14 yaşlı Azərbaycan ifaçısı İtaliyada laureat olub

 

Romada keçirilənElia Catalano” milli festivalında Azərbaycanı Dövlət Uşaq Filarmoniyasının solisti Emin Eminzadə laureat adı qazanıb. İtaliyanın tanınmış sənətçiləri musiqiçilərinin iştirak etdiyi festival iyulun 13-dən 16-na kimi davam edib. Festivalda Azərbaycan Emin Eminzadə ilə təmsil olunub (APA). Bu il fevralın 13-də dünya şöhrətli italyan müğənni Robertino Loretti Bakıda solo konsert proqramı ilə çıxış edəndə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti, hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzinin nəzdindəki musiqi məktəbində fortepiano şöbəsində təhsil alan DAK-ın ən gənc üzvü (14 yaş) Emin Eminzadə onunJamayka”, sonra isə digər gənc solist İslam Qasımovla birgə “O Sole Mio” mahnısını ifa edib. Məhz həmin çıxışdan sonra italiyalı müğənni Emin EminzadəniAzərbaycanın Robertinosuadlandırıb. Elə Emin Eminzadənin İtaliyada keçirilən bu festivala dəvət almasının təşəbbüskarlarından biri Robertino Loretti olub. İyulun 13-də, yəni festivalın ilk günündə Azərbaycanın gənc vokalçısı Robertino LorettininJamayka “O Sole Mio” mahnılarını ifa edib. Nəticədə Emin Eminzadə ən yüksək nəticə qazanaraqElia Catalano” milli festivalının laureatı olub. Mükafat gənc solistə festivalın Təşkilat Komitəsinin rəhbəri, maestro Fabrizio Masci tərəfindən təqdim olunub. İyulun 15-də isə Emin Eminzadə dünya şöhrətli müğənni Robertino Loretti ailəsinin qonağı olub. Əfsanəvi tenor gənc solistə Romada bir neçə günlük “Master class” keçir. Emin Eminzadənin səsinə sənətinə vurğun olduğunu deyən Robertino Loretti onu payızda Moskvada keçiriləcək yubileyinə dəvət edib. Həmin tədbirdə əfsanəvi tenor gənc solistlə birgə səhnədə oxuyacağını bildirib. Emin Eminzadə isə Robertino Lorettidən onunla birgə Azərbaycan xalq mahnısı oxumağı xahiş edib. Əfsanəvi tenor Azərbaycan xalqının musiqisini mədəniyyətini çox sevdiyini söyləyib. Daha sonra Emin Eminzadə Romanın mərkəzində, Trastevere səmtində düzənlənmişElia Catalano” milli festivalının qala konserti olanFesta de noantrikonsert proqramında çıxış edib. Konserti böyük tamaşaçı kütləsi izləyib. Qonaqlar arasında Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıxov diplomatik korpusun əməkdaşları iştirak edib.

 

 

525-ci qəzet.- 2011.- 20 iyul.- S.7.