Vokalçı Ramil Qasımov Rusiya səfirliyinin fəxri fərmanına layiq görülüb

 

Səhnəmizin gəncKoroğlu”su, vokalçı Ramil Qasımov Rusiyanın Respublika günü münasibəti ilə canlı konsert proqramı ilə Azərbaycanda yaşayan Rusiya ziyalıları qarşısında konsert proqramı ilə çıxış edib. Vokalçının verdiyi məlumata görə, gecədə Bakı Musiqi Akademiyasının baş müəllimi Züleyxa Bayramovanın müşayiətilə, Ü.Hacıbəyli, T.Quliyev, A. Babayev, Z.Bağırovun mahnıları ilə yanaşı Avropa bəstəkarlarındaRaxmaninov, Çaykovski başqa görkəmli bəstəkarların da klassik əsərləri səsləndirilib.

Bundan başqa xanəndə Oktay Hacıyevin, tarzən Səməd Babayevin, kamançaçı İsmayıl İsmayılovun təqdimatında səslənən muğam da böyük maraqla qarşılanıb.

Tədbirin sonunda Rusiya səfirliyinin fəxri fərmanı Ramil Qasımova təqdim edilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 21 iyun.- S.7.