Xocalı faciəsilə bağlı kitablar təqdim olunub

  

 Ötən gün M.F.Axundzadə adına Milli Kitabxanada Xocalı faciəsinin 19-cu ildönümü münasibəti iləXocalışəhid şəhəradlı kitab sərgisinin açılışı, həmçininSoyqırım cinayəti S.MəmmədovunXocalı soyqırımıkitablarının təqdimat mərasimi gerçəkləşib.

Tədbir Milli Kitabxananın hazırladığıXocalıadlı elektron məlumat bazasının təqdimatı ilə başlayıb. Bu məlumat bazasınaSoyqırım”, “Xocalı rayonu”, “Kitablar”, “Ermənilərin etirafıbaşlıqlı bölmələr yerləşdirilib. Artıq neçə gündür ki, dünya oxucuları bu bazadan istifadə edirlər.

Mərasimi giriş sözü ilə açan kitabxananın direktoru Kərim Tahirov təqdim olunanXocalı soyqırımı” kitabçasının gənclərimizin və xarici qonaqların bu barədə məlumatlandırılması məqsədi ilə tərtib olunduğunu diqqətə çatdırıb: “Bu məlumat kitabçası Qarabağ döyüşlərində erməni təcavüzkarlarına qarşı vuruşan, ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələri gözləri ilə görən polkovnik Sadir Məmmədov tərəfindən qələmə alınıb. Dünya ictimaiyyətinə müraciətlə başlanan bu nəşrdə Xocalının erməni faşistləri tərəfindən yerlə yeksan edilməsindən, dinc əhalinin şahidi olduqları hadisələrdən bəhs olunur. Eyni zamanda kitabçada vəhşicəsinə qətlə yetirilən insanların fotoşəkilləri verilib”.

 Mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev bu faciəni Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri adlandırıb: “Xocalı soyqırımını XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab etmək olar. Bu faciə iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə soyqırımı siyasətinin davamı ən qanlı səhifəsidir. Xocalı genosidi heç bir zaman Azərbaycan xalqının yaddaşından silinməyəcək”.

Tədbirdə Milli Kitabxananın hazırladığı 200-dən artıq kitab, jurnal və qəzet materiallarından ibarətXocalı – şəhid şəhərsərgisi də nümayiş olunub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 201`1.- 26 fevral.- S.17.