Dəyərli alim vətəndaş şairHikmət Mahmud

 

Əziz oxucu, bu gün 75 yaşın müdriklik zirvəsində qərar tutan zəhmətkeş insan, qəlbi tükənməz eşq ilə döyünən alim-şair qardaşımız Hikmət İsmayıl oğlu Mahmudovun (Hikmət Mahmudun) elmi-bədii tərcümeyi-halını sizinlə birgə vərəqləmək istədim. Hikmət Mahmudov geologiya-mineralogiya elmləri doktoru, professordur. AMEA-nın Geologiya İnstitutunun şöbə rəhbəri, onlarla monoqrafiya, kitab dərsliyin, 7 ixtiranın müəllifidir. Ömrünün neçə ilinin, uzun inadlı axtarış təcrübələrinin nəticəsi olaraq dünya elmində ilk dəfə perlitdə deyterini oksoni növ suyu aşkar edib.

Hikmət Mahmud geokimya, vulkanologiya ekologiya elmləri sahəsində görkəmli alimlərdən biridir. Professorun elmi irsi barəsində aydın təsəvvür üçün yalnız bir məqama toxunmaq istərdim. Hikmət müəllimin elmi uğurlarının dünya səviyyəsində əhəmiyyətli yer tutması, qəbul edilməsi bizdə fəxarət hissi doğurur. Professor Hikmət Mahmudovun yaratdığı cihazın köməyi ilə o, ilk dəfə olaraq dünya elm təcrübəsində vulkanik şüşələrdən suları qazları alaraq onların kimyəvi tərkiblərini müəyyənləşdirib. Bunun da geokimya elmində son dərəcə dəyərli olmasını bu sahənin alimləri gözəl bilirlər.

Mən Hikmət müəllimi 40 ildən çoxdur ki, (aramızda 10 yaş fərqimiz var, ağsaqqalımızdır) tanıyıram. Əslən o, Azərbaycanın təkrarsız bir bölgəsindəndir. İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində doğulmuşdur. Onun şəxsiyyəti, elmi yaradıcılığı, həmçinin poeziyası, söz dünyası, bədii tərcümeyi-halı barəsində yetərincə məlumatım, deyiləcək sözüm var. Əsl şairləri, sənət adamlarını bizə onların isti, titrək misraları, könül əmanətləri, bütövlükdə şeir çələngləri tanıdır, təqdim edir. Söz sərrafları ilə oxucunun şəxsi tanışlığı isə həmişə hamıya nəsib olan deyil. Bu da taleyin, iqbalın bir naxışıdır.

Müdriklər belə deyirlər: ana dili ana südüdür. Ana dilinin dadını-duzunu duymaq üçün, onun məna dərinliklərinə varmaq üçün, görünür təhsil, peşə heç həmişə əsas deyil. (Bəllidir ki, Xalq yazıçısı Mehdi Hüseyn, Xalq şairi Məmməd Araz başqaları filologiya fakültəsini bitirməmişlər). Şairlik Allah vergisidir, hər kəsə qismət olmur. Yunanlar deyirdilər: “Şairlər anadan şair kimi doğulurlar”. Ən əsası odur ki, sözü duyasan, sözün damarını tutasan, ifadə etməyin sənətkarı, xiridarı olasan. Belə olmasaydı şifahi xalq ədəbiyyatı yaranmazdı. Yüz illər boyu folklor incilərini ipə-sapa düzən xalqımız, folklor yaradıcılarımız, el şairlərimiz ona sığal vermişlər, onu zənginləşdirmişlər. Şair Hikmət Mahmud poeziyası da öz səmimiliyi, axıcılığı, qəlbə yatımlılığı, fəlsəfi fikir tutumluğu ilə diqqəti cəlb edir. Onun şeirlərində elə misralar vardır ki, sözün əsl mənasında sənət əsəridir, poetik kəşfdir:

 

Yer üzü cənnətdi külli-cahana,

Verib bir gün bizi alası dünya.

Yer altı zinətdi bəxşiş insana

mənə, sənə qalası dünya.

 

Hikmət Mahmud qələmini lirik növün əksər janrlarında sınayıb, sərbəst şeirlər , heca vəznli şeirlər , poemalar da yazıb, hamısını da ilhamının, istedadının gücü ilə yazıb. Onun lirik şeirlərində, poemalarında əsas süjet xətti, oxucuya çatdırdığı fikir, vəsf etdiyi hadisələr, obrazlar, çıxdığı haşiyələr ədəbi-bədii tələblərə, ölçülərə, dil normalarına uyğunluq timsalı əndazəsindədir:

 

Neçə fırtınalı tufan görmüşəm,

Çox vaxt sevinc verib, kədər dərmişəm.

Bu dünya evində min əzab çəkdim,

Mən sözdən özümə abidə tikdim.

Şair sözdən başqa bir şerində bəhs edir:

Bürünsün sevincə doğma elimiz,

Üzlərdə, gözlərdə təbəssüm görək.

Ürəklərdə qəmdən qalmasın bir iz,

Hər dildən-dodaqdan şirin söz dərək.

 

Hikmət Mahmud insanlara müraciət edərkən sözə hörmət hissini gözləməyi, insanda xoş ovqat yarada bilən sözləri, deyimləri işlətməyi tövsiyə edir:

 

Hikmət, gəl özünü yorma,

Dərinliyə çox baş vurma.

Söz deyəndə elə de ki,

Qəlb incidib, könül qırma.

 

Gözəldir. Şair yerində deyib. Hikmət Mahmud poeziyasına dərindən bələd olan söz sərraflarımız Bəxtiyar Vahabzadə, Əli Vəliyev, İlyas Əfəndiyev, Əkrəm Cəfər, Məmməd Araz, akademik Firudin Köçərli, Hüseyn Arif, Nəriman Həsənzadə başqa ədəbiyyat elm adamları onun şeirlərini zərif, incə duyğular poeziyası adlandırıblar. Həyata böyük məhəbbət aşılayan hisslərin ifadəsi kimi dəyərləndiriblər. Hikmət Mahmudun sözlərinə tanınmış bəstəkarlarımız 100-ə qədər mahnı bəstələyiblər. El aşıqları isə onun qəlbləri titrədən qoşmalarını oxuyurlar. Şairin bu günədəkÇiçəklərin intizarı”, “Danışanda-güləndə”, “Qocalmağa tələsmə”, “Könül açan söz deyək”, “Dünya, sənin nəyin yoxdur”, son illərdə isəQıyma gözəlliyəşeir kitabları nəşr olunaraq şeir sevərlərin ixtiyarına verilibdir.

Hikmət Mahmud dəyərli alim, vətəndaş şair, ləyaqətli ziyalı kimi ölkəmizdə tanınır. Bütün səviyyələrdə qəbul olunur. Təsadüfi deyil ki, AMEA-nın vitse-prezidenti, akademik Akif Əlizadə Hikmət Mahmud haqqında ürəkaçan sözlər söyləyir, ona böyük qiymət verir: “Hikmət Mahmud geniş dünya görüşlü, fitri istedada malik, zəhmətsevər bir insandır. Bu şəxsiyyət bütün insani keyfiyyətləri özündə cəm edibdir. Yüksək mədəniyyət, təmkinlilik, sakit danışıq tərzi, sadə davranış qaydaları, sözü sakit kəskin, habelə cəsarətlə deməsi Hikmət Mahmud dünyasının daxili aləminin psixologiyasını əks etdirir... Damarlarında əsl azərbaycanlı qanı axan bu böyük insan bütün varlığı ilə hər zaman xalqımızın dilini, mədəniyyətini, qürurunu qorumağı bacaran böyük ziyalıdır. Azərbaycana Hikmət Mahmud kimi geniş düşüncə yüksək bilik diapazonuna malik ziyalılar hava su kimi vacibdir”. Bu cümlələr, bu qənaətlər müdrik elm təşkilatçısı dünya şöhrətli akademik Akif Əlizadənin uzun illərdən bəri tanıdığı həmkarı haqqında ürək genişliyi ilə söylənmiş yüksək qiymət ona dərin hörmətin ən dolğun ifadəsidir. 2011-ci il mayın 15-də görkəmli alim, sevimli vətəndaş şairimizin 75 yaşı tamam oldu. O, bu illərdə şərəfli bir ömür yaşayıb, dəyərli işlər görüb. Çox-çox şükürlər olsun ki, bu gün Hikmət müəllim öz yaşından xeyli cavan görünür. Hələ yaşamağa, yazıb-yaratmağa dəyər, Hikmət müəllim, sizi cansağlığı, yaradıcılıq sevincləri uzun ömür diləklərimlə təbrik edirəm.

 

 

İsmayıl MƏMMƏDOV,

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2011.- 1 iyun.- S.7.