Vokalçı Ramil Qasımov Respublika Günündə zərdablılar
üçün konsert
verib
28 may Respublika Günü –
Azərbaycan Cümhuriyyətinin yaranmasının 93-cü il ölkənin hər yerində geniş qeyd
olunub. Azərbaycanın ən gənc
“Koroğlu”su, istedadlı vokalçı Ramil Qasımov Respublika
Günü münasibətilə Zərdab rayon ictimaiyyətinin,
bölgə sakinlərinin qarşısında konsert
proqramı ilə çıxış edib. Konserti M.Maqomayevin “Azərbaycan” mahnısı ilə
açan Ramil Qasımov tədbirdə Ü.Hacıbəylinin,
T.Quliyevin, Ş.Axundovanın, R.Hacıyevin, S.Ələsgərovun
mahnılarını da səsləndirib. Müğənni
konserti ümummilli lider Heydər Əliyevə həsr
olunmuş “Məşəl kimi yanan ürək” mahnısı
ilə yekunlaşdırıb.
R.Qasımov bölgələrdə
silsilə konsertlər verməklə bağlı
planını açıqlayıb: “Bölgələrimizdə,
vətənimizin fərqli guşələrində konsert vermək
çox gözəl bir hissdir. Burada insanlara
yaxın olmaq, onlara canlı musiqi ərməğan etmək məni
sevindirir. Bu silsilədən daha bir
neçə konsertim nəzərdə tutulur və hər
birinə çox ürəklə hazırlaşıram”.
GÜNEL
525-ci qəzet.-
2011.- 1 iyun.- S.7.