Oralarda kimlər var:YAZAR AİLƏLƏR
Publisist-dramaturq
Şirməmməd Nəzərli, Publisist – Esmira Nəzərli
Bu işin müxtəlif tərəfləri
var.Bir ailədə eyni sənət və eyni iş
adamlarının öz aralarında dil tapması və sakit
günlər yaşaması məncə bir o qədər də
asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri
olanda yanlışlar o saat aradan götürülə bilir.Vay
o gündən ki, bizim bu günlərin yazar ailələri
kimi olasan və işlərin də yağ kimi gedə.Ən
azından mənəvi təsəlli tapmasanız da, maddi durum
heç zaman yetər dərəcədə ola bilməyib məncə.
Bunu mən apaydın bilirəm.Amma bir-birini başa
düşmək baxımından bunun həm də zor tərəfləri
də var.Xatırlayıram : dünyaca məhşur yazarlardan
birindən soruşublar ki,sizin üçün ən acı,ən
ağır olan nədir? Deyib : ən çox ona yanıram ki,
mənim bu uzun ömrüm boyu nə işlə məşğul
olduğumu anam bilmədi.Soruşublar niyə? Deyib :
çünki mən ingilis dilində yazdım anam isə
ingilis dilində heç bilmədi.
Şükürlər Allaha ki, mənim bu
proyektimin sahibləri nə işlə məşğuldular
özləri də bilirlər.Və düşünürəm
ki, bu yazar ailələr həm də mehriban ailələrdir.Amma
bunların da ən qorxulu tərəfi, birinin
yazısını o birisi bəyənməməsi və
inkarlığıdır.
Ailədə iki oğlan uşağı
var.
Sual : Yuxarıdakı mənim təxminim
olan “Belə mehriban ailələrdən biri” ifadəsinə
münasibətiz?
Esmira- Bizi bu qəbildən olan ailələr
sırasında gördüyünüz üçün
çox şadıq.
Şirməmməd-Müsbət
Sual: – İlk dəfə harada və nə
vaxt tanış olmusuz?
–Esmira-ADU-nun (indiki BDU) jurnalistika fakültəsində
təhsil alarkən-1974-cü ildə.
Şirməmməd- ADU-nun jurnalistika
fakültəsində təhsil alarkən – 1974-cü ildə.
Sual: – Ailə quranda sizə mane olan
vardımı?
Esmira-Ailə quranda bizə mane
olmayıblar.Gənclərin fikrinə,gəldikləri nəticəyə
hörmətlə yanaşıblar. Onlar üçün əsas
iki gənc arasında yaranan
hisslər olub,nə valideynlərin var-dövləti,nə də
həyatda tutduqları mənsəb,vəzifə ilə
maraqlanıblar.
Şirməmməd- Xeyr.
Sual: – Hər halda siz indiki həyat
yoldaşınızla evlənəndə bilirdiniz ki, o, da yazar
dünyasının insanıdır və
açığını deyək ki, bu jurnalist qadınlara
baxış bir az ayrı cürdür. Ortama baxıb bu
sualı verirəm.Məntiqsiz çıxırsa üzr istəyirəm.Mənə
elə gəlir ki,məni başa düşərsiz.
Esmira-Mən, Tofiq Abdinlə uzun illər
bir redaksiyada çalışmışam.İşim də, əməllərim
də göz qabağında olub.İstedadlı jurnalistin mənə
bu sualı verməsi qəribə və qərəzli görsənir.Ətrafa
baxanda isə jurnalist qadınlara ayrı münasibətin
olduğuna rast gəlməmişəm.İntəhası,bəzi
qadın jurnalistlər səmimiyyətdən uzaq,sensasiya
xarakterli yazılarıyla yalnız özlərini gözdən
salırlar.
Şirməmməd-Tofiq Abdinin bizə belə
sualla müraciətini, doğrusu, gözləmirdim.Hesab edirəm
ki, T.A. bu sualı verməyib.
Sual: – İlk uşağınız olana qədərki
dövrlə, uşaq doğulandan sonrakı vaxt nə ilə
fərqlənir?
Esmira-Qəribə
görünsə də,ilk uşaq olana qədər hiss
olunurdu ki, nəsə çatışmır.Elə bil həyat
bir az darıxdırıcı keçirdi.Uşaq olandan sonra
isə həyat birdən-birə
dolğunlaşdı,özü də necə-nəfəs
almağa belə vaxtım çatmadı.
Şirməmməd-Sonrakı dövr daha mənalı
və insanı yerində oturdan dövrdür. Kimin
üçün və nəyə görə
yaşadığını dərk edirsən.
Sual: – Çox vaxt siz ikiniz də evdə
olmursuz.Belə vaxtlarda uşağınıza kim baxır vəya
baxardı, vaxtı necə bölürdünüz?
Esmira –Heç vaxt elə olmayıb
ki,uşaqlar evdə tək qalsınlar və ya onları kiminsə
öhdəsinə buraxım.Çünki bilirdim ki,yeni
“sürprizlərlə” qarşılaşacağam.40 ildir ki,
“Qobustan” incəsənət toplusunda çalışıram.
Sağ olsunlar,redaksiyamızın rəhbərliyi və əməkdaşları.Uşaqları
böyütməkçün şərait
yaradıblar.Sonralar isə dövlət qayğısından
istifadə edərək,uşaq bağçasına
vermişik uşaqları. Əlbəttə,nənə,baba
qayğısı da öz yerində.Evin kişisinin məişət
qayğılarını həyat yoldaşıyla
bölüşməsi böyük nemətdir.Allaha
şükür,mən də bu nemətdən
yararlanmışam.
Şirməmməd-İndi
uşaqlarımızın uşaqları var. Amma onlar
kiçik olanda xanımım analıq məzuniyyətinə
çıxırdı. Mən də , valideynlər də
kömək edirdilər.
Sual: – Ən çox incik
gününüz nə vaxt olub? Nə üstündə?
Küsəndə necə barışırsız?
Esmira-Vallah, yadıma gəlmir.
Şirməmməd-İnciklik, adətən,
çox şey istəməkdən, həddindən artıq tələbkar
olmaqdan irəli gəlir. Allaha şükür, hər ikimiz
aza qane olanlarıq. Nə vaxtsa aramızda ötəri , ani
inciklik olubsa belə, indi o məqamları xatırlamıram.
İnanın! Başqa tərəfdən də
övladların qayğısı buna vaxt qoymur.
Sual: – Yaradıcılıq və
uşağınızın tərbiyə məsələsini
necə qurmusuz? Uşağınızla vəya
uşaqlarınızla çoxmu vaxt keçirirsiz?
Esmira-Hərdən ailə albomunu vərəqləyərkən
görürəm ki,övladlarımızın uşaqlıq
şəkillərində atası daha çox görsənir,nəinki
mən.O zaman şəklə əsasən deyə bilirəm
ki,bax bu an mən tortu kəsirdim.Bax, bu şəkil çəkilərkən
isə plov süzürdüm və ya çay süfrəsi
hazırlayırdım.İkinci bir ailə tanımıram
ki,ata öz uşaqlarına bu qədər vaxt
ayırsın.Artıq övladlarımız yaşa dolublar,evdə
nəvələr böyüyür.Ata yenə iki oğlunu
başına yığıb,hər hansı bir məsələni
müzakirə edir.
– Şirməmməd-Uşağı
qabağımızda otuzdurub onlara “əxlaq dərsi” keçmək
bizim tərbiyə üsulumuz deyil. Öz aramızda nədən
, necə, nə zaman söhbət ediriksə, bu,
uşaqlarımıza da sirayət edib.
Görüb-götürüblər. Deyilənlərə
görə, pis götürməyiblər.
Sual: – Həyat yoldaşınızdan bir
ana və bir qələm sahibi kimi razısızmı?
Esmira-Birgə yaşanan dövr ərzində
istirahət günlərini,bütün məzuniyyətini ailəsinə
sərf edən,maraq dairəsində yalnız övladları
və onların problemləri olan atadan kim narazı qala bilər?Bir
qələm sahibi kimi də deyə bilərəm ki,onun ilk
oxucusu da,ilk redaktoru da mən olmuşam və onun
roman,povest,hekayə, dram əsərləri, rejissorlar tərəfindən
bəyənilən kinossenariləri haqda xoş sözlər
eşidəndə qürur hissi keçirirəm.
Şirməmməd-Bir ana kimi də , bir həyat
yoldaşı kimi də və bir hətərən-pətərən,
tərifnamələr yazmayan qələm sahibi kimi də
razıyam.
Sual: – Ailə
qayğılarınızı necə
bölüşürsüz?
Esmira-Ailə quranda deyirlər ki,filankəs
yarını,yəni öz yarısını tapıb.Deməli,
ailə qayğılarının yarısını da kişi
öz boynuna götürməlidir.Lakin hələ gənclik
illərindən bədii yaradıcılıqla məşğul
olduğuna görə ona kömək məqsədilə
qayğıların yarıdan çoxunu öz üzərimə
götürmüşəm.Odur ki, ailə xatirinə bədii
yaradıcılıq istəyimi içimdəcə boğub
(!) yalnız jurnalistlik fəaliyyətimlə kifayətlənmişəm.
Buna da şükür.
Şirməmməd-Əslində, kişi
dünyaya uşaq gətirməkdən başqa hər şeyi
bacarmalıdır. Bu mənada Allah məni xoşbəxt
yaradıb və bu neməti ailəmdən əsirgəmirəm
. Amma nə qədər olsa da,
xanımımın ailə öhdəlikləri mənə
baxanda həvəs və vaxta görə yox, mütləq
öhdəliyə görə qurulduğundan, onun
üçün çətindir.
Sual: – İkili imzayla yazınız
çıxıbmı və bu yazı nə yazıdı?
Esmira-İkili imzayla heç bir
yazımız olmayıb.Bundan sonra da çətin ki
olsun.Çünki jurnalistikanın ayrı-ayrı sahələrində
“külüng çalırıq”.
–Şirməmməd-Bu sual 35 il əvvəl
səslənsəydi, bəlkə belə bir şey
yazardıq. Təəssüf ki, bu vaxta qədər
yazmamışıq. Bilmək olmaz, ömür vəfa eləsə
, bəlkə də ...
Sual: – Ailəvi bayramlarınız
hansılardı və onu kimlərlə keçirirsiz?
Esmira-Ailədə
əvvəl iki nəfər idik, ad günlərimizi ata
ocağında qeyd edirdik.Sonra dörd nəfər olduq. Ad
günlərinin sevincini qohumlarla
bölüşdük.İndi isə iki nəvə və gəlinin
ad günü də əlavə olunub.Ən çox sevdiyim
Yeni il,Novruz ,müqəddəs Orucluq,Qurban bayramlarını
qohumlar,doğmalar arasında keçirməkdən zövq
alırıq.Çünki tənhalıq yalqızlıq deməkdir.Allahın
Rəsulu Məhəmməd Peyğəmbər (s) buyurub :
“Qohumlarla əlaqəni kəsməyin.”
Şirməmməd-Orucluq, Qurbanlıq,
Novruz bayramları, müqəddəslərin
mövludlarını sevinclə qeyd edirik. Nəvələrin
doğum gününə qohumlar yığışır.
Sual: – Xanım əfəndi, Siz həyat
yoldaşınızdan nə soruşmaq istərdiz?
Soruşmaq istəyirəm ki:
“Acsan,susuzsan?” Daha özünüz nəticə
çıxarın.
Şirməmməd: ” Haran
ağrıyır?”
Şirməmməd Nəzərlinindüşüncələrindən:
...Bədii yaradıcılıq həyatımın
bir parçasıdır.Gələcək əsərlər məni
qarabaqara izləyir, rahatlıq vermir. Yaza bildiklərim əsərlərə
isə minnətdaram ki, məni rahat buraxıblar.
...İxtisasca jurnalistəm. Jurnalistlik elə
yazıcılıq deməkdir.Fərq, məncə, onun operativliyindədir.Bir
hekayə, povest... ola biləcək hadisəni elə həmin
gün mətbuat üçün xəbər kimi
hazırlamağa jurnalistika deyilir (məncə).
...Quranda deyilir: ”Hər açılan məktəb
bir həbsxananın bağlanması deməkdir.” Ona görə
də bu dünyaya “tranzit ölkə” kimi
baxmağımızın yeri var.
... Yer planetində bir neçə dəfə
sivilizasiya mövcud olub. Nə vaxtsa daha yenisi olacaq. Amma mən
əminəm ki, o zaman maddiyyat olmayacaq. Yəni insanlar maddi sərvətlər
naminə yox, mənəviyyat qazancı üçün
yaşayacaqlar.(Bunu mən yox, ALİMLƏR deyir). Xoş həmin
zaman əhlinin halına!
Esmira Nəzərlinindüşüncələrindən:
...Həmişə mənə irad tuturlar
ki, niyə axı yalnız qoca və yaxud dünyasını
dəyişmiş sənətkarlardan yazıram? İndi o qədər
yeni sənətçilər çıxıb meydana ki?! Peyda
olan kimi də aləmə “işıq saçan”, “bərq
vuran” yeni ulduzlar!.. ...İstedad... yox e, istiqanlı,
yaraşıqlı, cəsarətli, məlahətli,
şücaətli, imkanlı...
Bu tərif-epitetlərin sayını bir az
da artırmaq olar. Hər halda bu ayrı söhbətin
mövzusudur.Məni isə vaxtilə incəsənətin
çeşidli sahələrində xalq üçün, sənət
naminə min bir əziyyətlə, təmənnasız
çalışıb-çarpışmış, lakin
layiqli qiymətlərini ala bilməmiş, laqeydliklə
köhnəni dağıdıb yenisini yaratmaq istəyən gənc
sənətçilərin şou-biznes mühitində sakitcə
öz növbələrini gözləyən, haçansa
kiminsə yadına düşəcəyinə böyük
ümidlər bəsləyən sənət adamlarının
keşməkeşli tale yolları
maraqlandırıb.Onların hər biri inci idi – heç zaman
parlaqlığını itirməyən saf inci – sənət
incisi. Tanrının verdiyi ömür payını başa
vurmaqda olan bu kövrək insanları sevindirmək, yanar
ürəklərinə su çiləmək, incik qəlblərini
ələ almaq ən xoş niyyətim olub. Hər halda buna
çalışmışam. İstəyimə
çatmışamsa, bu da mənimçün böyük
qiymət, yüksək mükafat olub.
Önümüzdəki həftəsonu
qonaqlarımız yazar : Xanəmir və şair Ayşədir.
Tofiq ABDİN
525-ci qəzet.-
2011.- 16 iyul.- S.23.