Dünyanın gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü

 

(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı haqda qeydlər)

 

Abraham. Yunan sivilizasiyası

 

Abraham (İbrahim) b.e.ə. 2000-ci illərə yaxın bir dövrdə öz doğma Urunun (Urununun) göydələnləri arasında gəzirdi. O, qonaq getməyi, səhra köçərisi olmağı, itirilmə prosesində olan ilahi hissi yenidən açmağı qərara aldı.

O, Misirə gələndə fəraon öz qızlarından biri olan Həcəri Abrahamın arvadı Saraya qulluqçu verdi. Həcər Abrahama onun ilk oğlu olan İşmayeli (İsmayılı) doğdu və o, ərəb xalqlarının atasına çevrilməli idi. Abraham Misir keşişlərindən özünü həsr etmə böyük biliyini öyrəndi. O vaxtlar evlənmə bir qayda olaraq tayfa və ya geniş ailə içərisində baş verirdi. Fövqəltəbii qüvvələr qanla əlaqədə olurdu və eyni qandan olan nikah, misal üçün, qaraçıların ənənəsində öyrədildiyi kimi, qüvvələri möhkəmləndirdi. Müxtəlif tayfalardan olan nikahlara qüvvələrin və birliyin dəyişilməsi də daxil idi. Bu isə arzuolunmayan idi.

Abraham Misirdə hansı müqəddəs sayma formasını qəbul etmişdi? Özünü həsr etməyə namizəd olan adam qranit sərdabənin içərisində uzanmalı idi. Trans vəziyyətində olanda öz bitki bədənini, öz ruhi və heyvani bədəni ilə birlikdə qaldırmağa qadir olurdu, onun fiziki bədəni yuxarı qalxırdı. Beləliklə, o, fantom kimi sərdabənin ağzında pərvaz edirdi. Özünü həsr etmə mərasiminin şahidi olan irland şairi U.B.Yiits təsvir edir ki, mərasim kursu ərzində səhnəni bildirmək üçün bir neçə zəng çalınır. Yiitsin ruhu müxtəlif səhnələrdə müxtəlif aydınlıq dərəcəsində görünməli idi, onların hər biri həmçinin müxtəlif rəng nümunələri ilə nişanələnirdi.

Ezoterik fəlsəfədə bitki bədəni xüsusilə vacib olan məsələlərdən biridir. Beləliklə, bu bədən səmərəli qaydada fiziki dünya ilə ruhi dünya arasında baş giriş qapısını formalaşdırır. Sirrli məktəblərdə iki min beş yüz il keçdikdən sonra özünü həsr etmə yenə də tətbiq edilir və bu gün də bəzi gizli cəmiyyətlərdə bu həyata keçirilir. Məbədlərdə yatmaq qaydası mövcuddur, bəzi xəstə adamlara məbəddə yatmağa icazə verilir. Bu yuxu üç gün davam edir, bu dövrdə özünü həsr edənlər öz bitki bədənləri üzərində işləyirlər ki, həsr etmə prosesinə uyğun olmayan heç bir şey baş verməsin.

Misirdə qaldıqdan sonra Abraham qərbə doğru, bu gün Palestina (Fələstin) kimi tanınan regiona tərəf hərəkət etdi. O, silahlanmalı, öz nökərlərini məşq etdirməli idi ki, yerli quldurlar tərəfindən əsir götürülmüş qardaşını xilas etsin. Qəddar və qanlı döyüşdən sonra o, vadidən keçdikdə Melxizedek adlı bir qeyri-adi şəxslə görüşdü. Salem çarı Melxizedek ən yüksək Allahın keşişi idi. O, çarları öldürməkdən qayıtdıqda Abrahamı gördü və ona xeyir-dua verdi. Abraham özünün malik olduqlarından onda birini bu möminlərin çarına verdi. Bundan sonra Salem Çarı həm də Sülh Çarı oldu. O, özünü Allahın oğlu kimi aparırdı, ardıcıl olaraq keşişlik edirdi.

Atası, anası, övladları olmadığına görə o, nə başlanğıc gününə, nə də həyatın sonuna malik idi.

Kabalistik ənənədə Melxizedekin sirri Nuhunku kimi xarakterizə olunur, Nuh isə böyük Atlantida lideri olmaqla bəşəriyyəti kənd təsərrüfatına, taxıl becərməyə və şərab düzəltməyə öyrətmişdi. O, əslində heç vaxt ölməmişdi, başqa ölçülərdə hərəkət etmişdi. O, indi yenidən meydana çıxdı ki, Abrahamın mənəvi müəllimi olsun, onu yüksək səviyyədə özünü həsr etməyə öyrətsin.

Atası İsaakı dağa, Melxizedekin səcdəgahında qurban verməyə gətirəndə, onun iyirmi iki yaşı var idi. Abraham oğlu İsaakın boğazını kəsmək üçün bıçağını çəkəndə, mələk, bu qurbanı buynuzu yaxındakı kola bağlanmış qoçla əvəz etdi. İsaak Melkizedekin Sirrli məktəbində üç il yarım ərzində sirrləri öyrəndi. O, elə səviyyədə özünü həsr etməyə yiyələndi ki, sonra nə lazım olacağını da, insan inkişafının Ay səhnəsini də başa düşdü. Fərdi sərbəst düşünmənin təkamülü, hökmən dəyişiləcək dünyada insanları şüurlu rol oynamağa qadir edəcəkdi.

Fikirin inkişafına digər böyük töhfə, əlbəttə ki, yunanlardan gəldi. Troyanın mühasirəyə alınması yunan sivilizasiyasının olduqca böyük səviyyəyə qalxmasının başlanğıcı idi, bu vaxt yunanlar Xaldeya-Misir sivilizasiyasından təşəbbüsü ələ aldılar və öz ideallarında əritdilər.

Qədim dünyada müharibələr müqəddəs biliklərə sahib olmaq uğrunda aparılırdı. Müəyyən mənada buna görə də fövqəltəbii qüvvələr müharibələri müzakirə edirdilər. Yunanlar ona görə şəhəri mühasirəyə almışdılar ki, ilahə Afinanın əli ilə düzəldilmiş Palladium adlanan heykəli oradan çıxartsınlar. Eyni yolla biz bunu, Yelenaya sahib olmaq üçün onların apardıqları mübarizədə də görə bilərik.

Bu gün biz gözəlliyin sifətində Stendalın ibarəsindən istifadə edərək “xoşbəxtlik vədini” görə bilərik. Böyük gözəllik özlüyündə bizə mistik görünə bilər, əgər güman edilsə ki, bu özündə bilavasitə həyatın sirrini daşıyır. Yelenaya sahib olmaq yunanları sivilizasiyanın sonrakı səhnəsinə irəliləməyə qadir edəcəkdi.

Troyanın mühasirəsi əhvalatı həm də bütünlüklə Axillesin məşhur deyimində öz ifadəsini tapır: “Kölgələrin çarı olmaqdansa, yaşayanların torpağında qul olmaq yaxşıdır”. Yunanıstanın və Troyanın qəhrəmanları günəşdə yaşamağı sevirdilər, o qəflətən bağlananda, bu dəhşətli bir şey olurdu və onların ruhu kölgələrin torpağına, Qərb qaranlığına göndərilirdi.

Yunanlara görə qəhrəmanlardan başqa, mühasirədə olan Troyanı bəs əsl məğlub edənlər görən kimlər idi? Bu heç də igid, qüvvətli qəhrəman Axilles deyildi. O, demək olar ki, məğlub edilməyən yarımallahlardan axırıncısı idi. Bu, “fərasətli ağıllılardan” olan Odissey idi, o, taxta ağac at hədiyyəsini qəbul etmək barədəki hiyləgərliyi ilə troyalıları məğlub etmişdi, bu əllə düzəldilən nəhəng atın içərisində isə əsgərlər gizlədilmişdi.

Troya müharibəsindən əvvəl hər kəs eyni fikir dünyasına şərik idi. Adamlar dəhşətli səmimiyyətlə birgə hərəkət edirdilər. Onlar bizim itirdiyimiz hissə malik idilər, həyata keçirdikləri hər şeydə onlar kosmik hadisələrdə iştirak edirdilər.

 

Qədim yəhudilərin əhvalatları. Budda

 

Yəhudilərin Misirdən çıxmasının, adətən Misirin ən məşhur və daha ekspansiv hökmdarlarından biri olan ll Ramzesin hökmranlığı vaxtında baş verdiyi güman edilir. Luksordakı və Əbu Simbeldəki böyük tikililər onun abidələri olmaqla, indi Parisin Konkord meydanında yüksələn nəhəng obelisk də bu abidələr sırasına daxildir. O, erkən hökmdarlığın arxitipinə çevrilməklə inanırdı ki, onun nailiyyətləri əbədi olacaqdır- deyirdi ki, “Sən ey Qüdrətli, mənim işlərimə bax və ümidini itirmə!” ll Ramzesin hökmranlığı dövründə yəhudilərin izi göründüyü kimi, İerixonun və ya Solomon məbədinin dağılmasının izləri hələ də arxeoloji qatlarda yatır. Ona görə də akademiklər arasında belə razılaşma vardır ki, yəhudilərin mənşəyi barədəki epik miflər “yalnız miflər” idi və bu düşüncədə, onlar tarixi reallıqda heç bir əsasa malik deyildilər. Arxeoloqlar dörd əsr ərzində sensasiyalı kəşflər etmişlər. Moisey heç də ll Ramzesin müasiri kimi b.e.ə. 1250-ci illərə yaxın yaşamamışdır. Bunun əvəzinə məlum olmuşdur ki, o, b.e.ə. 1540-cı ildə doğulmuşdur və Misirdən yəhudilərin çıxması təqribən b.e.ə. 1447-ci ildə baş vermişdir. Köhnə astronomik hesablamalardan istifadə edildikdə bu tarix öz təsdiqini tapır. Mesopatomiya mətnlərində Veneranın müşahidələri xəbər verilir və bu Bibliya, həmçinin bizə gəlib çatmış Misir məlumatları ilə üst-üstə düşür. Moisey b.e.ə. XVl əsrin ortalarındakı Misir hökmdarı l Neferhotepin hökmranlığı dövrünə düşür.

Misir prinsi kimi Moisey özünü Misir sirrlərinə həsr etmişdi. Bu “İncil”in “Aktlar” kitabında da (7.22) təsdiq olunur, orada apostol Stefen deyir ki, “Və Moisey misirlilərin bütün müdrikliyi ilə təlimatlanmışdı”. Moisey sürgünə, səhraya qaçanda müdrik qoca müəllimlə görüşdü. O, afrikalı, həbəşistanlı yüksək keşiş Cefro idi, daş lövhələrdən ibarət kitabxananın mühafizəçisi idi. Moisey onun qızına evləndikdə, Cefro onu yüksək səviyyədə özünü həsr edənə çevirdi. Moisey gördü ki, kol yansa da, alov onu məhv etmir. Bu özünü görmə idi ki, qəbirin başqa tərəfində gözləyən təmizləyici alov tərəfindən o, məhv olmadı. Moiseyin yanan kolu görməsindən missiya hissi qalxdı, bu məhz süd və bal axan xoşbəxt torpağa apardığı üçün, bəşəriyyətin faydası naminə işləməli olan bir impuls idi.

Lakin Moisey onun qarşısında qoyulmuş tapşırığın böyüklüyü müqabilində tərəddüd etdikdə, Allah öz qərarını sərtləşdirdi: “Və sən bu çubuğu əlinə götürməlisən, çünki sən əlamətlər nümayiş etdirməlisən”. Moisey geri, Misirə qayıdanda qərara aldı ki, “onun adamlarını azad etməyə” Faraonu (fironu) inandırsın. Moisey və qardaşı Aaron saray otağında dayanmışdılar. Aaron qəflətən öz çubuğunu yerə atdı; çubuq dəyişilib, sehrli qaydada ilana çevrildi. Faraon öz saray sehrbazlarına əmr etdi ki, onunla fərasətdə yarışsınlar, lakin onlar belə etdikdə, Aaronun ilanı onlarınkını uddu.

Moiseylə faraon arasında iradə döyüşü böyüyürdü. Moisey öz çubuğundan hadisələrin gedişi istiqamətində, göydən od ələmək və dolu yağdırmaq, çəyirtkə azarı gətirmək, Qırmızı dənizi yarmaq, qayadan güclü su axını gətirməkdən ötəri ona zərbə vurmaq üçün istifadə etdi. Moisey Faraonu öz adamlarını azad buraxmağa inandırmağa cəhd etdikdən sonra, onları Sinay səhrasına apardı və dağdan daş lövhələr gətirdi. Allahın tapşırığını yerinə yetirmək Moisey üçün Faraonu inandırmaqdan da çətin idi. Adamlar onun göstərişlərini dəfələrlə yerinə yetirmirdilər.

Onlar odlu taunla və bürünc ilanla cəzalandırıldı. Moiseyin misirlilərə zərbə vurmaq və öz xalqını intizama dəvət etmək üçün istifadə etdiyi çubuq isə heyvani şüurun isə obrazı idi.

On ehkam və “Çıxış”ın digər qanunları və “İkinci qanun” kitabı Moiseyin ictimai təlimini formalaşdırırdı. Onlar bütün xalq üçün idi. Ezoterik ənənədə o, həmçinin yetmiş sayda yaşlı adama Kabalanı, eyni zamanda İudaizmin gizli mistik təlimlərini öyrətdi. Kabala geniş kilsə kimi, böyük dünya dini kimi idi. Yenə də bunun köhnə ənənədən, misirlilərin bir sıra mistisizmindən kənarda böyüməsi düşüncəsi iddiası ilə Moiseyi və ya Kabalanı heç cür qaralamaq olmaz.

Riyazi hesablamalar da qədim Misirdən gəlmişdi, ancaq yüksək matematika Misir rəssamlığında qalmışdı. Biz indi görürük ki, heroqlif ədədlər bölməni təmsil edir, hansılar ki, 64-ün 63-ə bölünməsinin yekununa əlavə edilir. 64-ün 63-ə bölünməsi rəqəmi misirlilərin ən böyük sirri, “Pifaqor Vergülü” adlanır.

Yüksək mürəkkəb rəqəmlər “Pifaqor Vergülünə” bənzəyirlər, “Pi” və “Fi” (bu bəzən “Qızıl Mütənasiblik” adlanır) irrasional rəqəmlər kimi tanınır. Onlar fiziki kainatın quruluşunun dərinliyindədir və misirlilər onlara dünyanın yaranmasına nəzarət edən prinsiplər kimi baxılırdı, bu prinsiplərə görə materiya kosmos zəkasından düşmüşdü.

Misirlilərə görə bu rəqəmlər həmçinin kosmosun gizli harmoniyası idi və ritmlər və mütənasibliklər kimi onları öz piramidalarının və məbədlərinin tikintisində istifadə edirdilər. Bu yolla tikilən ideal olmalı idi. “Qızıl Mütənasibliyin” istifadə edilməsi ilə tikilən dəhliz, qapı, pəncərə, ifadə olunmayan bir qaydada insan ruhunu əyləndirməli idi. Misirin böyük məbədləri, əlbəttə ki, bitki formaları ilə dolu idi. lakin bu, insanın bədən üzvlərinə mütənasiblik verən bitki həyatı idi. Bitki həyatı qabırğalara çevrilirdi və onları riyazi formulaya xoş gələn qaydada əyilən edirdi. Məbəd tikənlər xüsusilə bunu yenidən yaratmağa həvəs göstərirdilər.

Misir məbədləri bu yolla tikilmişdi, çünki allahlar artıq can bədənində və qanda məskunlaşmağa qadir deyildilər. Məbəd ancaq allahın bədəni olmaq üçün tikilmişdi. Allahın ruhu bitkinin daxilində yaşayırdı və maddi bədənlər olan məbədlər bəşər ruhu kimi bitkilərin və maddi bədənlərin daxilində yaşayırdı.

Qədim yəhudilər misirlilər kimi zəngin arxitektura irsi qoyub getməmişdilər. Ədəd mistisizmi isə bizə Moiseyin kitablarının dilində, kodlaşdırılmış şəkildə gəlib çatmışdır.

Kabalanın böyük kitabı olan “Zohar” “Köhnə Vəsiyyət”in ilk beş kitabının geniş təfsiri idi, bu kitabların müəllifliyi isə adətən Moiseyə aid edilir. Kabala (yaxud Kaballa) yəhudi sözü olub, “ənənə”, “vermə”, “verilmə” deməkdir. XIX əsrin böyük rus tarixçisi H.T.Qranovski “vermə” mənasını vurğulayır. Həqiqətən də yəhudilər bu ad altında allahın Adəmə və Abrahama verdiyi gizli olmayan bir elmi düşünürdülər. İntibah erasının görkəmli nümayəndələri olan italyan mütəfəkkiri Piko della Mirandola və alman humanisti İohann Reyxlin isə bütün elmləri özündə birləşdirən vahid bir elmin yaranmasını arzulayırdılar və bu elmi Kabalada tapmağı düşünürdülər. Onlar güman edirdilər ki, Kabalada ümumdünya simvolikasının açarını tapmaq olar. Əgər dünya maddiləşmiş fikirdirsə, o vaxt Kabalaya müvafiq olaraq, sözlər və hərflər bu prosesin baş verməsi deməkdir. Allah dünyanı qədim yəhudi əlifbasının hərflərindən istifadə etməklə və nümunələrini düzəltməklə yaratmışdır. Qədim yəhudi hərfləri ola görə də sehrli proporsiyaya malik idi.

 

 

(Ardı var)

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2011.- 18 iyun.- S.22.