Dünyanın gizli tarixinin mükəmməl
tədqiqat təşəbbüsü
(Conatan Blekin
“Dünyanın gizli tarixi” kitabı barədə qeydlər)
İslam
peyğəmbəri və islam sivilizasiyası
İndi isə kitabın müəllifinin
islam peyğəmbəri haqqındakı fikirləri ilə
bir qədər geniş şəkildə tanış olaq.
570-ci ildə Məkkədə Məhəmməd adlı
uşaq anadan oldu. Altı yaşı olanda o, hər iki
valideynini itirmişdi və çoban kimi əmək fəaliyyətinə
başladı. O, enlikürəkli, qara qıvrım
saçları olan və saqqalının arasından ağ
dişləri görünən gənc kimi böyüyürdü.
Dəvə sürənə çevrildi, karvanla ədviyyat və
ətirli maddələr daşıyırdı, xüsusən
Məkkədən Suriyaya səfərlər edirdi. İyirmi
beş yaşında o, Məkkənin varlı dul
qadını ilə evləndi, şəhərin ən
varlı və nüfuzlu vətəndaşlarından birinə
çevrildi. Valideynlərini itirməsi hesabına o, itirdiklərinin
hamısını sonralar geri qaytarsa da, heç də məmnun
deyildi. Məkkənin dini mərkəzində Kəbə
adlanan qara qranit daş var idi, bəzi ənənələrə
görə bu daşın Sirius ulduz sistemindən yerə
düşməsi deyilirdi.
Həmin vaxt Ərəbistan şamanistik
tayfalar tərəfindən məskunlaşmışdı,
adamlar öz allahlarına və ruhlara sitayiş edirdi. Kəbədən
kənarda yüzlərlə bütün saxlandığı
müqəddəs çadır var idi. Məkkə həmçinin
müqəddəs suyu satmaqla pozulmuşdu – bu su
İsmayılın hesabına qumdan çıxan bulaqdan
götürülürdü. Məhəmmədin
gözündə hər şey qeyri-müəyyənlikdə
görünürdü. O, gördü ki, adamlar yalnız pul
qazanmağa, qumar oynamağa, at çapmağa və sərxoşluğa
maraq göstərir. Dəvə karvanı ilə Suriyaya gedəndə
o, İudaizm və İisus Xristin əhvalatları barədə
eşitmişdi. Məbədin təmizlənmə əhvalatı
onun həssas siminə təsir etmişdimi? Məhəmməd
belə bir inama yiyələnmişdi ki, Ərəbistan
xalqı İisus Xrist kimi bir peyğəmbərə
möhtacdır, bu peyğəmbər xalqı cəhalətdən,
pozulmadan təmizləyə bilər və onları bir kosmik niyyətdə
birləşdirə bilər. Məhəmməd Məkkənin
ətrafındakı dağların üstündə oturub
bunların hamısına necə nail olmaq barədə
düşünəndə, mələk onun qabağında
göründü və dedi: “Mən mələk Cəbrayılam”.
Bu gözə görünmə sonra Məhəmmədə
qızıl lövhəni göstərib, onu oxumağı
dedi. Məhəmməd etiraz etdi ki, o, savadsızdır, lakin Cəbrayıl
ikinci dəfə ona əmr etdikdə, Məhəmməd
gördü ki, həqiqətən oxuya bilir. Beləliklə,
mələklə söhbətlər seriyası
başlandı və bu Qurana çevrildi. Sonra Məhəmməd
şəhərə enib Cəbrayılın ona öyrətdiklərini
parlaq səmimiyyətlə və valehedici qüvvə ilə
moizə etdi. O, öz kredosunu belə adi şərtlərdə
cəmləşdirə bilərdi: Mənim təlimim sadədir.
Allah vahid allahdır. Bütpərəstlikdən imtina et.
Oğurluq etmə Yalan danışma.
Böhtan atma Və heç vaxt sərxoş
olma. Əgər sən bu təlimləri qəbul etsən, sən
İslamın yolu ilə gedəcəksən. İlahi qüvvə
tərəfindən ilhamlanmış öz mülahizələrini
sübut etmək üçün ondan möcüzə
göstərmək tələb edildikdə, Məhəmməd
bundan imtina etdi. O, dedi ki, Allah göyləri dayaqların
köməyi olmadan yüksəltmişdir, yeri,
çayları, əncir, xurma və zeytun ağaclarını
yaratmışdır və bu şeylərin hamısı kifayət
qədər möcüzədir. Bu coşğun materializmdə
müasir eranın ilkin pıçıltılarını
eşidirik. Mələklə olan söhbətlər ərzində
böyük mələk Cəbrayıl sərinləmək
üçün Məhəmməddən nəyisə
seçməyi xahiş etdi. Məhəmməd okkultistlərin
“ay şirəsi” adlandırdıqları südü
seçdi. İslamda spirtli içki qadağan ediləcəkdi.
Ezoterik nöqteyi-nəzərdən yüksək əhəmiyyət
daşıyan bu idi ki, Quranı diktə edən mələk Cəbrayıl,
ənənəvi cəhətdən Ayın arximələyi
idi. Cəbrayıl burada bəşər ehtiraslarına nəzarət
edən fikir qüvvəsinin və məhvedici fantaziyanın rəmzi
kimi çıxış edir, onun allahı isə
böyük allah idi və müsəlman ikönorafiyasında
hilal ay kimi təsvir olunur. Məhəmmədin Məkkənin bazar
meydanında moizələri bəzilərini, onu öldürmək
qəsdini hazırlamağa həvəsləndirir. O, öz
şagirdi, öz ardıcıllarının rəhbəri olan
Əbu Bəkrlə Mədinə şəhərinə
mühacirət etdi. 629-cu ildə o, Məkkəyə
qayıtdı, öz ölümünə qədər qalan
müddətdə (Məhəmməd peyğəmbər
632-ci ildə vəfat etmişdir) Ərəbistanın qalan
hissəsi üzərində öz nəzarətini qurdu. Əbu
Bəkr onun varisi və ya Xəlifə olduqda, işğallar təəccübə
səbəb olan qaydada davam etdirildi. Dini uğurlu edən
şeylərdən biri, onun dünyada işləməsi, belə
deyilsə, maddi fayda gətirməsi idi, Məhəmmədin
radikal monoteizmi, Aristotelin elmi metodologiyası ilə birləşməklə,
axırıncı həqiqətən də ərəb fikirinə
nüfuz etmişdi, tezliklə İspaniyadan tutmuş
Çinin sərhədlərinə qədər Yer kürəsini
dolaşdı. Ərəblər Zoroastrizmdən, Buddizmdən,
Hinduizmdən və kağız istehsal etmək də daxil
olmaqla, Çin elmindən yeni ideyaları həzm etməklə,
onları yayırdılar. İslamda, onun zəfər
dövründə ehkamçılığa və paternalizmə
çevrilmək kimi bir meyl var idisə, Sufizm əks impulsu təmsil
edirdi, vaxtaşırı təhrif edilməyə və bu
yolla paradoksal fırlanmağa aludəçilik göstərən
və ruha xas olan bir təlim idi. Ezoterik islam ruhi həyatın
tərəfində olmağını hiss edirdi. Bu, isə Sufi
poeziyasında geniş şəkildə öz ifadəsini
tapırdı. Qurandakı ayəyə (50.16) müvafiq olaraq
“Allah adama onun şah damarından yaxındır” sözləri
həm də yüksək dərəcədə adamları
özünəməxsusluqdan ayırırdı, kütlə
artıq onun çağırışına oyanırdı.
Böyük Sufi yazıçısı İbn Ərəbi
deyirdi ki, Sufi müəllimi o adamdır ki, öz üzərindən
pərdəni götürür. Sufi müəlliminin təlimatı
altında keçirilən dərslərə nəfəs
almanın dəyişən təcrübələri və vəziyyətə
nail olmaq üçün istifadə edilən musiqi daxil ola bilərdi.
Sufizm bəzən “yuxudan oyanma” kimi ağrılı prosesləri
öyrədirdi, bu özü barədə və bizdən
keçən kosmik mistik axından agah olmağa imkan verirdi.
Harun ər-Rəşid öz erasının qeyri-adi şəxsiyyətlərindən
biri idi. O, iyirmi yaşında xəlifə olmuşdu və
Bağdadı dünyanın ən füsunkar şəhərlərindən
birinə çevirmişdi, saraylar tikdirmişdi. Ona yüzlərlə
əyanlar, qullar və hərəmlər xidmət edirdi. “Min
bir gecə” nağılları onun
hökmranlığının müxtəlif cəhətlərini
təsvir edir. O, sarayına dövrünün bütün
böyük yazıçılarını, incəsənət
xadimlərini, mütəfəkkirlərini cəlb etmişdi.
“Min bir gecə”də olduğu kimi belə şayiə gəzirdi
ki, o, bəzən gizli qapıdan maska altında sarayından
çıxırdı ki, xalqın nə
danışdığını eşitsin və onların
real olaraq nə düşündüklərindən hali olsun. Ən
məşhur hekayətlərdən birində dənizdəki
balıqçının öz torunda iri dəmir qazanı
çıxardığı göstərilir. O, sahilə
çıxdıqda gördü ki, qazanın metal səthinə
Solomonun möhürünün üçbucağı nəqş
olunmuşdu. Təbii olaraq çox şeyə maraq göstərən
balıqçı qazanı açdı və birdən ondan
qalxan qara buxar bütün göy üzünə
yayıldı. Beləliklə o, görünə bilənlərin
hamısını qaranlığa qərq etdi. Buxar yenidən
cin formasındakı monstra çevrildi və
balıqçıya dedi ki, o, Solomonun qazanında dustaq
edilmişdi. And içmişdi ki, kim onu azad etsə, onu
varlandıracaqdır. Beş yüz ildən sonra o, and
içmişdi ki, öz xilaskarını hakimiyyətlə
mükafatlandıracaqdır. Min illərin əsirlindən
sonra, o, and içmişdi ki, kim onu azad etsə, onu
öldürəcəkdir. Beləliklə, cin dedi ki,
balıqçı ölməyə hazırlaşsın.
Lakin balıqçı ona dedi ki, inanmır ki, cin həqiqətən
qazanın içindəydi və beləliklə ruh bunu sübut
etmək üçün özünü əvvəlki buxov vəziyyətinə
çevirdi və yavaş-yavaş spiral qaydasında hərəkət
etməklə qazanın içinə girdi. Bu vaxt
balıqçı qazanın qapağını
bağladı. Bu uşaqlar üçün səfeh bir
nağıl kimi görünə bilər, okkultistlər
üçün isə bu, ezoterik biliklərlə bir yerdə
qablaşdırılmışdır. “Cin” sözü “gizlətmək”
demək idi və təfsilatına varan nəzəriyyə və
praktikada o demək idi ki, dağılmış evlərdə,
quyularda, körpü altında gizlənir. Cin alovdan və
havadan ibarət olmaqla, mələklərdən və
şeytanlardan aşağıda dayanır. Cin barədəki rəvayətlər
ərəb xalqları arasında fəal şəkildə
yayılırdı. Bundan əlavə amumetlərdə (həmayillərdə),
üzüklərdə və daşlarda ruhların və
demonların dustaq edilməsi, Solomonun möhürü kimi
sehrli cisimlərdən istifadə edilməsi də
yaxşı məlum idi.
Orta əsrlərdən
belə biliklər vasitəsilə, onların çoxu, əlbəttə
ki, ərəb mənşəli idi və xüsusən də
astroloji mənasına görə talismanlara (tilsimlərə)
aid olmaqla məşhur kolleksiyalarda toplanmalı idi. Cəlaləddin
Rumi “Mövlanə” adlanırdı, bu isə “Bizim müəllim”
mənasını verir. O, islam mistitsizminin – böyük
Sufinin fars dilində yazan şairi idi. Onun məşhur lirik və
didaktik poeması olan “Mənaveyi məsnəvi” (“Ruhi beytlər”)
elə populyarlıq qazanmışdı ki, onu “Persiyadakı
Quran” adlandırırdılar. Müsəlman mistik fikir və ədəbiyyatı
isə bu dinə sitayiş edən müxtəlif xalqların
dillərində yazılmaqla, demək olar ki,
saysız-hesabsız idi. Rumi sarayın ən böyük
şairlərindən birinə çevrilmişdi. O, hələ
uşaq olarkən biliyi ilə hamını təəccübləndirmişdi.
Altı yaşında oruc tutmağa başladı və bu
vaxtda da həmçinin o, gözünə görünənləri
seyr etməyi bacarırdı. Rumi daim insanların heyvanlardan
daha ambisiyalı olduğuna etiraz edərək, qeybə çəkildi.
Adamlar qorxudan qışqıran vaxt, o, qəflətən
onların arxasından yenə üzə çıxdı.
Onun gözlərində qeyri-adi baxış var idi və dedi
ki, yaşıl əbası olan ruhlar onu kənara, digər
dünyalara apardılar. Yaşıl əbalılar Əl-Xıdırın
kölgələri ola bilərdi, yaşıl biri qüdrətli
varlıq olmaqla, vaxt gələndə maddiləşməyə,
həmçinin maddiləşməni ləğv etməyə
qadir olacaqdır. 37 yaşlı Ruminin həyatında
mühüm rol oynayan həlledici bir hadisə baş verdi, o,
Konyanın küçələrində dolaşan dərviş,
müqəddəs adam hesab edilən Şəmsəddin (“Dinin
günəşi”) Təbrizi ilə görüşdü.
Şəmsəddinin heç bir ənənəvi mistik qardaşlıq
cəmiyyəti ilə əlaqəsi yox idi. Bu qəribə dərviş
şeyxləri və digər nüfuzlu din adamlarını təhqir
etmək sahəsində özünəməxsus şəkildə
ad qazanmışdı, çünki onu Allahdan başqa
heç kəs idarə etmirdi. Cəlaləddinə isə
Şəms Təbrizinin təsiri böyük oldu, ona ilahi
aliliyin və gözəlliyin sirrlərini açdı. Bir və
ya iki ay onlar meditasiya etdilər (gərgin düşünmə
ilə məşğul oldular). Rumi şagirdlərindən və
ailəsindən ayrı düşmüşdü, onlara
laqeydlik göstərirdi. Buna görə də onlar Şəmsini
şəhəri tərk etməyə məcbur etdilər. Bu Cəlaləddini
çox məyus etdi və Şəmsi geri qaytarıldı.
Lakin ailəsi Cəlaləddinin sevdiyi bu adamla
yaxınlığına dözə bilmirdi. Belə bir şəraitdə,
ilk görüşlərindən üç il sonra Şəmsi
həmişəlik qeybə çəkildi, onu
öldürmüşdülər. Rumi ağlayırdı, ağı
deyirdi, bədəncə xeyli zəifləmişdi. O, artıq
sərgərdan idi. Bir gün küçədə gəzəndə
zərgər dükanının yanından keçirdi, bu vaxt
çəkicin qızıla vurulan ritmik zərbələrini
eşitdi. Rumi Allahın adını təkrar edib, sonra qəflətən
ekstazda fırlanmağa başladı. Sufilərin Mövlanə
və ya fırlanan dərvişlər ordeni beləcə
yarandı. Fırlanma rəqsi “Səma” rəqsi adlanır və
bugünkü Türkiyədə də rəmzi dərviş
rəqsi kimi ifa edilir. Məhəbbət təcrübəsi
Rumini şairə çevirmişdi. O, təbiətdə
“Dinin günəşinin” şüalanan gözəlliyinin əksini
tapırdı. O, çox vaxt öz şeirlərini rəqslə
müşayiət edirdi. Onun əsərləri mistiklər və
öz şagirdləri tərəfindən geniş miqyasda
oxunurdu.
“Məsnəvi” sufizmin bütün müxtəlif
cəhətlərini açıb göstərirdi. Bu əsər
ilahi məhəbbət təcrübəsini ifadə edirdi.
Ruminin poeziyasında hər kəs mistik təcrübələrin
başlıca bəşəri ifadəsini tapa bilərdi. Ərəblərin
füsunkar sivilizasiyası orta əsrlər Avropasını həm
valeh edir, həm də dəhşətə gətirirdi. Səyyahların
gətirdiyi təəccüblü xəbərlər ondan ibarət
idi ki, ərəblərin qiymətli metallardan düzəldilmiş
möcüzəli mexaniki bağı vardır və orada
mexaniki quşlar uçur və oxuyurlar. Onların arasında
böyük qızıl ağac durur, təəccüblü
qaydada qiymətli daşlardan olan meyvələr gətirir və
onlar planetləri təmsil edirlər. Çoxlarına bu
möcüzələr ölülər dünyası kimi
görünürdü, onlar sehrin və elmin arasındakı
sərhədlərdə mövcud idi. Ən azı buna müəyyən
izah 1936-cı ildə Bağdadda edilən qəribə kəşf
vaxtda verildi. Alman arxeoloqu Vilhelm Koeniq qədim saray drenaj
arxını qazanda bilavasitə elektrik batareyası kimi bir
şey tapdı. Bunun düzəldildiyi dövr erkən orta əsrlərə
gedib çıxırdı. Kolleqası onun dəqiq
oxşarını yaradanda gördülər ki, bu
qızılla gümüş qatından ibarət olsaydı,
yarım saat ərzində elektrik cərəyanı əmələ
gətirməyə qadir olardı. 802-ci ildə Harun ər Rəşid
Qərbin imperatoru Şarlemana (Böyük Katrla) ipəklər,
sarı mis şamdanlar, ətirlər və fil
sümüyündən düzəldilmiş şahmat göndərmişdi.
O, həmçinin hədiyyə kimi fil və su saatı
göndərmişdi. Bürünc şarlar vazanın içərisinə
düşəndə saatları bildirirdi, bu vaxt kiçik
mexaniki cəngavərlər isə xırda qapılardan
çıxırdı. Bu hədiyyələr Şarleman da ərəb
elminin yüksək səviyyəsi və öz
imperiyasının da gələcəkdə buna nail olması
barədə təəssürat yaratmalı idi.
(Ardı var.)
Telman Orucov
525-ci qəzet.-
2011.- 16 iyul.- S.22.