Səkkiz yaşlı azərbaycanlı qız İtaliyada beynəlxalq musiqi müsabiqəsinin qalibi seçilib

 

Səkkiz yaşlı azərbaycanlı Züleyxa Abdullayeva Pyetro Arcento adına XIV Beynəlxalq Musiqi Müsabiqəsinin qalibi seçilib.

İnformasiya Kommunikasiya Texnologiyalarının İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının şagirdi Z. Abdullayeva fortepianoda ifa üzrə öz yaş kateqoriyasında “ən yaxşı” seçilib. Baxın “Kiçik Prelüdiya”, Şopenin “Mazurka”, Klementin “Sonatina” kimi musiqi əsərlərini ifa edən Z.Abdullayeva öz rəqiblərini arxada qoyub. Qeyd olunub ki, Z. Abdullayeva 100 mümkün baldan 96-nı yığmaqla Avropanın musiqi arenasında Azərbaycanın imicini dəstəkləməyə imkan verib. Bu qalibiyyət sayəsində Z.Abdullayeva, həmçinin Pyetro Arcento adına təqaüdə də layiq görülüb.

Z.Abdullayeva deyib ki, bu qalibiyyət İncəsənət Gimnaziyasında fortepiano sənətini öyrənməyə ona yardım edən musiqi müəlliməsi Nigar Nəcəfzadənin səyləri sayəsində mümkün olub.

Beynəlxalq müsabiqədə İtaliya, Almaniya, Cənubi Koreya, Niderland, Türkiyə, Polşa, Sloveniya və sair ölkələrin təmsilçiləri iştirak edib.

 

 

525-ci qəzet.- 2011.- 10 iyun.- S.7.