Azərbaycan kitabxanaçıları
XVIII Beynəlxalq Kitabxana
Konfransında iştirak
ediblər
Ukraynanın
Krım Muxtar Respublikasının Sudak şəhərində
“Kitabxanalar və informasiya resursları müasir elm, mədəniyyət,
təhsil və biznes aləmində” adlı XVIII Beynəlxalq Kitabxana
Konfransı gerçəkləşib. Konfransda Azərbaycanı
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri
və Prezident Kitabxanasının kitabxanaçıları təmsil
edib. Nazirlikdən verilən məlumata görə,
konfrans çərçivəsində “Kitabxana və cəmiyyətin
elektron informasiyası: informasiya əsrinin yeni onilliyində
bizi nə gözləyir?”, “Gənc kitabxana mütəxəssisləri,
yeni nəsil-yeni baxış?”, “Uşaq və yeniyetmələrdə
qiraətlə bağlı çətinliklər”, “Elektron
kataloq və elektron kitabxanaların yaradılması üzrə
Avtomatlaşdırılmış Kitabxana-İnformasiya
Sisteminin tədris dərsləri” mövzuları üzrə
seminar, dəyirmi masa, sərgi və prezentasiyalar xüsusi
maraqla qarşılanıb. Konfransın dördüncü
günü Azərbaycanın kitabxana mütəxəssisləri
İ. Qasprinski adına Krım-Tatar Kitabxanasında türk
dünyasının aşıq poeziyasının nümayəndəsi
Aşıq Ömərin anadan olmasının 390 illik yubileyi
ilə əlaqədar “Şair doğulmuşam mən...”
mövzusunda keçirilən tədbirdə iştirak ediblər.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 17 iyun.- S.4.