Bir ailənin faciəsi

                                                                                                                                                                                                                                                                                                                                                                                                   

Əsgər Mehdi kişinin yeganə oğlu idi. O, ali təhsil almışdı. Qonşuluqlarında Aşot adlı bir ermənin də ailəsi də yaşayırdı. Onların evləri yanaşı idi.

Aşotun qızı Nora zahiri gözəlliyinə görə başqa qızlardan seçilirdi.

Onlar azərbaycanlılar olan məhəllədə yaşadıqları üçün onların adət-ənənələrini yaxşı bilirdilər. Əsgərin Nora ilə söhbəti tuturdu və onlar həyətdə tez-tez görüşürdülər. Bu görüşlər getdikcə mütəmadi xarakter alırdı. Əsgərin Noradan xoşu gəlirdi. Onların görüşüləri baradə söz-söhbətlər qonşular arasında yayılmağa başlamışdı. Bu söhbətlər Mehdi kişinin də qulağına çatdı.

Bir gün Mehdi kişi oğlunu yanına çağırıb soruşdu:

–Oğul qonşular arasında söz-söhbətlər gəzir. Deyirlər, sən Aşotun qızı ilə görüşürsən. Doğrudur?

Əsgər belə bir sualı atasından gözləmədiyinə görə özünü itirdi.

Onunla atasının arasında pərdə var idi. Ona görə atasının sualına dolayı yolla cavab verməyə çalışdı. Lakin mümkün olmadı.

– Ata nə məqsədlə soruşursan?

Mehdi kişi oglunun onun sualına birbaşa cavab verməməsini görüb onunla ehtiyatlı davranmaq qərarına gəldi.

– Heç, elə belə soruşuram, görüm danşılanlar nə dərəcədə doğrudur.

Əsgər atasının birdən-birə onu sorğu-suala tutmasının səbəbsiz olmadığını başa düşürdü. Ona görə də bu söhbətin bəlkə də yersiz və vaxtından əvvəl başladığını hiss edib çox dərinə getmədi.

Aradan xeyli vaxt keşmişdi. Mehdi kişi Nora məsələsindən çox narahat idi. Ona gorə bir də oğlu ilə danışmaq qərarına gəldi.

– Oğul sənin artıq 25 yaşın var. Ali təhsil almısan, işlərin də pis getmir, dostların arasında hörmət-izzət sahibisən. Ananla qərara gəldik ki, sənin artıq ailə qurmaq vaxtındır. Nə fikirləşirsən?

Əsgər xeyli fikirə getdi. Mehdi kişi bu sükutun mənasını dərhal başa düşüb soruşdu.

– Bəlkə bir gözaltın-zadın var?

Əsgər atasının artıq ondan əl çəkməyəcəyini hiss edib dedi:

– Ata düzünü bilmək istəyirsənsə, mən qonşumuz Aşotun qızı Noranı sevirəm. Onunla ailə qurmaq fikirindəyəm.

Əsgər bu sözü atasına birbaşa dediyinə görə çox peşman oldu. O, gözü qarşısında atasının dərhal dəhşətli səkildə dəyişdiyini gördü. Atası bir xeyli Əsgərin gözlərinin içinə baxdı. Axı Əsgər onun yeganə övladı idi. Ona nə məsləhət verməli idi? Oğlunun qəti fikrini bildiyi üçün ancaq bir söz deyə bildi:

– ”Oglum mənim sümüyümü yad sümüyə calama”.

Mehdi kişi bilirdi nə deyir. O ermənilərin azarbaycanlıların başına 20-ci əsrin əvvəllərindən bu günə kimi nə oyunlar açdığından yaxşı xəbərdar idi. Çox təəsüflənirdi ki oğluna və onun yaşıdı olan gənclərə erməni millətçilərinin, erməni terrorçularının xalqımıza qarşı amansız hərəkətlərini və cinayətlərini vaxtında deməyib.

Ata-oğul arasında olan söhbətdən xeyli vaxt keşmişdi. Bu gün məhəllədə səs yayıldı ki Nora Əsgərə qoşulub qaçıb.

Mehdi kişinin bu hadisədən sonra halı günü-gündən pisləşməyə başladı. Həmişə fikirli-fikirli gəzib dolanır, öz narazılığını və dərdini kimsəyə deyə bilmirdi, saatlarla iç dünyası ilə danışa-danışa qalırdı. Fikir onu rahat biraxmırdı ki, buraxmırdı. Bu dərdin artıq qaçılmaz olduğunu başa düşürdü, özünə yer tapa bilmirdi. Kişi bu dərdlə, bir müddət ölüm-zülüm yaşadı və tezliklə dünyasını dəyişdi.                                                                                                                                                                   

Yaşadıqları müddətdə Əsgərin bir övladı oldu, adını Emil qoydular. Bir neçə il sonra ikinci övladı dünyaya gəldi. Onun da adını Rafiq qoydular. Ailə mehriban yaşayırdı, aralarında heç bir narazılıq-filan olmurdu.1980-ci illərin ortaları idi. Ermənistanda yaşayan azərbaycanlılara qarşı seperatçı ermənilər təzyiqə başladılar. Əsrlər boyu orada yaşayan azərbaycanlıları vəzifədən çıxartmağa, yerli-yersiz bəhanələrlə respublikadan qovmağa başladılar. Hətta azərbaycanlıları qətlə yetirməkdən də çəkinmirdilər. Bu hadisələr Əsgərgilin ailəsinə də öz təsirini göstərdi. Əsgər və Nora arasında söz-söhbətlər, mübahisələr getdikcə şiddətləndi. Bu arada Dağlıq Qarabağda yaşayan ermənilər tərəfindən də bu məsələ qaldırıldı, ordakı yerli azərbaycanlılara qarşı erməni millətçiləri cinayətlər törətməyə başladılar. Millətçilər, erməni ziyalıları bu hadisələri daha da qızışdırdılar. Bu, Əsgər ilə Nora arasında mubahisələrin daha da şiddətlənməsinə səbəb oldu. Nora bütün hallarda ermənilərə haqq qazandırmağa çalışırdı. Ailədə Emil atasının tərəfinində duraraq millətçi ermənilərin hərəkətlərini pisləyir, lazım gələrsə Dağlıq Qarabağa gedib azərbaycanlıların müdafiəsində durmağa hazır olduğunu bildirirdi. Bu mövqe Noranı daha da əsəbləşdirirdi.

Əsgər Noranın öyüd-nəsihətə baxmadığını görüb başını itirməməsini, yalan və böhtanlara inanmamasını məsləhət bilirdi. Nora isə millətçi ermənilərin apardığı təbliğat kampaniyasının təsiri altına düşmüşdü. Hətta mubahisə zamanı ermənilərə kömək duracağını da gizlətmirdi. Kiçik oğlanları Rafiq də anasının sözünə inanıb onun tərəfində dururdu. Ailədə ikitirəlik yaranmışdı. Son zamanlar Qarabağda hadisələr çox gərgin vəziyyət almışdı. Emil könüllü olaraq Qarabağa gedib Şuşa şəhərində yerləşən ordu hissəsinə qoşuldu. Nora gərginliyi öz yersiz hərəkətləri ilə daha da şiddətləndirirdi. Bir gün Əsgər işdən evə gələndə Noranı və oğlu Rafiqi evdə görmədi. Stolun üstündəki kağızda yazılmışdı.

“Mən oğlum Rafiqlə Yerevan şəhərinə getdim” İmza Nora.

Yıxılmaqdan özünü zorla saxladı. Axı onun oğlu azyaşlı idi. Onun aqibətini Əsgər çox yaxşı görürdü. Bilirdi ki millətçi ermənilər belə azyaşlı uşaqlardan çox məharətlə azərbaycanlılar əlehinə istifadə edib onu cinayət alətinə çevirirlər. Bu, dözülməz dərd idi. Əsgər atasının ölümünü gözünün qarşısına gətirdi.etməli ? Nora artıq onun başına oyun açmışdı.

Əsgərin ev başına firlandı atasının sözü yadına düşdü: ”Oglum mənim sümüyümü it sümüyünə calama”. Bəli, atası haqlı imiş.

Əsgər əslində düşmən millətlə ailə qurduğuna görə çoxdan peşman olmuşdu, ancaq belə əclaflığı Noradan gözləmirdi. Nora azyaşlı oğlu Rafiqlə İrəvana gedib çox asanlıqla qaçqın statusu aldı. Millətçi ermənilər Azərbaycandan olan belə faktları göydə axtarırdılar.

Terrorçu, seperatçı və millətçi ermənilər Noranı dərhal ələ aldılar. Əslində Noranın öz canında millətçilik var idi. Onu Əsgər kimi sadəlövh azərbaycanlılar hiss edə bilmirdilər. Ermənilər Noranın vasitəsi ilə azərbaycanlıların əleyhinə bütün informasiya vasitələrin işə salaraq təbliğata başladılar. Onlar başqa işləri bacarmasalar da saxta təbliğatı məharətlə bacarırdılar. Hətta bu işə onun azyaşlı Rafiqi də cəlb etdilər. Onlar azyaşlı uşağa muxtəlif növlü silahlardan atəş açmağı öyrətdilər. Az zaman içərisində Noranı Xankəndinə və Şuşaya göndərib azərbaycanlılar əlehinə təbliğata cəlb etdilər. Bu arada Xankəndi və onun ətrafında ara-sıra ermənilər və azərbaycanlılar arasında atışmalar olurdu. 1989-90 illərdə Qarabağda vəziyyət daha da kritik həddə çatdı.

Əsgər və oğlu Emil başlarına gəlmiş bu faciədən çox sarsılaraq doğmalarının erməni terrorçuları əlinda silaha çevrilməsinə dözə bilmirdilər. Nora erməni millətçilərinin diktəsi ilə Xankəndində televiziya vasitəsi ilə azərbaycanlılar əleyhinə böhtançı çıxışlar edirdi. Bütün bunlar hamısı Emili dəhşətə gətirmişdi. O, anasının bu hərəkətlərinin heç cür anlaya bilmirdi .

Artıq bir neçə gün idi Qarabağda şiddətli döyüşlər gedirdi Ermənilər azərbaycanlıları ata-baba şəhəri olan Şuşadan çıxarmaq istəyirdilər. Bu məqsədlə bütün qüvvələrini səfərbərliyə alır və gəncləri də aktiv şəkildə bu işə cəlb edirdilər.

Qarabağda yaşadığı müddəttə Nora yavaş-yavaş seperatçı və terrorçu ermənilərin psixoloqiyasını öyrənib onların məqsədlərinin başa düsür, anlıyırdı ki, düzgün olmayan yoldadır. Hiss edirdi ki, terrorçu ermənilərin, eləcə də onların havadarlarının fikri və məqsədi nə Xankəndi, nə də Şuşa və torpaqlardır.

Separatçıların fikri ara qarışdırıb var-dövlət toplamaq və kasıb, sadəlövh əhalinin qanı hesabına yaşamaqdır.

Nora tam aldadıldığını başa düşmüşdü. O, öz oğlunu gec də olsa başa salmağa çalışırdı ki, Qarabağ torpağı heç bir zaman erməni torpağı olmayıb, olmayacaq da. Çünki Qarabağ tarixən Azərbaycan torpağı olub.

Nora yerli ermənilərə də başa salmağa çalışırdı ki Dağlıq Qarabağ azərbaycanlılarındır, onlar heş kimin torpağını zəbt etməyib, döyüşlər onların ərazisində gedir, onlar həmişə haqlıdırlar və haqlı da olacaqlar, ermənilər isə həmişə olduğu kimi yenə də məğlub olacaqlar, müharibə gec-tez azərbaycanlıların qələbəsi ilə nəticələnəcək. Nora özünün nə qədər alçaldığını hiss edir, Azərbaycanda yaşadığı xoş günləri, qonşularını, əri Əsgəri və qurduqları gözəl ailəni xatırlayıb göz yaşlarını saxlaya bilmirdi. Başa düşürdü ki o xoş günləri bir daha qaytara bilməyəcək.

1990-cı ilin yazı idi Ermənilər sovet əsgərləri ilə birlikdə Şuşa ətrafına çoxlu hərbi texnika, canlı qüvvə toplamışdılar. Hücuma hazırlaşırdılar. Onların arasında Noranın kiçik oğlu Rafiq də var idi. Rafiq döyüşə tam hazır idi. Artıq Nora öz oğluna təsir etmək gücündə deyildi.

Şuşa ətrafında gedən şiddətli döyüşlərdə Emil də vuruşurdu. O, hücum zamanı çoxlu sayda erməni seperatçılarını və millətçilərini məhv etmişdi. O sovet ordusunda xidmətdə olarkən, çox mahir atıcı olduğunu dəfələrlə sübut etmişdi.

May ayının 8-i idi. Gecə yarısı şiddətli döyüş başladı. Döyüşü ermənilər başlamışdı. Şuşaya hücum edənlərin arasında Rafiq də var idi. Döyüş çox ağır və qeyri-bərabər şəraitdə gedirdi. Azərbaycanlılar itgilər verməyə başlamışdı. Rafiq hücum edənlər arasında irəlidə gedirdi.Əlində avtomat hücum edərkən azərbaycanlılarla qarşı-qarşıya gəldi. Aramsız və şiddətli döyüş başladı Ermənilər Rafiq olan dəstəyə əlavə kömək göndərdilər. Mudafiə olunan azərbaycanlıların içərisində Emil də var idi. Bir an içərisində iki qardaş bir-birindən xəbərsiz döyüşdə qarşılaşdılar. Emil                                                           qardaşının əlində avtomat ona sarı gəldiyini gördü və kiçik qardaşını tanıyıb dərhal atəşi dayandırdı:

– ”Ay dəyyus sən kimə hücum edirsən”, dedi.

Rafiqin açdığı atəş hədəfə dəymişdi. Emil yerə sərilmişdi. Rafiq Emilə yaxınlaşanda onun öz qardaşı olduğunu görüb bağırdı:

– Mən nə etdim?

Artıq iş-işdən keşmişdi. O meyiti döyüş bölgəsindən çıxarıb anası ilə müvəqqəti yaşadığı evə gətirdi. Nora oğlunun meyitini görüb hönkürdü. Emilin dəfn mərasimini təşkil etməyə planlaşdırdı. Qərara gəldi ki Emili döyüş zamanı kiçik oğlu tərəfindən qətlə yetirildiyi yerdə, Şuşa da – Emilin öz torpağında dəfn etsin. Emil öz doğma torpağına qismət oldu.

Dəfn gününün səhəri səs yayıldı ki, Nora müvvəqəti yaşadığı evin zirzəmisində özünü asıb.

 

 

Akif RƏFİYEV

 

525-ci qəzet.- 2011.- 9 iyul.- S.28.