TƏRƏQQİSİ İLƏ GÖZ OXŞAYAN İSMAYILLI

 

 (əvvəli ötən sayımızda)  

 

Əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi hələ problemli olan məsələlərdəndir. Belə ki, savadsız kadrların bu sahədə hələ fəaliyyət göstərməsi, bu üzdən əksəriyyət kənd kitabxana mədəniyyət klublarının tələbata uyğun şəkildə qrafikasını qura bilmədiyindən gənclərin asudə vaxtının səmərəli təşkilinə şərait yarada bilməməsi, çox vaxt istifadəsiz qalması, müasir texnika avadanlıqlarla tam təchiz edilməməsi bu sahənin kəsir tərəfləridir.  

Lakin hər bir sahədə olan inkişaf, tikinti- abadlıq işləri bu sahədən yan keçməmiş, Mərkəzləşdirilmiş kitabxana sisteminin inzibati binasında, uşaq kitabxanasında incəsənət məktəbində, 4 kənd kitabxanasında 3 mədəniyyət evində əsaslı təmir işləri həyata keçirilməkdədir. Həmçinin İsmayıllı kənd şəhər 3 saylı uşaq bağçalarının binası da əsaslı təmir olunmuşdur. Uğurları ilə daha çox diqqət mərkəzində olan rayonun səhiyyə işçiləri isə bu illər ərzində əhaliyə yüksək tibbi xidmət göstərmiş, yoluxucu xəstəliklərin, ana uşaqların mühafizəsinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirmişdir. Belə ki, həmin vaxtda rayon mərkəzi xəstəxanasının 4 şöbəsində əsaslı təmir işləri aparılaraq, istilik sistemi yenidən bərpa edilmişdir.Texnika, avadanlıqlarla da qismən təchiz edilmişdir. Lakin səhiyyənin bir çox problemləri rayon üzrə yaşanmaqdadır. Hələdə 12 müxtəlif ixtissaslı həkim kadrlara böyük ehtiyac duyulur. Tibbi avadanlıqların ləvazimatların, texniki vasitələrin çoxu köhnə yararsızdır. Rayon əhalisinin içməli suya, təbii qaza elektrik enerjisinə olan ehtiyacının ödənilməsi məqsədilə xeyli işlər görülmüş, çoxsaylı şikayətlər əsnasında rayonun 7 kəndinə su kəməri çəkilmiş, Lahıcda isə iri su anbarı tikilmişdir. Təbii ki, neçə illərdir əziyyət çəkmiş kənd sakinləri içməli suya olan tələbatını da problemsiz ödəyəcəklər. Elektrik enerjisi ilə tam təmin olunmuş rayonun 4 kəndinin elektrik şəbəkəsi yenidən bərpa edilmiş, smart-kart sisteminə keçirilmişdir. Hərdən elektrik enerjisinin verilişində olan fasilələr elektrik dirəklərinin xəttlərinin köhnə olmasından qaynaqlanır. Həmçinin əhalinin təbii qazla təminatı məsələsinə gəldikdə isə hazırda rayonun 108 kəndindən 28-i mavi qazdan istifadə edir. Bütun bunlarla yanaşı əhalinin sosial məsələləri, digər növ xidmət sahələrindən olan tələbatın ödənilməsi diqqət mərkəzində olan məsələlərdəndir. Belə ki, rayon sakinlərindən 3 mindən çoxuna sosial müavinət, 450 ailəyə isə sosial yardim verilmişdir. Eləcə bu yaxınlarda əlil şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binası tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, bu günədək 4 çoxmənzilli bina 6 fərdi ev tikilmiş, 121 nəfər imtiyazlı təbəqədən olan insan mənzillə, 15 nəfər isə minik maşını ilə təmin olunmuşdur. Lakin elə idarə, müəssisə qurumlar var ki, onlar imtiyazlı təbəqədən olan insanların hüquqlarını tanımaq istəmir, hətta yeri gələndə onların haqqlarını da yeyirlər. Süründürməçilik digər süni əngəllərlə vətandaşların şikayətlərinə qarşı çıxırlar. Analoji halı bir sira kənd bələdiyyələrində rast gəlmək mümkündür.Bunu rayonda olarkən həmsöhbət olduğumuz sakinlər təsdiqlədilər.

Həmsöhbətlərimdən biri olan Zeynəb Kərimova bildirdi ki, "Düzdür, şəhərimiz 10 il əvvəlki şəhər deyil, o qədər səliqəli olmasa da xeyli abadlıq-quruculuq işləri həyata keçirilib. Bəzən isə öz peşəsinə məsuliyyətsiz yanaşması nəticəsində əhalinin problemləri, şikayətləri öz həllini tapa bilmir. Həmçinin rayonda açılan yerlərinin əhalinin sayına nisbətdə az olması əmək haqqının aşağı olması hər bir kəs kimi məni olduqca narahat edir. Çox istərdim ki, aidiyyəti qurumlar bu cür xoşagəlməz nüansların aradan qaldırılması istiqamətində gücləndirilmiş ciddi rejiminə keçid alıb, şəhərimizin daha da abadlaşdırılmasına, əhalinin isə maddi rifah halının yüksəlməsinə xidmət etsinlər".Buna aydınlıq olaraq qeyd etmək lazımdır ki, cari ildə qeydiyyatdan işsiz kimi keçən 149 nəfərdən yalnız 66 nəfər işlə təmin olunmuşdur.  

   2010-cu ilin "Ekologiya ili" olduğundan rayon ərazisində xeyli yaşıllaşdırma işi aparılmışdır. Hətta son iki ildə rayonun müxtəlif ərazilərində 13 mindən çox ağac əkilmişdir.İsmayıllı kənd rayonu olduğundan, burada kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına yeni texnika, avadanlıqların alınmasına xüsusi diqqət ayrılır. Xüsusilə rayonda inkişafına əlverişli zəmin olan sahibkarlıq fəaliyyəti bu sahə üzrə inkişaf etdirilir.Yəni rayonda quşçuluq, çörəkbişirmə, üzümçülük, şərabçılıq, meyvəçilik, taxılçılıq yönümlü sahibkarlıq fəaliyyəti daha sürətlə inkişaf etdirilir. Mindən çox şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Son 5-6 ildə bu istiqamət üzrə açılan yeni istehsal müəssisələri xidmət sahələrinin istifadəyə verilməsi əhalinin işə olan tələbatının ödənilməsində, maddi rifah halının yaxşılaşdırılmasında mühüm rol oynayır. Ayrı-ayrı adamlarının, maliyyə qurumlarının, təşkilatların da göründüyü kimi İsmayıllının abadlaşmasında inkişaf etməsində xüsusi xidmətləri var.  

 

İSMAYILLI – ƏSL İSTİRAHƏT MƏKANI  

 

Ümumiyyətlə, ölkəmizdə əsl turizm məkanlarından biri kimi məşhurlaşmış İsmayıllı zəngin yaşıl təbiəti ilə, füsunkar mənzərəsi ilə, "sənətkarlar paytaxtı" olmağı ilə daim diqqət mərkəzindədir. Müasir dönəmdə tikilib istifadəyə verilən obyektlər, turizm məkanları, parklar, muzeylər bunu deməyə əsas verir.Son 3 ildə rayon mərkəzində kəndlərində 3 otelin tikilib hazır vəziyyətə gətirilməsi buna canlı nümunədir. Həmçinin 2011- ci ilin "Turizm ili" olması da bu istiqamətdə həyata keçirilən layihələrin daha geniş miqyas almasına gətirib çıxaracaq. Hətta 202 yerlik müasir otel kompleksinin "Turizm ili" çərçivəsində cari ilin İsmayıllı üçün verdiyi ən böyük töhfələrdəndir. Bəli, İsmayıllı tikilir, qurulur, yeni layihələrin icrasına başlanılır. Həyata keçirilən hər bir tədbir, atılan hər bir addım həm rayonun ümumi mənzərəsinin yaxşılaşmasına, həm sakinlərin həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. 2009- cu il 29 oktyabr tarixində rayona səfəri zamanı burada aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olmuş, sakinlərin problemləri ilə maraqlanaraq görülən işləri belə qiymətləndirmişdir:  

"Bir neçə ildir ki, İsmayıllı şəhərinin mərkəzində ətraf yaşayış məntəqələrində abadlıq-quruculuq işləri həyata keçirilir. Dinamik inkişaf prosesi nəticəsində rayonun siması dəyişir yeniləşir. Ümid edirəm ki, növbəti dəfə İsmayıllıya gələndə burada daha yeni gözəl işləri görəcəyəm. Sizə, bütün ismayıllılara bu işlərdə yeni uğurlar arzulayıram. Uğurlarınız davamlı olsun".

  

     

Günel İsayeva

 

Ədalət.- 2011.- 24 iyun.- S.3.