Oralarda kimlər var: AZƏR ABDULLA
NASİRİN PUBLİSİSTİKASI
Şair kultunun hökm etdiyi
bir məmləkətdə şairlərin nəsrə üz
tutması bir müəmma olduğu kimi, nasirlərin də
şeir yazması bir o qədər qeyri-ciddi qarşılana
bilər mənim fikrimcə. Amma hər iki halda qələm ədəbiyyata
xidmət edir və yenə də qələm sahibləri
özlərinin şair kimi təqdimindən çox xoşhal
olurlar, bunu da danmayaq.Son ( hələlik) kitabını nəsrvari,
daha doğrusu uzun illərin çətin sınaqlarından
çıxan publisistik yazılarını oxuculara təqdim
edən dostum Azər Abdulla son vaxtlarda şairdən çox,
nasir kimi və gözəl qələmi olan usta nasir kimi diqqətləri
daha çox özünə çəkib. Nasirin
publisistikası təbii bir hal kimi qəbul oluna bilər.Bir
çox insan belə fikirləşir ki, hər mövzu, hər
iç rahatsızlığı hekayənin malı deyil vəya
hekayə mövzusu ola bilməz. Bu bir az mübahisəli
görünə bilər. Azər Abdulla publisistik
yazılarında nasirlik elementlərini həmin
yazıların, sətirlərin arasında saxlamaqla bu gün,
çağdaş publisistikanın sıradan bir vətəndaşı
kimi yox, məhz tam hüquqlu bir vətəndaşı olaraq
diqqəti çəkməkdədi.Əslində, deyək ki,
çox populyar “QƏMƏRLİDƏN GƏLƏN QATAR”
povesti də tam publisistik bir baxışla yazılan əsər
olmasa da, Azərin bir vaxtlar yaşadıqları
baxımından buna da publisistik povest vəya yazı deyə
bilərik.Mən bununla Azərin o gözəl povestinin dəyərini
düşürmək fikrindən çox-çox
uzağam.Amma Azər orada obrazların adını gizlədərək
vəya dəyişdirərək yazır. Beləliklə
iddia oluna bilər ki,bütün nəsr əsərlərində
publisistikanın işartıları və hüququ tam anlamında
nəzərə çarpır. Azərin nəsr əsərləri
nə qədər gözəldirsə, mənə elə gəlir
ki, onun publisistikası da maraqlı və cəzbedicidir...
“Qobustan” toplusu illərində
( mütləq düşünün ki,Azərin orda
çalışdığı illərdə) Azər bir
çox publisistik yazılarını bu topluda çap etdirdi
və nə yaxşı ki, o toplu vardı.Çünki onun
yazdığı publisistika o zaman heç yerdə çap
olunmazdı. O zamanın “Qobustan” toplusunda çap olunan
yazılarda yazıçının qəhrəmanı
dışında, lləridə əyərini
düşürmük fikrindən çox-çox uzağam.yə,qubadan
naxçıvandaen jağıstana, Tifözü də o
yazının içinə girirdi.Və yazdığı
insanının taleyində öz taleyinin ştrixlərini də
axtarırdı. Bu da yaradıcılıqda ən mühim olan
bir nəsnədi və xüsusilə Azərin
publisistikasında köməkçi xətt olmayıb
mühim amillərdəndi.
Daha başqa bir amili də
yazmaq istərdim : Azər Abdullanın publisistikasını
ayıran cəhətlərdən biri də bu ki, haqqında
yazdığı insanlar heç də hər zaman taleyindən
bəxtəvər insanlar olmayıblar. Bunu çox az qələm
sahiblərində görmək olar.Bu nədən irəli gəlir
: Azər özü də heç zaman bəxtəvər həyat
yaşamayıb və heç indi də yaşamır.
“Qobustan” toplusuna gələnə qədər Azərin
haralarda işləməsindən mənim nədənsə xəbərim
olmayıb, amma “Qobustan” toplusu onun nəsrə doğru yolunun
açılmasında başlıca nədən olmasa
da,müəyyən mənada rol oynayıb desəm Azər bəy
məndən inciməz..
...Gözəl balerinalardan
biri haqqında Azər yazır və təbii ki, o zaman Azər
baletin bütün gözəlliklərini izah etmək niyyətində
də olmayıb. Ürəyi istəyib və qələmini də
sınamaq üçün bu risqə gedir. “PA... DE...
ŞA...” adlı bu yazı balerina Tamilla Şirəliyeva
haqqında idi. ( Sırası gəlmişkən Azərin
kitabının adı da bu yazıdan
alınıb).İçdən gələn çox
böyük sevgi ilə,deyək Mehrinin Vartanizor orta məktəbini
bitirmiş bir gəncin balerina Tamilla Şirəliyeva haqqında
yazısı sırf “pa... de... şa...” nın nədən
ibarət olduğunu deməsə də yazının poetik
yanaşma açımı, həqiqətən də
yazının oxunaqlı olmasıyla çox diqqəti çəkmişdi
və Çaykovskinin “Qu gölü” baletində qu quşunun
ölümünü ÖLÜM BELƏ OLURMUŞ, ONU DA
GÖRDÜK sözləriylə başlanan yazısında sərrast
bir üslubla Tamillanın yaratdığı ölüm
anlarını ifadə edən Azər sonradan təmiz SƏNƏT
PUBLİSİSTİKASININ ən gözəl qələm sahiblərindən
birinə çevrildi.
“Niyə görə
kitabın adını PA...DE ...ŞA... qoydum.Bəli bir az da
seçilmək üçün.Ancaq kitaba bu adın verilməsinin
nədəni bambaşqadır.Qarşınızdakı kitabda
PA...DE... ŞA... adlı balaca bir yazının,qələm
adamı kimi mənim həyatımda ayrıca rolu olub.1969-cu
ildə ilk sayı işıq üzü görmüş,elə
birinci nömrəsi ilə mətbuat aləmində müstəsna
imic qazanmış “Qobustan” incəsənət toplusu.Bu toplunun
şöbə müdiri Tofiq Abdin ( o vaxtkı Tofiq Məhərrəmoğlu)
mənim balet tamaşalarına marağımı,sevgimi
bildiyindən (ara-sıra Qara Qarayevin “İldırımlı
yollarla”, “Yeddi gözəl”, Arif Məlikovun “Məhəbbət
əfsanəsi”, Bizenin “Jizel”,Çaykovskinin “Sonalar
gölü” balet tamaşalarına baxdığımı
danışmış, Aram Xaçaturyanın “Qayane” baletində
Azərbaycan xalq musiqisindən gen-bol istifadə etdiyini söyləmişdim)
bəzən mənimlə məzələnərək: balet
hara, sən hara?! Çılpaq qızlara baxmaqdan ötrü
gedirsən deyirdi...”.
Bir neçə gündən
sonra baletlə bağlı yazımı həyəcan və
nigarançılıqla “Qobustan” incəsənət toplusu
redaksiyasına apardım. İki gündən sonra Tofiqlə
görüşəndə o mənim məqaləmin birinci
cümləsini həzin və kədərli avazla “Ölüm
belə olurmuş, onu da gördük... söylədi sonra əlavə
edərək : yaxşı yazıdı, hamı bəyəndi...-
deyəndə mən onun ciddimi yoxsa istehzayla dediyini kəsdirə
bilmədim...Bir gün sonra yenə redaksiyaya getdim,toplunun o
vaxtkı məsul katibi zəngin informasiyalı,sənət
bilicisi Vidadi Paşayev gülə-gülə baş
barmağını yuxarı qaldıraraq : “Əla söyləyib”
məqaləmdə balerina qız barədə
yazdığım “Deməli sən də adi qızlar kimi nəsə
tikirsən” cümləni söyləyəndə doğrudan
da yazının bəyənildiyinə inandım, qəlbimdə
aşıb- daşan sevincimi gizləməyə
çalışdım.”
Azər Abdulla bir insan olaraq ləngərli
görünməsinə baxmayaraq, yazılarında gözəl
bir çeviklik və ifadə tərzinə görə
oxşarsızlıq var. Azər əgər bir şeyin
iddiasındadırsa, onu sona qədər qovalamaq və onun
sonuna getmək məqamını heç zaman əldən verən
bir qələm sahibi deyil.O halda ki,həmin adamın taleyini
yaşaya bilsin və belə olduğu halda Azər həmin
taleyi sona qədər izləyir.
Azərin kitabına daxil olan
və sonralar da kitab kimi çap olunan daha bir yazı
haqqında çatdırmaq istərdim.Bu da rəssam Səttar
Bəhlulzadənin yaradıcılığı və rəssamın
özü barədə hekayətdi ki,Azər uzun illər bu
yazı barədə düşünmüş və
yazmışdır.Uzun illər və uzun zaman bəzi şeyləri
yadda saxlamaq üçün qeydlər etmiş və həmin
ştrixlər ətə- qana işləmiş, sonradan rəssamın
yaradıcılığını yaxından izləmiş və
ondan əvvəl yazılmış kitablardan fərqli olaraq
quru,rəsmi bir kitab yox, bədii qələmlə
yazılmış bir əsər ortaya qoymuşdur və
adı da çox qərib : QAPILARI BİR-BİR
DÖYDÜM.Azərin çox böyük hövsələ
ilə yazıb oxuculara təqdim etdiyi kitab məncə Səttar
yaradıcılığına həsr olunmuş kitablar rəfində
diqqəti özünə çəkmək kimi bir şansa
malikdir.Təbii ki, Azər Abdullanın Səttar Bəhlulzadəyə
böyük sevgisi onun məhz qapı-qapı düşməyə
vadar etmiş (burada bir nünansı da qeyd edim: Azər yazar
şəxsiyyətini, qürurunu qoruyan tək-tək
ziyalılardandır) sonunda bəzən də donuq üzlərlə
görüşmüş, amma içindəki qüruru bir
qırağa qoyaraq, ona qarşı olan münasibəti Səttar
sənətinin doğmalığına qurban vermiş, lənət
şeytana deyib, bu laqeydliklərin üstündən
keçmişdir. Elə buradaca Azər Abdullanın
özünün yazdıqlarına müraciət edək.Və
öncə yadıma qəflətən düşmüşkən
deyim: Azərin hər bir publisistik yazısı yazıdan
qırağa çox gözəl bir hekayətdi, hekayə yox
ha HE.........KA...... YƏT...........!!!
“Günlərin bir
günü vaxtilə Səttar Bəhlulzadənin
qohumlarına,tanışlarına
bağışladığı işlər və bu işləri
saxlayanlarla görüşmək, rəssamın onlarla
münasibətini öyrənmək, vaxt var ikən canlı
yaddaşlarda yaşayan Səttarın adi deyimlərindən
ovqatından tutmuş çılğınlıq
anlarınacan mürəkkəb sənətkar
dünyasının yeni-yeni dönəmlərini
yaşadığı sevincli,kədərli məqamları
üzə çıxarıb aşkarlamaq keçdi fikrimdən.
...Ünvanlar
çoxaldı, coğrafi ərazi ağılagəlməz dərəcədə
genişləndi.Əmircandan,Bakıdan Gəncəyə,
Qubadan Naxçıvandan Dağıstana,Tiflisdən Moskvaya,
Leninqrada,Moldovaya,Çexoslovakiyaya, İtaliyaya....və
dünyanın bir çox məmləkətlərinə gedib
çıxdı”.
Uzun...uzun... illərin
akkordları sırasında Azərin
yaradıcılığı haqqında yazdığım
düşüncələri araşdırarkən hələ
1900-ci ildə Azər Abdullanın
yaradıcılığı haqqında qısa qeydlərdə
mən onun publisistikasına da toxunmuş və yazmışam
: “ Mənim fikrimcə Azər Abdulla bir publisist kimi gözəl
oçerklərin,sorğuların müəllifidir.Onun
görkəmli rəssamımız Səttar Bəhlulzadə
haqqında gözəl oçerki və yaxud belə deyək
sənədli hekayələri ünvanı çox adama bəlli
olmayan “Qobustan” toplusuna oxucu məktublarının gəlməsinə
bais olmuşdur.Açığını deyim ki,Səttar
haqqında yazılan neçə-neçə məqalə və
bədii yazılardan fərqli Azər Abdullanın qələmindən
çıxan hekayət daha şirəli, daha yanıqlı və
sənətyönlüdür.Bütün bunlar ona görədi
ki, “Azərbaycanfilm” Səttar Bəhlulzadə haqqında
ssenarilər müsabiqəsində Azər Abdulla birinci yeri
tutdu və onun ssenarisi əsasında film çəkdilər”.
... Bu gözəl nasirimizin bədii-sənət
publisistikası nümunələri yayınlanan kitabdakı
başlıqları xatırlatsam, bir çox məqam üzə
çıxar və bu başlıqlar oxucu təbəqəsinin
hər zümrəsi üçün maraq doğura bilər:
“Gözəl sənət”, “Musiqi”, “Artistlər”, “Balet”, “Esse”,
“Səngərlərdən gələn səslər”,
“Sorğular”, “Onlar belə düşünür”, “Publisist
yazılar”, “Ədəbiyyat,ədəbiyyat” və nəhayət
hətta “Siyasət”...
Al gəldi, qardaş!!!!!! Tap
bu kitabı. Nə istəsən var gözəl nasirimiz və
şairimiz Azər Abdullanın 639 səhifəlik bu
kitabında!
Səhifələrin sayı
və kitabın qalınlığı səni qorxutmasın!
Tofiq ABDİN
25-ci qəzet.- 2011.- 11 iyun.- S.23.