Əbülfəz
Qarayev Bakıya gələn ispaniyalı
nümayəndələrlə görüşüb
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə
olan İspaniya Krallığı Konqresinin nümayəndə
heyətini qəbul edib. Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, İspaniya nümayəndə heyətinin tərkibinə
Konqresin Xarici Əlaqələr komitəsinin sədri Xose
Antonio Duran Yeida, millət vəkilləri Xuan Moskoso, Fransek
Rikoma və Xosu Erkoreka daxil olub.
Görüşdə
Ə. Qarayev nümayəndə heyəti ilə İspaniya
Krallığı ilə Azərbaycan arasında ikitərəfli
əməkdaşlığın hazırkı vəziyyəti
ilə bağlı müzakirə və fikir mübadiləsi
aparıb. Mədəniyyət və turizm sahələri
üzrə ikitərəfli təmasların
artırılmasının və əlaqələrin
böyük potensialından geniş istifadə
olunmasının zəruriliyi vurğulayıb.
Sonra
nazir hər il İspaniyanın Madrid şəhərində
keçirilən “Fitur” Beynəlxalq Turizm Sərgilərində
Azərbaycan tərəfinin mütəmadi olaraq iştirak
etdiyini bildirib. O, Azərbaycanda İspaniya
Krallığının səfirliyinin
açılmasının qarşılıqlı turist
mübadiləsinin artmasına müsbət təsir göstərəcəyini
qeyd edib.
Görüş
zamanı nazir Azərbaycanda tikilən yeni mehmanxanalar,
Şahdağ qış-yay turizm kompleksi və digər turizm
infrastruktur obyektləri haqda qonaqları məlumatlandırıb.
O, Azərbaycanın “Eurovision” mahnı müsabiqəsindəki
parlaq qələbəsindən sonra ölkəyə
böyük turist axının gələcəyinin gözlənildiyini
qarşı tərəfin nəzərinə
çatdırıb.
HÜSNİYYƏ
525-ci qəzet.- 2011.- 29 iyul.- S.4.