Dünyanın gizli tarixinin mükəmməl
tədqiqat təşəbbüsü
(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda
qeydlər)
“Çıxış” kitabının 14-cü fəsili üç-19, 20 və 21 saylı bəndlərdən ibarətdir, onların hər biri 72 hərfdən əmələ gəlib. Əgər bu bəndlər biri digərinin başına yazılsa, sütunda 72 hərf üzə çıxacaqdır. Sonra oxunan sütun 72-nin sirrinin Allahın adı olduğu kimi açılacaqdır.
Hər bir qədim
yəhudi həmçinin ədəd idi. Yəhudilərin “A” hərfi “əlif”
– “bir” idi. “Bet” – “iki” demək idi və sonrakılar da bu qaydada
gedirdi. Burada həmçinin mürəkkəb əlaqələr
vardır. Qədim yəhudi sözü “ata” 3-ün ədədi
mənasını verirdi, “ana” sözü “41” mənasında
idi. Qədim yəhudilərdə “uşaq” sözü “44 idi,
Ata və Ananın birləşməsi”ndən əmələ
gəlirdi.
Yəhudilərin “Ədəm
bağı” kəlməsinin ədədi mənası144 idi.
Bilik Ağacının ədədi mənası isə 233
idi. Əgər 233-cü 144-ə bölsək, bu, “fi”
qızıl prororsiyanın qiymətinə yaxın olan rəqəmi
ifadə edəcəkdir.
Ziqmund Freyd Kabala ilə dərindən
maraqlanırdı. O, sübut edirdi ki, Misir faraonu Exnaton Moisey
monoteizminin (təkallahlığının) mənbəyi idi.
Biz bilirik ki, Moisey birinci gəlmişidir.
Exnatonun monoteizm ideyaları hiyləgərcəsinə
qurulmuşdu, həm də təhlükəli qaydada fərqli
idi. Misir Yeni çarlığının ən yüksək
dövründə Exnatonun atası III Amenhotepin
hökmranlığı böyük sülh və
çiçəklənmə vəd edən yeni eranın
siqnalı kimi görünürdü. Hətta bu dövr
Böyük Piramidanın unikal nailiyyəti ilə müqayisə
olunmasa belə, qədim dünyanın çox gözəl məbədlərinin
tikilməsini görmüşdü.
Exnaton xromosom qüsuru ilə
doğulmuşdu, ona görə də qəribə
görünüşə malik idi. Qadın budları kimi iri
budları var idi, uzun üzü onu yerə məxsus olmayana bənzədirdi,
hətta ruhi xarakter daşıyırdı. Bu qüsur həmçinin
ruhi tarazsızlıq simptomlarına, maniyaya, paranoyyaya və
ilyuziyaya qapılmağa aparıb çıxarırdı.
Exnaton hökmranlığı Sotik siklinin başlanması ilə
bir vaxta düşdü. Keşişlərin ilahiyyatına
görə bu, tarixin gördüyü ən böyük
astronomik sikllərdən biri idi. Misir mifologiyasında bu siklin
hər yeni başlanğıcı Bennu quşunun qayıtmasını
görürdü, bu Feniks yeni eranın başlanmasının
və yeni paylanmanın rəmzi idi.
Exnatonun birinci işi günəş
dairəsi allahı Atona Məbəd tikmək idi. Məbəd
onun böyük saray həyətinin mərkəzində yerləşmişdi,
obeliskin başındakı daşda əfsanəvi Feniks dirilməli
idi. Onun ikinci addımı yeni böyük paytaxt şəhərini
tikmək idi. O, istəyirdi ki, yeri öz oxu ətrafında
fırlatsın. Sonra o, elan etdi ki, bütün allahlar real
olaraq mövcud olmamışlar və Aton bir, həqiqi və
vahid Allahdır. Bu müasir düşüncədəki monoteizmə
çox oxşayırdı. İsidaya, Osirisə və Amon –
Raya sitayiş qadağan edildi, onların məbədləri ləğv
edildi və bağlandı, onların populyar bayramları cəhalət
nişanəsi elan edildi.
Bu günkü monoteizmə
oxşar şəkildə, Exnatonun monoteizmi də materialist
idi. Çünki monoteizm ruh təcrübələrini inkar
etməyə meyl edir, bu təcrübə isə həqiqətən
spiritualizm qaydasında adi, Atona həsr edilən təriflər
gözəl himn şəklində bizə gəlib
çatmışdır və onlar Davidin Zəburlarını
qiymətləndirməyə xidmət edə bilər: “Sən
dünyanı öz arzuna uyğun olaraq yaratdın –
bütün adamları, “mal-qaranı” və vəhşi
heyvanları” deyə Exnaton deklamasiya edirdi. David isə oxuyurdu:
“Sənin işlərin, necə saysız-hesabsızdır, sən
onların hamısını belə müdrikliklə
gördün. Dünya sənin yaratdıqlarınla doludur”.
Tənəzzül zəruri
olaraq içəridən gəldi. Hökmranlığın
on beşinci ilində Atona olan bütün dualara baxmayaraq, onun
çox sevdiyi qızı öldü. Sonra həmişə
onu dəstəkləyən anası Tiy öldü. Gözəl
arvadı Nefertiti saray məlumatlarından qeybə çəkildi.
İki il sonra keşişlər Exnatonu öldürdülər
və onlar taxt-taca gənc oğlanı qoydular və o,
dünyada Tutanxamon kimi tanındı. Keşişlər vaxt
itirmədən Fivanın bərpasına başladılar.
Exnatonun paytaxtı tezliklə kabus şəhərə
çevrildi və ona qoyulmuş abidə, onu təsvir edən
hər bir heykəl, Exnatonun adının hansısa bir qaydada
xatırlanması rəhmsiz şəkildə və
ardıcıl olaraq yoxa çıxdı.
Sauldan sonra hakimiyyətə
gələn David-Tadua ilk dəfə olaraq İsrail
tayfalarını bir çarlıqda birləşdirən ilk
çar oldu. O, b.e.ə 1004-cü ildə Yerusəlim
çarına çevrilmişdi. David bu şəhərdə
məbədin bünövrəsini qoydu, lakin onu tikdirə bilmədən
öldü, ona görə də bu işin başa
çatdırılması onun oğlunun üzərinə
düşdü. Oğlu Solomon isə b.e.ə. 971-ci ildə
Yerusəlim çarı oldu. Əgər o, ümumən real
tarixi şəxsiyyət idisə, Dəmir erasında
yaşamışdı. Solomon öz sehirli biliyini gizli kitabda
bildirir, sonralar bu Yerusəlimdəki ikinci məbədin
bünövrəsinə qoyuldu. Qədim yəhudi folkorunda da
deyilirdi ki, Solomonun hökmranlığı elə gözəl
idi ki, qızıl və gümüş, küçələrdəki
daş kimi çox idi. Ona görə ki, yəhudilər həmin
dövrdə məbədlər tikmək ənənəsinə
malik deyildilər. Onlar köçəri xalq idilər.
Solomon məbədin layihəsi
üzərində işləmək üçün
finiklyalı Hiram Abiffi seçdi. Məbəd Mouseyin daş
lövhələri yerləşdirilən Müqavilə Səyyar
məbədinin saxlandığı yer olmalı idi. Məbədin
künclərində ayı təmsil edən dörd buynuz və
yeddi lampalı qızıl şamdan var idi. Əlbəttə
ki, axırıncı günəşin, ayın və beş
böyük planetin təmsilçiləri idi. Cakim və Boaz
pillələri kosmosun pulsunu ölçürdü.
Yonulmuş dekorativ narlar Bibliya hesabındakı müxtəlif
faktları yada salırdı. Keşişlərin xalatları
günəşi, ayı, planetləri və bürcləri təmsil
edən qiymətli daşlarla bəzədilmişdi. Bu vaxt
yeganə adi olan daş zümrüd idi. Məbədlərin
qeyri-adi xüsusiyyəti, əridilmiş sarı mis dənizi
və ya Qurana görə fəvvarəsi idi. Usta
inşaatçı Hiram öz layihəsini həyata
keçirmək üçün sənətkarlıq
qardaşlığını işlədirdi, onları
üç dərəcəyə-şagirdlərə, şəriklərə
və ustalara bölmüşdü. Bu qardaşlıq
ideyaları hökmən dar, ezoterik mühitdən uzağa
yayılırdı ki, bütövlükdə cəmiyyətin
təşkil olunmasını dəyişdirsin. Lakin Hiram
Abiffin qətli əhvalatında biz bütün bunların necə
əyri yolla getməsinin də şahidi oluruq.
Solomonla Hiram Abiffin
arasındakı örtülü rəqabət müəyyən
gizli ənənələrdə mövcud idi. Şeba
çariçası Solomona qonaq gəldi, lakin bu qadın həm
də belə möcüzəli məbədin layihəsini
yaradanla görüşməyə maraq göstərdi. Hiram
Abiffona baxanda, çariça (Quranda o, Bilkis adı altında
verilir) hiss etdi ki, onun sinəsində əriyən metal kimi bir
sensasiya qalxır. Qadın Hiramdan soruşdu ki, göyün
gözəlliyini məbədin arxitekturasında yerə gətirməyi
necə bacarmışdır. Memar cavab verdi ki, Tau
xaçını yuxarıda tutmaqla. Bu xaç T hərfi
ölçüsündə idi. Qəflətən
bütün fəhlələr məbədə qarışqa
kimi axışdılar.
Yenidən həşərat
obrazı. Bu ənənələr Talmudda və Quranda var idi.
Beləki məbəd Şamir adlanan və daş yonmağa
qadir olan sirrli həşəratın köməyi ilə
tikilmişdi. Burada biz arı pətəyi obrazı kimi ruhi
qüvvələrin obrazına malik oluruq, ona Hiram göstəriş
verə bilirdi. Hiramın fəhlələrindən
üçü onun gizli qüvvələrinə
qısqanclıq göstərirdi. Onlar qərara aldılar ki, ərintidən
tökülmüş dənizin sirrlərinə bələd
olsunlar. İş gününün axırında onlar Hirama məbədi
tərk edəndə tələ qurdular. O, öz sirrlərini
təkrar-təkrar açmaq istəməyəndə , onlar
memarın başına ağır zərbələr vurmaqla
onu öldürdülər. Onunla birlikdə müəyyən
sirrlər də öldü və indiyədək itirilmiş
kimi qalmaqda davam edir. Sirrli məktəblərdə və gizli
cəmiyyətlərdə elan olunan sirrlər həmin vaxtdan
etibarən aşağı sirrlər hesab olunur.
İki müstəqil zəkalı
Mason tədqaqatçısı- Kristofer Nayt və Robert Lomas
bu istiqamətdə işləmişlər. Onlar Hiramın
Finikiyadan gəlməsinin açarını tapmaq cəhdindən
başladılar. Həmin ölkədə əsas ilahə
Astarta və ya Venera idi. Əlbəttə, bu, həmçinin
dekorativ detallarla, artıq xatırlanan narlarla
bağlıdır. Bu Veneranın meyvəsi idi, zümrüdlər
isə Veneranın qiymətli daşları idi.
Beşguşəli ulduz da
Veneranın simvolu idi. Çünki həmin nümunədə
hər səkkiz illik sikldə Venera ekliptik ətrafa iz qoyur-səhər
göyündə beş dəfə və hər axşam
göyündə beş dəfə beş iti uclu formalı
nümunələrlə çıxır. Bu yeganə
planetdir ki, tam müntəzəm qaydada həmin yolla diaqram
çəkir. Bu diaqram bəzən pentaqram kimi, bəzən
beşguşəli ulduz kimi, beş ləçəkli
qızılgül kimi görünür. Veneranın simvolu
kimi pentaqram həndəsədə yüksək əhəmiyyət
kəsb edir. Ona görə də Leonardo da Vinçinin
matematika müəllimi Luka Pasioli öz kitabında ilahi
pronporsiyanı açırdı, bu, onun hər bir hissəsində
Qızıl Mütənasibliyi təcəssüm etdirirdi. Bu
müqəddəs həndəsə öz vaxtında məkan
kimi fəaliyyət göstərirdi.
584 gündən ibarət
olan 5 Venera sikli dəqiq günəş illərində
baş verirdi, bu o demək idi ki, Venera sikli günəş
siklini 1,6-na bərabərdir. Biz əvvəlcə 1,6 rəqəminə
rast gəlmişdik, bu Qızıl Mütənasibliyin
başlanğıcında idi, irrasional və sehirli rəqəmlərdən
biri olmaqla, ağlın materiyaya keçməsi kimi təsvir
edilirdi.
Solomondan sonra İsrail
çarlığı yenidən parçalanmağa
başladı. Peyqəmbərlər quruluşu deyilən
quruluş əmələ gəldi. Onların rolu camaata məsləhət
vermək idi. Onlar heç kəsin eşitmək istəmədiklərini,
xoşa gəlməyən və populyar olmayan şeyləri
deyirdilər.
İliya vəhşi, qeyri
adi və tənha adam idi, demək olar ki, avaralar kimi kəmər
bağlayırdı və uzun plaşda gəzirdi. Zaratustra
kimi o, odu odla vuruşdururdu. Allah tərəfindən səhrada
gizlənməsi tapşırılan İliya kiçik
çaydan su içir, qarğa ovlamaqla qidalanırdı.
Qarğa göstərir ki, İliya Zaratustranın müdrikliyi
kimi, bu yolla özünü həsr edənə
çevirmişdi. “Qarğa” bu sehrliyə həsr
olunmağın bir dərəcəsi idi.
İliya bir peyğəmbər
kimi dəlilik həddinə yaxın olan bir vəziyyətdə
yaşayırdı. O, zəhərlənmiş adamları
sağalda bilirdi, cüzam xəstəliyi olanları müalicə
edirdi. O, ölmüş uşağın başı üzərində
uzanmaqla ona öz ruhunu vermişdi. O, yenidən səhraya
qaçanda bunu öz həyatı üçün
etmişdi- Allaha tərəf qaçmışdı. Sonra
dağ başında dəhşətlər yaşadı,
tufana düşdü. Nəhayət o, taqətdən
düşdü, ağacın altında yatanda yuxuda mələyi
gördü. Mələk ona nə etməli olduğunu dedi.
Lakin güclü külək gəlib dağı silkələdi.
İliya bilirdi ki, Allah bu küləiyn içərisində
deyildir və o, mağarada təhlükəsiz qalmağı qərara
aldı. Qəflətən mağaranın
qarşısında ildırımın
işığından yaranan zolaq gördü. O, yenə bildi
ki, Allah bu odun içəriçində deyildir.
Tufan yatdıqdan və od
söndükdən sonra səhər açılanda hər
şey sakit idi. Dan ulduzu qalxmışdı, bu vaxt səhərin
saf havasında İliya Allahın hələ də sakit olan səsini
eşitdi. Axı Moinsey də yanan kolda bu səsi
eşitmişdi. İliya onun iradəsi ilə necə
öldürməyi və necə yenidən
doğulmağı öyrənmişdi. Platon “Respublika”
kitabında yazırdı ki, “Kim ki bu həyatda
yaxşılığın ideyasını dərk etməyə
qadir deyil, o, ölümündən sonra cəhənnəmə
düşəcək və qaranlıq məskəndə
yuxuya dalacaqdır”.
Ömrünün sonunda
İliya od saçan arabada göylərə qalxdı. Ondan əvvəl
Nuh da belə etmişdi, o da adi qaydada ölməmişdi.
Kabalistik düşüncədə İliyanı göylərə
qaldıran araba sehirli olmağın bir amili idi.
İki yüz il sonra
İsayya peyğəmbərin vaxtında kainatı yeni,
transtsedent (təcrübə hədlərindən kənar olan)
qaydada anlamaq işləri inkişaf etdirildi. Bizim eradan əvvəl
550-ci ildə İsayya bəyan etmişdi: “Qaranlıqda gəzən
adam böyük işıq görəcəkdir...
Çünki bu bizə uşaq doğulmasıdır, bizə
oğul verilməsidir və idarəçilik onun çiynində
dayanacaqdır və onu adı Gözəl, Məsləhətçi,
Qüdrətli Allah, Əbədi Ata, Sülh hökmdarı
olacaqdır”.
Mərhəmət
konsepsiyası tarixi peyğəmbər düşüncəsindəki
öz anlayışından böyüməyə
başladı. İki çarlığın
hökmdarları və xalqları onlara deyiləni həyata
keçirməkdə uğursuzluğa uğradılar. Onlar
pozuldular və torpaq səhraya çevrildi. Lakin bu vaxt,
Allahın mərhəməti ilə səhra torpağından
yaşamağa qadir olan kök üzə çıxdı.
Peyğəmbərlər mərhəmətin bu yolla baş
verdiyini öz ömürləri dövründə kiçik
çarlıqların hərbi və siyasi səviyyədə
yüksəlməsində, enməsində və yenidən
yüksəlməsində görmüşdülər.
İsayya İsrailin tarixi və
gələcək taleyi barədə böyük hissə malik
idi, “Cessenin gövdəsindən irəli bir çubuq
çıxacaqdır” deyirdi. O, həmçinin tarixin sonunu
yaxşıca görmək qabiliyyətinə malik idi: “Canavar
və quzu birlikdə qidalanacaq və leopard oğlan
uşağı ilə bir yerdə uzanacaqdır”.
Dünyanın digər hissələrində başqa özünü həsr etmələr də baş verirdi. Prins Siddhartha indiki Nepalda, müharibə aparan kiçik dövlətlərlə tanınan bir ərazidə doğulmuşdu. 29 yaşına qədər o, naz-nemətli dəbdəbə içərisində yaşamışdı. Onun hər bir ehtiyacı hələ başlamamışdan ödənilirdi və onun həyatının hər anı sevinclə dolu idi. Bir gün o, çar sarayını tərk etdi və əvvəllər onun görməsinə icazə verilmədiyi şeyi-qoca adamı gördü. Və qoca dəhşətli vəziyyətdə idi, lakin daha sonra ona məlum oldu ki, öz xalqı xəstədir və ölür.
O, sarayı tərk etməyi qərara aldı – arvadını da, uşaqlarnı da, –bircə məqsədlə ki, bu əzab çəkənləri hiss etməyə cəhd etsin. Yeddi il ərzində güşənişinlər arasında yaşamaqla o, yoqa sutralarında və Rişi törəmələrinin təlimlərində axdardıqlarını tapa bilmədi. Nəticədə onun artıq 35 yaşı olanda o, gedib çayın qırağında Bohdi ağacının altında oturdu və qərara aldı ki, başa düşməyənə qədər hərəkət etməyəcəkdir. Üç gün, üç gecədən sonra o, anladı ki, həyat əzabdır və əzab çəkmək yerüstü şeyləri arzu eləmək nəticəsində yaranır. Lakin sən bütün bu arzulardan azad ola bilərsən. Həqiqətən də, sən elə azadlığa və ruh dünyasına yaxınlığa nail ola bilərsən ki, yenidən heç vaxt reinkarnasiyaya- yenidən doğulmağa ehtiyac duymayasan. Və beləliklə sən, Siddhartha etdiyi kimi, Buddaya çevrilə bilərsən.
Anlamanın və ya işıqlanmanın cığırı Budda tərəfindən “səkkiz dolaşan cığır” adlanmışdır.
Bura inam, inandırılma, öyrənmə, hərəkət, yaşamaq, niyyət, düşünmək, seyr etmək daxil idi. Buddanın səkkiz dolaşan cığırı səkkiz praktikadan və tapşırıqdan ibarət olmaqla Çakra boğazının 16 ləçəyindən canlanan səkkizi üçün mövcud idi. Budda öləndə öz məqsədinə nail olmuşdu. Reinkarnasiya barədə ona heç bir tələb olunmayacaqdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2011.- 25 iyun.- S.22.