Xocalı soyqırımı: Tankların dilindən” – faciə salnaməsinin təqdimatı olub

 

 Ötən gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qərargahında millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva İcmanın İdarə Heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə hazırlananXocalı soyqırımı: Tankların dilindənadlı kitabın təqdimat mərasimi keçirilib. Kitabın redaktoru Azərbaycan Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalıdır. Nəşrdə soyqırım haqqında şahidlərin, ermənilərin əsir girovluğunda amansız işgəncələrə məruz qalan Xocalı sakinlərinin acı xatirələri öz əksini tapıb. Burda həmçinin o dövrdə Xocalı faciəsi ilə bağlı dünya mediasında dərc olunmuş məqalələr, ümummilli lider Heydər Əliyevin prezident İlham Əliyevin bu haqda fikirləri, bəyanatları, Milli Məclisin dünya parlamentlərinə müraciətləri verilib. Kitabda soyqırımla bağlı müxtəlif beynəlxalq təşkilatlarda yayılmış qəbul olunmuş sənədlər yer alıb. Soyqırım dəhşətlərini, erməni terrorunu əks etdirən foto-faktların əks olunduğu kitabda, dəqiq rəqəmlərlə tərtib olunmuş siyahılar, həlak olan, əsir girov götürülən, itkin düşən Xocalı sakinlərinin, bütün üzvləri öldürülmüş ailələrin siyahıları öz əksini tapıb.

Tədbiri Şuşa icra hakimiyyətinin başçısı Bayram Səfərov açaraq, ermənilərin Xocalıda törətdiyi vandalizmdən danışıb, həmin qanlı hadisənin dünya tarixinin ən dəhşətli səhifələrindən olduğunu bildirib. Sonra çıxış üçün söz nəşrin həmmüəllifi, millət vəkili Qənirə Paşayevaya verilib. Qənirə Paşayeva Xocalı faciəsinin millətimiz üçün çox ağır bir hadisə olduğunu bildirib. O, dünyanın hansı ölkəsində yaşamağından asılı olmayaraq, Azərbaycan həqiqətlərini, erməni vandalizminin mahiyyətini bütün dünyaya çatdırmağın hər bir azərbaycanlının borcu olduğu fikrini səsləndirib: “Hörmətli prezidentimiz İlham Əliyev hər zaman bunu vurğulayır ki, bu həqiqətlərin dünyaya çatdırılmasında hər bir azərbaycanlı fəal olmalıdır. Bu gün prezidentimiz ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən bu sahə ilə bağlı bir çox işlər həyata keçirilir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın başlatdığıXocalıya ədalətkampaniyası da bu faciənin dünya ictimaiyyətinə çatdırılmasına yardım edir”. Türkiyə Azərbaycan türkcələrində hazırlanan kitabın yaxın günlərdə ingilis dilində nəşr edilib yayılacağını söyləyən millət vəkili daha sonra kitabın ərəb başqa dillərdə tərcümə olunub dünya ictimaiyyətinə çatdırılacağını vurğulayıb: “Bizim məqsədimiz odur ki, dünya Azərbaycana qarşı törədilən bu vəhşiliklərdən xəbərdar olsun. Biz kitabın elektron variantını da hazırlayacağıq bir çox internet saytlarında yerləşdirəcəyik”. Çıxışın sonunda Qənirə Paşayeva kitabın hazırlanmasına dəstək verdikləri üçün Heydər Əliyev Fonduna, Milli Təhlükəsizlik Nazirliyinə, Xarici İşlər Nazirliyinə əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Digər həmmüəllif Həvva Məmmədova deyib ki, biz dünyanın gözlərinin kor, qulaqları kar olan bir zamanda daha yüksək səslə danışmalı, Xocalı haqda daha çox kitablar yazmalıyıq. Bu faciələrimizi lentə köçürməklə, sənədliləşdirməklə bərabər, arxivləşdirməliyik. Ona görə də mən çox istərdim ki, Xocalı ilə bağlı bir arxiv yaradılsın”.

Təqdimatda iştirak edən Ombudsman Elmira Süleymanova, millət vəkilləri, ziyalılar kitabın əhəmiyyətindən danışıb, nəşrlə bağlı öz fikirlərini söyləyiblər.

Qeyd edək ki, Xocalı həqiqətlərinin daha geniş təbliği məqsədi ilə hazırlananXocalı soyqırımı tankların dilindənkitabı Türkiyənin İstanbul, Yalova, İzmir, Ankara şəhərlərində, soyqırımın 19-cu ildönümünə həsr edilən anım tədbirlərində ictimaiyyətə təqdim olunub. Kitab xüsusilə xaricdə yaşayan soydaşlarımız arasında, Azərbaycan diasporunun fəalları arasında geniş yayılması üçün xarici ölkələrə göndəriləcək.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 1 mart.- S.7.