Azərbaycan xalçaçılıq sənəti dünya meridianlarında

 

LƏTİF KƏRİMOV ADINA AZƏRBAYCAN XALÇASI VƏ XALQ TƏTBİQİ SƏNƏTİ DÖVLƏT MUZEYİ BU MİSİLSİZ SƏNƏTİN TƏBLİĞİNDƏ MÜHÜM ROL OYNAYIR

 

Xalqımızın ta qədimlərdən bizə miras qoyduqları xalçaçılıq sənəti bu gün özünün ən yüksək inkişaf dövrünü yaşayır. Digər mədəni sahələrdə olduğu kimi dövlətimiz bu sahədə özünün layiqli yerini tutur. Gözəlliyini təbiətdən, rənglərini güldən-çiçəkdən, sevgisini insanlardan alan xalçalarımız vasitəsilə biz bir anda keçmişə, tarixin ənginliklərinə baş vurur, orada ata-babalarımızın xəfif ruhunu hiss edirik. Həqiqətən xalçalarımızda bir müdriklik, müqəddəslik var. Stressi, yorğunluğu, xəstəliyi özünə çəkən, şeiriyyətimizin ilham mənbəyi, muğamlarımızın bəzəyi, maddi-mədəni irsimizdən olan xalçalarımıza artıq beynəlxalq miqyaslı konfranslarda, təşkilatlarda yüksək qiymət verilir, üzərində daim elmi işlər, tədqiqatlar aparılır. 1967-ci ildən başlayaraq, muzey eksponatı üçün evlərdən, kəndlərdən, obalardan min bir əziyyətlə yığılıb, toplanan, qruplaşdırılan xalça xalça məmulatları artıq adi məişətdə istifadə olunan sadə əşyadan xalqın mədəni irsi kimi yüksək səviyyəyə çatdı. Əlbəttə ki, Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin bu sahədə gördüyü işlər danılmaz həqiqətdir. Bu muzey daim respublika beynəlxalq miqyaslı sərgilərdə Azərbaycan xalçalarının tanınması, təbliğatı, qorunması uğrunda əzmlə çalışıb, bu istiqamətdə gərgin aparıb. Bu işlərin nəticəsi olaraq, Azərbaycan xalçası 2010-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs Reprezentativ Siyahısına daxil edilib. Muzey daim axtarışda olub, xalçaçılıq, tikmə sənəti əl sənətkarlığının digər növlərinin unudulub, yaddan çıxmaması, əksinə onu daha da inkişaf etdirib dünya mədəniyyətinə bir ərməğan edilməsi yönümündə uğurlu layihələrə imza atıb. Dəfələrlə muzey tərəfindən keçirilən simpoziumlar, konfranslar, dəyirmi masalar buna əyani sübutdur.

Mədəniyyətimizin çiçəklənməsi naminə görülən hər bir təqdirə layiqdir. Qədim türk mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələr danılmaz həqiqətdir. Ümummilli lider Heydər Əliyevin qəlbləri titrədən “Biz bir millət, iki dövlətikkəlməsi bu yerdə necə yerinə düşür. İki xalq arasında əsrlərlə davam edən dostluq telləri mədəniyyətimizin daha da inkişaf etməsi, yeni-yeni layihələrin yaranmasına səbəb olub. Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Türkiyə Cümhuriyyətinin müxtəlif mədəni cəmiyyətləri ilə dəfələrlə uğurlu işbirliyi həyata keçirib. Burada keçirilən konfranslar, sərgilər, elmi mərasimlər hər iki dost xalqı bir-birinin mədəniyyətini, incəsənətini, adət- ənənələrini hərtərəfli yaxından tanımaqdan ötrü bir vasitədir.

1987-ci il sentyabr-oktyabr aylarında Ankara-İstanbul-İzmir şəhərlərində ilk dəfəAzərbaycan xalçaçılıq sərgisikeçirilib. Bu yüksək səviyyəli tədbirdə Azərbaycanı muzeyin direktoru Röya Tağıyeva təmsil edib.

1990-1992 –ci illərdə Türkiyənin Trabzon şəhərindəAzərbaycan xalq tətbiqi sənətimövzusunda sərgi keçirilib.

1996-cı il 27-31 may tarixində KayseridəTürksoylu xalqların xalı, kilim cecim sənətiBeynəlxalq elmi mərasimdə Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin direktoruAzərbaycanın xalça simvollarında xalqın təsəvvürləriadlı məruzə ilə çıxış edib.

1997- ci il 4-7 noyabr tarixində Ankarada IV Beynəlxalq Türk Mədəniyyət Konqresində R.TağıyevaMiniatür rəssamlığında Azərbaycan xalçalarıadlı məruzə ilə çıxış edib.

Xalça muzeyi Atatürk kültür, dil tarix yüksək kurumu, Atatürk Kültür Mərkəzinin “ERDEM” jurnalı ilə daim əməkdaşlıq edir. Bu jurnalın 1999- cu ilin noyabr buraxılışında R.Tağıyevanın “Traditions of Azerbaijan Carpet” adlı məqaləsi çap olunub.

Ankarada 2005-ci il 20-28 noyabr tarixində” VI Beynəlxalq Türk Mədəniyyət Konqresi”ndə R.TağıyevaAmerika qızıldərililərinin mədəniyyətində türk izləriadlı məqalə ilə çıxış edib.

Türkiyə Cümhuriyyətinin prezidenti Əhmət Necdət Sezərin xanımı Semra Sezər 2006- ildə Bakıda olarkən Xalça muzeyini ziyarət edib, Milli mənəvi dəyərlərimiz olan xalça, xalça məmulatları, bədii tikmələrlə, sənətkarlıq zərgərlik nümunələri ilə yaxından tanış olub, fəxri kitaba öz ürək sözlərini yazıb.

Ankarada 2007-ci il 10-15 sentyabr tarixində keçirilən“ICANAS (Beynəlxalq Asiya Şimali Afrika Çalışmaları) 38- ci Beynəlxalq Konqres”də R.TağıyevaAzərbaycan xalçalarının etnoidentikliyiadlı məruzə ilə çıxış edib. Bu konqresdə yaxından iştirakına köməyinə görə Röya xanıma sertifikat təqdim edilib.

İstanbulda 2007-ci ilin 9-23 aprelində ICOC (Şərq Xalçaları Beynəlxalq Konfransı). Şərq xalçaları üzrə XXI Beynəlxalq konfransda Röya TağıyevaAzərbaycanınŞəddəxovsuz xalçalarının təsnifatıadlı məruzə ilə çıxış edib. 2008-in 4-8 noyabr tarixində İstanbulda Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin III sessiyasına qatılıb.

Ankarada 2009-cu il 6-10 oktyabr tarixində VII Beynəlxalq Türk Mədəniyyət Konqresi. R.TağıyevaAzərbaycan kültüründə İstanbuladlı məruzə ilə çıxış edən Röya Tağıyevaya konqresdə yaxından iştirakına köməyinə görə sertifikat təqdim olunub.

Türkiyənin Kayseri şəhərində 2010-cu il 27-30 avqust tarixində I Uluslararası Səlcuqlu Simpoziumunda M. MəmmədxanovaAzərbaycan Dövlət Xalça Muzeyinin kolleksiyasındakı sənətkarlıq nümunələrində türksəlcuqlu Azərbaycan mədəniyyətində miniatür motivlərin əlaqələri”, İ. Əliyeva isəSəlcuqlu xalça ənənəsi Azərbaycan, Türk Türkmən xalılarında naxışların oxşar xüsusiyyətləriadlı məruzələrlə çıxış ediblər.

Türkiyədə, Alanyada, 2010-cu il 01-04 noyabr tarixlərində Beynəlxalq Türk xalı düz toxuma Simpoziumu keçirilib. Bu simpoziumdaAzərbaycan, Orta Asiya Türk halı sənətinin özəllikləriadlı məruzə ilə muzeyin əməkdaşları N.Tağıyeva İ.Əliyeva çıxış ediblər.

Türkiyənin sənətə, zəhmətə qiymət verən elm sənət adamları Röya Tağıyevanın beynəlxalq miqyasda Azərbaycan Xalçalarının tədqiqi, təbliği qorunması istiqamətində gördüyü işləri yüksək dəyərləndiriblər, onun bu əməyini Səlcuk Universiteti Səlcuqlu Araşdırmaları Mərkəzinin diplomuna xüsusi mükafatına layiq görüblər. Təqdimetmə mərasimi 2011 –ci il 30-31 may tarixlərində Türkiyənin Konya şəhərində “ III Beynəlxalq Türk Toxuculuq Ənənəvi Sənətkarlığı Konfransında təqdim edilib. Həmin konfransda Türkiyədən, İrandan, Azərbaycandan digər ölkələrdən olan elm sənət adamları iştirak ediblər. Türkiyədən doktor Yaşar Erdemir, doktor İsmayıl Öztürk, doktor Nuran Say, professor doktor Örcün Barışta, professor doktor Əhməd Aytac başqaları bu mötəbər mərasimdə Röya Tağıyevanı ürəkdən təbrik edərək, ona yeni uğurlar diləyiblər.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 21 iyun.- S.7.