“Xırda yalan böyük
haqsızlıq doğurur”
Müsahibimiz tanınmış yazıçı, əməkdar
incəsənət xadimi Natiq Rəsulzadədir
– Natiq müəllim, siz Milli Kitab Mükafatına layiq görülsəniz də, təqdimat mərasiminə gəlmədiniz. Səbəb nə idi?
– Səbəb mənim həmin mükafatdan imtina etməyimdi. Mövcud olduğu cəmisi ikicə ildə bütünlüklə iç üçü açılan bir mükafat mənə lazım deyil.
Ömrüm boyu mən vətəndə və onun hüdudlarından kənarda xeyli sayda ədəbi müsabiqələrdə iştirak etmişəm. Udmuşam da, uduzmuşam da... Bu, təbii bir şeydi. Amma hətta fiaskoya uğrayanda da mənim layiqli, istedadlı rəqibim olub. Əlbəttə udmaq xoş bir şeydi, amma mən uduzmağı da bacarıram və yaxşı dərk edirəm ki, bu, həyatın sonu demək deyil. Sizə danılmaz bir həqiqəti deyim. Mükafatın statusu və nüfuzu nə qədər yüksəkdisə, daha çox siyasiləşmiş olur, nə qədər aşağıdısa qalmaqalı, çək-çeviri də bir o qədər çox olur. İndi yarım il bundan əvvələ qayıdarkən, təəssüf hissiylə etiraf etməli oluram ki, MKM-in müsabiqəsinə qatılmağım mənim səhvimdi; gərək özümü bu səviyyəyə endirməzdim.
– Onun nə ziyanı oldu ki?
– Ziyan yumşaq sözdü.
Amma hər şeydən öncə qeyd etməliyəm
ki, on yeddi (17! Çox deyilmi?) nəfərdən ibarət münsiflər heyətinin
tərkibinə respublikamızda tanınan, layiqli, nüfuzlu
şəxslər daxil idi. Milli Məclisin
üzvləri, Yazıçılar Birliyinin katibləri,
tanınmış alimlər, incəsənət xadimləri.
Amma bununla yanaşı təəssüf ki, dərhal
hansısa bir qruplaşma yaradaraq (yaxud da artıq hazır qrup
halında münsiflər heyətinə daxil olaraq) artıq
ilk günlərdən müsabiqə
iştirakçılarından birini, öz adamları olan Pərvizi
fəal şəkildə irəli verən adamlar da var idi.
Bütün bunlar necə başladı? MKM-in saytında mükafata iddiaçı olan hər
müəllifin əsərində üç səhifə
yerləşdirdilər ki, oxucular bəyəndikləri mətnə
səs verə bilsinlər. Nəticədə
ən çox oxucu rəğbəti qazanan müəllif
diplom, yaxud fəxri fərman alacaqdı. Boş
şeydi, amma bu da xoşdu, xüsusən yenidən başlayan
ədib üçün. Nəzərə
alsaq ki, onun bundan artığa iddiası da yoxdu. Mən bir neçə dəfə bu səhifəni
açmışdım. Oxucu səslərinin
nəticəsinə görə, mənim altmış mindən
çox xalım var idi, ikinci qırx mindən artıq xalla Pərviz,
üçüncü Məqsəd Nur idi. Açıq
deyim ki, bu məni az
qayğılandırırdı. Amma bir dəfə
sayta daxil olanda gördüm ki, mənim altmış mindən
artığım kəskin şəkildə arıqlayaraq otuz
bir minə düşüb. Amma o ikisi elə
olduğu kimi də qalıb. İndi siz mənə deyin,
bu, necə mümkündü? Axı, xallar ancaq
arta bilər, heç bir halda azala bilməz. Axı,
heç bir normal adam öz xalını
geri götürməz, bu, mümkün olan iş deyil. Bax, məsələ belə olub. Şahbaz Xuduoğlunun, Niyazi Mehdinin və
başqalarının idarə etdiyi qruplaşma nəyin
bahasına olursa-olsun öz adamları Pərvizə birinci
mükafatı qazandırmaq üçün ona qələbəni
hərtərəfli təmin etmək məqsədilə
süni yollarla mənim xallarımı azaldıblar. Neynək, yol kiçiyindi. Amma
yaxşı olardı ki, bu, düz yol olsun, cavanları lap əvvəldən
əyri yollara öyrətmək lazım deyil. Mən çox şey itirməmişəm, amma bu qədər
aşağılıq eləyərək belə cılız
maxinasiyalara getmək münsifə yaraşmaz. Onların arasında qruplaşmada təmsil olunanlarla
yanaşı, heç kimin şəxsi mövqeyinə təsir
göstərə bilməyəcəyi, respublikada nüfuz
sahibi olan müstəqil üzvlər də var idi. Amma necə deyərlər, xırda yalan böyük
haqsızlıq doğurur, böyük yalan isə şəxsən
məndə ikrah yaradır. Davamı lap ağır gəlir.
Qruplaşma üzvləri arasında söz-söhbətlər
başladı ki, bəs, burda rus dilində yazanların
iştirakı düzgün deyil, onları çıx-daş
eləmək lazımdı, 10 ballıq sistemdə onları
sıfırlamaq, nə yolla olursa-olsun yıxmaq lazımdı
(və mənim romanıma 2 verməklə fəal şəkildə
bunu həyata keçirdilər. Əminəm ki,
oxumadan. Amma bununla belə ədəbiyyatdan əla
baş çıxaran, öz vicdanlarının səsinə
qulaq asan və ədəbi zövqləri şübhə
doğurmayan digər münsiflər mənim romanıma
yüksək qiymət verməklə bal
göstəricilərimi irəli çəkə bildilər. Və mənim əsərim ən azı ikinci yerdə
idi). Elə bu zaman Şahbaz, Niyazi, Pərviz
qruplaşmasında oyunlar artıq əndazəni aşdı.
Əbəs deyil ki, Rəbiyyət Aslanova,
Çingiz Abdullayev, Rəşad Məcid jürini tərk
etdiklərini bəyan etdilər. Fikrimcə, belə davam
etsə, özünə hörmət edən bir adam da bu jüridə qalmayacaq. Nə olsun, bu,
qruplaşmanın əl-qolunu bir az da
açacaq... Bizə qoşulun, cənablar, bizə
qoşulun, onda sizə güc gəlmək çətin
olacaq. Qruplaşmanın üzvləriylə
hələ də öz mövqeyində qəti olmayan, tərəddüd
keçirənlərin kimə qoşulmağı müəyyənləşdirməyən,
əsərə verəcəyi qiymətin üstə əsməyənlərin
arasında zənglər başlandı. Siz bizimkinə
10 versəz, sizə sərf etməyəni yıxarıq, verməsəz,
sizə sərf etməyənə özümüz onluq verəcəyik
və s. və i.a.
– Bunlar sizə hardan məlumdu?
– Lap əvvəldən. Belə ki, jüri üzvlərinin sayında səhvə
yol verilmişdi. On yeddi nəfərin
arasında belə şeyləri gizlətmək mümkün
deyil, qruplaşma üzvləri bunu nəzərə
almamışdılar, informasiyanın mütləq
sızacağını unutmuşdular. Həm
də havalar çox isti idi.
– Şayiələr gəzirdi
ki...
– Bax, pis olan da budu. Siz şayiələrə yox, mənə qulaq
asın.
– Amma şayiələr gəzirdi
ki, onluqda olanların bəziləri jüriyə təzyiq
göstərir.
– Bu şayiələr mənim
də qulağıma çatırdı və bu işdə mənim
adımı da hallandırırdılar. Amma elə
bu özü də qruplaşmanın qurduğu oyunun bir hissəsi
idi. Bəs, görürsüz də, bu
yaxınlarda mükafat alacaq bizim fağır oğlandan
başqa hamı münsiflərə təzyiq edir. Necə də qiyamət oğlandı, eləmi?
Deməliyəm ki, bu doqquzluqdan fərqli olaraq mən
daha tanınmış, oxunan yazıçıyam. Məni hamı, o cümlədən jürinin
üzvləri də yaxşı tanıyır. Odur ki, mənim təzyiq göstərməyə,
yaxud nəsə xahiş etməyə ehtiyacım yox idi.
Heç kimə yazıçı kimi
Söhbətləşdi: İradə ƏSƏDOVA
525-ci qəzet.- 2011.- 8 iyun.- S.7.