“İpək Yolu” II Beynəlxalq Musiqi Festivalı işinə start verdi

 

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “İpək yolu” II Beynəlxalq Musiqi Festivalına həsr olunmuş mətbuat konfransı gerçəkləşib. Tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Akademik Opera Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Bəstəkarlar İttifaqının katibi Ramiz Zöhrabov, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova xanəndə Mütəllim Dəmirov iştirak ediblər. Festival haqqında ətraflı məlumat verən F.Əlizadə ötən il Şəkidə keçirilən “İpək yolu” II Beynəlxalq Musiqi Festivalının bu il Bakıda həyata keçirəcəyini bildirib: “ İyunun 28-dən iyulun 1-dək davam edəcək musiqi festivalı Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə həyata keçirilir. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, Ukrayna, Hindistan, Norveç, Cənubi Koreya, Polşa İsveçrədən iştirakçılar qatılacaq. Bir il bundan öncə böyük tarixə, qədim dövlətçilik ənənələrinə, yüksək mədəniyyətə sahib olan Şəki şəhərində “İpək yolu” I Beynəlxalq musiqi festivalının uğurla keçirilməsi bizi ruhlandıraraq bu ənənəni davam etdirməyə sövq edib. Buna görə , bu il Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ilində, ölkəmizin paytaxtı Bakı şəhərində ikinci dəfə festivalı keçirməyə hazırlaşırıq”. Festivalın gündəliyi barədə ətraflı məlumat verən ABİ-nin sədri musiqi bayramının Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində, istedadlı gənc musiqiçi Cavad Tağızadənin multimedia layihəsi ilə start götürəcəyini Bəstəkarlar İttifaqının tarixi binasında, əməkdar rəssam Səbinə Şıxlinskayanın E.Qriqin musiqisinə həsr etdiyi orijinal installyasiyaların nümayişi ilə yekunlaşacağını diqqətə çatdırıb.

 ABİ-nin sədri festival günlərində şəhərimizin qonaqları paytaxtımızın sakinlərinin izləmək imkanı əldə edə biləcəkləri əsərlər haqqında danışıb: “Festival çərçivəsində insanlar dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin uzun müddət səhnədə nümayiş olunmayan “Əsli Kərəm” operasına yenidən tamaşa etmək, Ukraynanın “Rikoşet” ansamblının ifasında avanqard musiqisini dinləmək, polyak pianoçusu Stanislav Deyin ifasında romantik musiqinin parlaq nümayəndələri-Şopen Listin əsərlərindən həzz almaq, tanınmış alman dramaturqu Patrik Züskindin “Kontrabas” pyesinin ideya məzmununun Azərbaycan muğamının melodiyaları ilə çarpazlaşmış formasını izləmək imkanı əldə edəcəklər”. F.Əlizadə konsert proqramlarının İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun “Şirvanşahlar Sarayı Kompleksi”ndə, Azərbaycan Milli İncəsənət Muzeyində, Gənc Tamaşaçılar Teatrında digər mədəniyyət ocaqlarında nümayiş olunacağını festival çərçivəsində tanınmış musiqiçilərin ustad dərslərinin keçirilməsi planlaşdırıldığını deyib. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev, xalq artisti, professor Ramiz Zöhrabov başqaları ölkəmizdə mədəni irsin qorunması, xalqımıza məxsus olan zəngin mədəniyyətin təbliğ olunmasına göstərilən diqqət qayğını diqqətə çatdırıblar. L.Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “İpək Yolu” II Beynəlxalq Musiqi Festivalı çərçivəsində ilk tədbir gerçəkləşib.

Tədbir “Azərbaycan xalçaları böyük İpək Yolunda” sərginin nümayişi Cavad Tağızadənin “Xalçanın musiqi sehri” multimedia layihəsinin təqdimatı ilə açılıb. Giriş sözü ilə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə bəşər tarixində nadir hadisələrdən olan Böyük İpək yolunun Azərbaycanda cərəyan edən tarixi hadisələrə təsirsiz ötüşmədiyini dilə gətirib: “Orta əsrlərdən başlayaraq Azərbaycan beynəlxalq vasitəçi rolundan aktiv iştirakçı roluna keçərək ticari dövriyyədə mədəni əlaqələrin mübadiləsində önəmli rol oynayıb. Bu yol Avropa Şərq ölkələri arasında ticarət əlaqələri yaratmaqla yanaşı həm mədəniyyətlərin sürətlə inkişaf etdirilməsində əvəzsiz rol oynayıb”. Muzeyin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva xalça musiqinin vəhdətindən bəhs edərək onların arasında olan qırılmaz mənəvi bağlardan söhbət açıb: “Həm musiqi, həm xalçaçılıq insanların qəlbini riqqətə gətirən, həm onların ruhunu oxşayan sənət incisidir”.

Qeyd edək ki, “İpək Yolu” II Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi Şirvanşahlar Sarayında Ü.Hacıbəylinin “Əsli Kərəm” muğam-operasının nümayişi ilə keçiriləcək. Bu opera 22 il Azərbaycan səhnəsində göstərilməyib yenidən bərpa olunub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 29 iyun.- S.7.