Atropatena dastanıtəqdim olundu

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda yazıçı Vahid MəmmədlininAtropatena dastanıkitabının İmza günü gerçəkləşib. Tədbiri giriş sözü ilə açanUlduzjurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli kitab haqqında ətraflı məlumat verib: “Tanınmış yazıçı Vahid Məmmədlinin üç kitabdan ibarət olanAtropatena dastanıtrilogiyası dünya oxucuları arasında maraqla oxunan fentezi janrının tələblərinə uyğun qələmə alınıb. Ana dilimizdə yazılan çox qiymətli nümunə sayılan bu nəşrdə tariximizin gizli dövrlərinə işıq tutulub. Maraqlı magiya sehrlə, yeni nağıl fantastik qəhrəmanlarla, macəra, detektiv, döyüş məhəbbət səhnələri ilə zəngin olan bu əsər hər bir azərbaycanlı üçün maraqlı olacaq bir dövrü, tariximizin Albaniya Atropatena dövrünü ehtiva edir. Əsər tarixi faktlara əsaslanmasa da, ulu babalarımızın qəhrəmanlıqlarını, xeyir şərin mübarizəsini müasir üslubda vəsf edən eposdur”.

Tənqidçi Əsəd Cahangir tariximizin bir qədər sirli, mübahisəli qaranlıq dövrlərini əhatə edən Albaniya Atropatena dövlətlərinin yazıçının baxış bucağından təqdim olunmasını yüksək qiymətləndirdi: “Yazıçının trilogiyaya yanaşması həm tarixə yanaşmanı, həm müasirliyin bir sıra problemlərinə cavab tapmaq məqsədinə xidmət etdiyini əks etdirir. Tarixə müraciəti baxımdan müəllifin mövqeyi olduqca maraqlıdır. Vahid Məmmədlinin əsas məqsədi oxucunun tarixi təfəkkürümüzə, tariximizin qaranlıq dövrlərinə sahib çıxmağa çağırmaq istəyidir”.

Yazıçı İlqar Fəhminin sözlərinə görə, hər hansı kriminal hadisə haqqında yazmaq detektiv əsər yaratmaq anlamına gəlmir: “Çünki detektiv yazmaq üçün bu janrın sirlərinə bələd olmaq, ən azı süjeti necə qurmaq lazım olduğunu bilmək önəmlidir. Vahid Məmmədlinin əsərlərinin Rusiya Federasiyasında məşhur olmasının əsas səbəblərindən biri budur. Çünki onlar bu janra daha yaxından bələddirlər. Adi kriminal esseni detektiv əsərdən ayırmağı bacarırlar”.

Yazıçı-publisist Yunus Oğuz kitabın ideoloji xəttinin millətin kimliyinin müəyyənləşdirilməsinə yönəldiyini diqqətə çatdıraraq bunun çox əhəmiyyətli olduğunu bildirib.

Epos-trilogiya janrında olan kitabAlbanera”, “Qazaka”, “Atropaadlı hissələrdən ibarətdir.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 1 iyun.- S.7.