dövrləri
və sair haqqında qısa məlumat verilib. Məlumat
üçün qeyd edək ki, bu müddət ərzində
universitetə 24 rektor rəhbərlik edib. Bölümdə 90
rektorun rəsimləri də yer alıb:
“Saytın görkəmli məzunlar
və tanınmış elm xadimləri bölümündə
1957-ci ildə universitetin tarix fakültəsinin məzunu olan
ümummilli lider Heydər Əliyev haqqında ətraflı məlumatlar
yer alıb. Bölümdə universitetdə fəaliyyət
göstərən 16 fakültə yaranma tarixi haqqıda ətraflı
məlumatlar verilib. Bununla yanaşı biz bu 16 fakültənin
məzunları olan və bü gün müvafiq dövlət
orqanlarında çalışan məzunların, görkəmli
alimlərin siyahısını təqdim etmitşik. Fəxri
doktorlarımız bölümündə isə indiyədək
universitetin fəxri doktoru olmuş tanınmış dövlət,
elm xadimlərinin fotoları yerləşdirilib və qeyd edək
ki, fəxri doktorlarımızın sayı 70 nəfərdən
çoxdur. Digər bölüm isə universitetin rektoru,
akademik Abel Məhərrəmov haqqındadır. Rektorun 1999-cu
ildən bu günədək müəllifi olduğu məqalələr,
müsahibələr, haqqında yazılmışlar və
açıqlamaları xronoloji ardıcıllıq gözlənilməklə
yerləşdirilib. Bölümdə A.Məhərrəmovun
ABŞ, Türkiyə, Yaponiya, İtaliya, Rusiya, İran,
Bolqarıstan Macarıstan və sair ölkələrdə
keçirilən beynəlxalq elmi konfranslarda, simpoziumlarda etdiyi
məruzələr, çıxışlar verilib.
Bölümdə yer alan məlumatlarda qeyd olunb ki, A.Məhərrəmovun
Azərbaycanda və xaricdə nəşr olunan 1000-ə
yaxın elmi əsərin müəllifidir. Bura 48 patent, 9
monoqrafiya, 44 dərslik və dərs vəsaiti, o cümlədən
Azərbaycan dilində ilk dəfə nəşr olunan
“Kiçik kimya ensiklopediyası” daxildir. Onun əsas elmi nailiyyətlərinin
nəşri öz əksini Tetrahedron, Sulfur Lett, Synth. Comunn,
The Journal of American Science, Indian Journal of Chemistry, JOrX, XQS,
İzv. RAN və sair kimi nüfuzlu jurnallarda tapıb. Rəhbərliyi
altında 32 kimya elmləri doktoru və namizədi
hazırlanıb”. P.İbrahimova bildirib ki, əmr və sərəncamlar
bölümündə isə akademik A.Məhərrəmovun
imzaladığı əmr və sərəncamları öz əksini
tapıb. Bu əmr və sərəncamların mətni
olduğu kimi bölümdə yer alıb. Elanlar
bölümündə universitetdə təşkil olanacaq tədbir
və beynəlxalq konfranslar, onların mövzusu,
iştirakçılar, keçirilmə tarixi barədə məlumatlar
verilir. Saytdakı əməkdaşlarımız KİV-də
bölümündə isə universitet əməkdaşlarının
KİV-də işıq üzü görmüş
yazıları yerləşdirilib. Həmçinin
bölümdə mətbuatda BDU-nun əməkdaşları
haqqında çap olunan yazılar da öz əksini tapıb.
Haqqımızda bölümündə şöbə və əməkdaşları
haqqında məlumatlar yerləşdirilib. Şöbə
müdirinin söylədiyinə görə, saytda yer alan
fotoalbom bölümünə universitet tədbirlərində
çəkilmiş fotolar, tədbirin adı və tarixi
göstərilməklə daxil edilibdir. Sağ sütunda
davamlı olaraq reportajlar, müsahibələr yerləşdiriləcək:
“Artıq bir qism yazılar yerləşdirmişik. Magistratura və
doktorantura şöbəsindən, universitetin nəzdində fəaliyyət
göstərən və ən müasir avadanlıqlarla təchiz
olunmuş poliklinikadan, Tələbə Həmkarlar Komitəsinin
fəaliyyətində reportajlar yerləşdirmişik. Biz qərara
almışıq müntəzəm olaraq saytda universiteti bitirən
və hazırda müvafiq dövlət strukturlarında
çalışan şəxslərlə müsahibələr
verək. Artıq Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova ilə müsahibə saytın müvafiq
bölümünda yer alıb. Bölümdə Aspirantura,
Doktorantura şöbəsidən hazırlanan reportaj da
verilib”. Şöbədə çalışan əməkdaşlar
haqqda məlumat verən P.İbrahimova vurğulayıb ki,
hazırda şöbədə 4 əməkdaş-mütəxəssis
çalışır. Şöbənin bütün əməkdaşları
onlara tapşırılan işin öhdəsindən layiqincə
gəlirlər: “Mətbuat və İnformasiya şöbəsinin
mütəxəssisi Fatimə Dursunova 1995-ci illərdə
BDU-nun Şərqşünaslıq fakültəsində
türk dili və ədəbiyyatı üzrə magistr təhsili
alıb. 2007-ci ildə “Türk xalqları ədəbiyyatı”
indeksi üzrə namizədlik dissertasiyasını müdafiə
edib. 2008-ci ildən BDU-nun Mətbuat və İnformasiya
şöbəsinin mütəxəssisidir. Şöbənin
digər mütəxəssisi Lətif Mustafayev 1979-1984-cü
illərdə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunda təhsil alıb. 2010-cu ildən BDU-nun Mətbuat
və İnformasiya şöbəsində mütəxəssis
vəzifəsində çalışır. Şöbənin
digər mütəxəssisi Nigar Balcanova isə 2007-ci ildə
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinə
daxil olub. 2009-2010-cu illərdə Moskva Dövlət
Universitetində jurnalistika ixtisası üzrə təhsil
alıb. 2010-cu ildən BDU-nun Mətbuat və İnformasiya
şöbəsində mütəxəssis vəzifəsində
çalışır. Məryəm Mehdiyeva isə 2007-ci ildə
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinə
daxil olub. 2008-2009-cu illərdə AzTV-nin “Xəbərlər”
redaksiyasında müxbir kimi çalışıb. 2010-cu ildən
BDU-nun Mətbuat və İnformasiya şöbəsindədir.
Şöbənin saytının hazırlanmasında
sözügedən mütəxəssislərin böyük zəhməti
var. Saytın belə yüksək səviyyədə
hazırlanmasında onlar xüsusi rol oynayırlar. Sayt həm
universitet rəhbərliyi həm də ictimaiyyət tərəfindən
müsbət qarşılanıb və bəyənilib. Mən
bunu ümumilikdə şöbənin uğuru hesab edirəm”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2011.- 25 fevral.- S.4.