Azərbaycan Dövlət
Opera və Balet Teatrının Simfonik Orkestri Münhen Festivalında
Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının Simfonik Orkestri Avropada ən mötəbər musiqi festivallarından biri olan Münhen
Opera sənətinə dəvət
olunub. Bu
dəvət teatrın
rəhbərliyinə mötəbər
festivalın bədii rəhbəri cənab Lüdviq Baumanın tərəfindən edilib.
Teatrın mətbuat xidmətindən qəzetimizə
verilən məlumata görə, Simfonik Orkestr bu il Münhen Opera festivalında artıq dördüncü dəfə
iştirak edəcək.
Orkestrin qastrol səfəri avqustun 4-dən 9-na kimi olan müddətə nəzərdə tutulur.
Musiqiçilərimizin iştirak edəcəyi
Qala-konsert avqustun 7-də
baş tutacaq. Orkestrdə Qərbi Avropa bəstəkarlarının
əsərləri ilə
yanaşı Azərbaycan
bəstəkarları – Üzeyir
Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Polad Bülbüloğlunun
da musiqiləri ifa ediləcək.
Qeyd edək ki, simfonik orkestrin Almaniyaya qastrol səfəri Mədəniyyət
və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacaq.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 6 iyul.- S.4