Azərbaycanlı rejissorun
“Anlama”sı Özbəkistanda
nümayiş olunub
Özbəkistanda
yerli və əcnəbi gənclərin müəllif kinosu həftəsi
keçirilir.
APA-nın xəbərinə görə,
Daşkənddə keçirilən festivalda Azərbaycan da təmsil
olunur. Bu festivalda azərbaycanlı rejissor
Murad Muradovun 2008-ci ildə Kino Akademiyasında “Bakı mən
səni sevirəm” layihəsi əsasında çəkdiyi
“Anlama” filminin nümayişi keçirilib. Bu film cəmiyyətin insanlara qarşı olan biganəliyindən
bəhs edir. Festivalın təşkilatçıları
Özbəkistan İncəsənət İnstitutunun məzunları
Andrey Coy, Mahir Akimov və Şofik Yoldaşevdir. Festivalda Azərbaycanla yanaşı, Özbəkistan,
Rusiya, Almaniya, Qırğızıstan iştirak edir. Festival çərçivəsində, eləcə
də canlı musiqi ifaları və gənc rəssamların
sərgisi də təşkil olunur.
525-ci qəzet.-
2011.- 9 iyun.- S.7.