Tahir Rzanın “Xarıbülbüllə söhbət”i
Şair-publisist, millət vəkili Tahir Rzanın “Xarıbülbüllə söhbət” adlı yeni kitabı işıq üzü görüb. Çox sayda bədii-publisistik məqalənin və neçə-neçə şeir kitabının müəllifi olan Tahir Rzanın şeirlərinin əsas mövzusu xalqa, torpağa bağlılıq, insanlığa hörmət və məhəbbət, nadanlığa nifrətdir. Qarabağ dərdi, işğal altında olan torpaqlarımızın həsrəti, qələbələrimizə inam şairin yaradıcılığının motivlərini səciyyələndirən əsas amillərdəndir.
Tahir Rzanın “Xarıbülbüllə söhbət” kitabına daxil edilən şeirlərində milli qürur, azərbaycançılıq ideyaları ətrafında səfərbər olmaq, ölkəmizin xoşbəxt gələcəyi naminə qurub-yaratmaq hissləri güclü, bədii ifadələri təbii və canlıdır.
Kitabda yer alan “Türkiyə-Azərbaycan” başlıqlı şeirdə şair hər iki türk dövlətinin gücünü təsvir edib və türk xalqının yenilməz olduğunu vurğulayıb:
Bir millət, iki dövlət
Olduğumuz həqiqət
Birdir ürək, can, qüvvət
Qardaşdılar hər zaman
Türkiyə-Azərbaycan!
Atar özün oda türk
Boyun əyməz yada türk
Heydər baba, Atatürk
Can deyiblər
sizə can
Türkiyə-Azərbaycan!
Şair “Qarabağ
deyərik gor evinədək” başlıqlı
başqa bir şeirində doğma vətənimizin işğaldan
sonrakı mənzərələrini
ürək yanqısı
ilə qələmə
alıb:
Dağlar boynu bükük, dərələr
əsir
Çaylar dərdli-dərdli
coşur, çağlayır
Həsrət arzuların
yolunu kəsir
Laçın yasa batıb,
Bir əsər
görünmür Cıdır
düzündən
Yoxdur gözə
dəymir gəlib-gedəni
Tarix eynəyini
alıb gözündən
Andırır Qacarın
faciəsini.
Burda həyat
ölüb, zaman dayanıb
Sanki insanlar
da daşdır, kəsəkdir.
Tarixin əlləri
qana boyanıb,
Tanrı həqiqətlə
üzbəüz təkdir.
“Dünya
günahkarmı, insan
günahkar” şeirində
müəllif üzərində
dayandığımız bu
qoca dünyada tarazlığın pozulduğunu,
haqqın nahaqqa, namusun pula satıldığını,
dinin, imanın qalmadığını vurğulayıb
və bütün bu olanlarda dünyanınmı
yoxsa insanlarınmı
günahkar olduğunu
sanki dəqiqləşdirməyə
çalışıb:
Yer göyə,
göy aya, od suya aşiq,
İnsan da dünyaya zinət, yaraşıq.
Bəs nədən
haqq,
nahaq düşüb
qarışıq?
Talayır qəlbləri
intizar, qübar,
Dünya günahkarmı,
insan günahkar
Həqiqət şikəstdir,
ədalət yetim,
Nadan qan tökməyə
gözləyir bir him.
Bilinmir kəf gəlir billah
kimə kim,
Hərraca qoyulub vicda,
ismət, ar,
Dünya günahkarmı,
insan günahkar.
Müəllifin “Qoy fırlansın bu dünya” başlıqlı
şeiri ölməz şairimiz Bəxtiyar Vahabzadəyə həsr olunub.
Bu fırlanan
dünyada
Nələr görməmişik
biz?
Çox güldürüb,
ağladıb.
Bizi əməllərimiz
Ömrümüzə yük olub
Min-min fitnə,
yalanlar
Bizə haqdan dərs deyib
Haqqa qənim
olanlar.
Şair “Xarıbülbüllə
söhbət” poemasında
xəyali olaraq Xarıbülbüllə dərdləşib.
Bu poemada müəllifin
Xarıbülbülə verdiyi
suallar və öz halını, dərdlərini ürək
ağrısı ilə
anlatdığı misralar
da olduqca kövrəkdir.
Xarıbülbül bu nə gündü, zamandı?
Sağın həsrət,
solun ahdı, amandı?
Mənim dərdim
səninkindən yamandı
Yağı düşmən
dağ çəkibdir
bağrıma
Yerlər, göylər
dözə bilmir ağrıma
Xarıbülbül gözün
niyə dolubdur?
Dilin batıb,
yanaqların solubdur?
Yurdun, yuvan vaxtsız viran olubdur
Söylə qoyub yaman günə kim səni?
Sənin kimi əsir qalsın düşməni.
Xarıbülbül Qarabağda
kimin var
Kim hayına
bir kimsəni haraylar
Qəmlə ötən
bu fəsillər bu aylar
Yaddaşlardan silinərmi,
gedərmi
Dərdimizə de bir əlac edərmi?
Kitaba “Dünya
hamınındır”, “Bəsdir
daha qərənfilim ağlama”, “Dünyaya göz dəysə”, “Allah
sirr açmayıb”,
“Qartal ölümü”,
“Canlı ölü”,
“Fikir oğrusu”, “Hələ yazılmamış
misralarım var”, “Qalmaz yad əllərdə
qalmaz Qarabağ”, “Vətən” və bir çox vətən həsrətli,
insanı dərindən
düşünməyə vadar edən şeirləri də daxildir.
GÜNEL
525-ci qəzet.- 2011.- 15 iyun.- S.7.