“Azərbaycan İncəsənəti”nin
yeni cildləri nəşr edilib
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə
çərçivəsində “Bizim Nəsil” Gənclərin Regional İnkişaf
Assosiasiyası İctimai
Birliyi tərəfindən
çap olunan “Azərbaycan İncəsənəti-təsviri
sənət, dekorativ tətbiqi sənət, memarlıq (uşaqlar üçün ensiklopedik
məlumat kitabı) kitabının növbəti
2-ci və 3-cü cildləri
işıq üzü
görüb. Gənclər
və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın sözlərinə
görə, kitabda qədim tarixə və zəngin bədii ənənələrə
malik olan Azərbaycan incəsənətinin
təsviri sənət,
dekorativ tətbiqi sənət, memarlıq haqqında məlumatları
toplanmışdır. İlk
dəfə uşaqlar
üçün nəşr
olunan ensiklopediya xarakterli bu kitabda
adları Azərbaycan
incəsənəti tarixinə
həkk olunmuş görkəmli sənətkarlar,
özünəməxsus bədii
məziyyətə malik
dünya şöhrətli
sənətkarlıq nümunələri
haqqında yığcam
məlumat verilir: “Məlumat üçün
bildirim ki, kitabda incəsənətimizin
tarixinə qızıl
hərflərlə yazılmış
sənət inciləri
və onların müəllifləri barəsində
kifayət qədər
sadə və uşaq dili ilə söhbət açılmışdır. Materiallar
əsasən incəsənətin
aşağıdakı sahələrini
əhatə etmişdir:
rəngkarlıq, qrafika,
heykəltəraşlıq, dekorativ-tətbiqi sənət,
memarlıq”. S.Məmmədova qeyd edib ki, kitabda ilk dəfə olaraq gənclər və uşaq yaradıcılığına
həsr olunmuş ayrıca bölmələr,
rəngli təsvir materialları daxil edilib ki, bu
da yazılanların əyani və dolğun qavranılmasına
kömək edir.
Bu səpgili çap məhsulunun ölkəmizdə
uşaqlar üçün hazırlanmadığını nəzərə
alsaq, kitabın əhəmiyyətini bir daha görmək
mümkündür. S.Məmmədova
vurğulayıb ki, kitabın tərtibçiləri Azərbaycanın
əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və
gənc sənətşünas Aslan Xəlilovdur.
S.QARAYEVA
525-ci qəzet.-
2011.- 10 iyun.- S.7.