Azərbaycanlı rejissorun “Bir addım”ı beynəlxalq mükafat qazanıb
Başqırdıstanın
Ufa şəhərində “Torpaq və insan” Beynəlxalq
kinofestivalı keçirilib. Festivalda Azərbaycan, Almaniya, Rusiya,
Qazaxıstan, Türkiyə və digər ölkələrin
audiovizual məhsulları nümayiş olunub. Azərbaycanı
“Bir addım” qısametrajlı bədii filmi təmsil edib.
Filmin rejissoru Fariz Əhmədovun APA-ya verdiyi məlumata
görə, “Bir addım” festivalın “qısa metrajlı bədii
film” nominasiyasında “ən yaxşı səs rejissoru
işinə görə” diplomuna layiq görülüb.
“Bir addım”
qısametrajlı bədii filmi 20-dən artıq ölkədə
keçirilən beynəlxalq festivalın müsabiqə
bölməsində Azərbaycanı təmsil edib, müxtəlif
mükafat və diplomlara layiq görülüb. Film 2009-cu ildə
Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu
meydan, bu ekran-2008” müsabiqəsinin qalib kino layihəsi kimi
istehsal olunub.
525-ci qəzet.-
2011.- 10 iyun.- S.7.