Bərəkətli Çörək
muzeyləri
İNDİ DÜNYADAKI BU
TİPLİ ÇÖRƏK MUZEYLƏRİNDƏN YALNIZ
AĞDAM ÇÖRƏK MUZEYİ FƏALİYYƏT
GÖSTƏRMİR, SƏBƏB İSƏ ERMƏNİ
İŞĞALIDIR
Çörəyin tarixi bəşəriyyətin yarandığı gündən başlayır. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı əlamətlərə rast gəlinməsin. Tarixi mənbələrdə İraqın şimalında tapılan ilk mədəni buğdanın eramızdan əvvəl onuncu minilliyin ikinci yarısına aid olması göstərilir. Mənbələrdə həmçinin eramızdan əvvəl 2-3-cü minillikdə Misirdə 3 buğda növünün əkildiyi qeyd olunur. Ölkəmizdə də aparılan arxeoloji qazıntılar zamanı daşlaşmış buğda növləri eramızdan əvvəl 6-7 minilliyə aid edilir. Bütün sivil mədəniyyət sahiblərində olduğu kimi bərəkətinə and içdiyimiz çörəyə hörmət və ehtiram daim xalqımızında qan yaddaşında olmuş və ənənə bu gündə davam etməkdədir. Bu müqəddəs nemətə ehtiram həm folklorumuzda, həm də ədəbiyyatımızda öz əksini daim tapıb. Yəqin ki, hər birimiz cörəyə qarşı hörmətsizlik edənin axırının heçdə yaxşı gəlmədiyini dəfələrlə şahidi olmuşuq. Əksər xalqlar müqəddəs neməti daha əziz tutaraq mövcud ənənələri gələcək nəsllərə ötürmək, milli əxlaqi dəyərlərin daha geniş və məzmunlu təbliği məqsədi ilə çörək muzeyləri yaratmışlar. Bu sıralamada bizdə fəxrlə ölkəmizin adını çəkə bilərik... Bu məqamda xüsusi qeyd edilməlidir ki, 1980-cı ildə ölkəmizdə muzeylərin fəaliyyətinə sanki ikinci nəfəs verilmişdi. Həmin il hökumətin qərarına uyğun olaraq müxtəlif məzmunlu, xüsusəndə diyarşünaslıq muzeylərinin yaradılmasına start verildi. Bu illər qeyri-adi muzeylərin yaradılması ilə yaddaşlarda qalır. Ağdam Çörək muzeyinin, Lerik Uzunömürlülər Muzeyi, Zəngilan Daş heykəllər muzeyi adıçəkilən illərin məhsulu idi. Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə 146 muzey və 30 şəkil qalereyası fəaliyyətdədir. 146 muzeydən 138-i (21 filial da daxil olmaqla) Mədəniyyət Nazirliyinin, 4 muzey Milli Elmlər Akademiyasının, qalanları isə digər nazirlik və idarələrin tabeliyində olduğu deyilir.
Çörək muzeyləri
ilə bağlı apardığımız araşdırmalardan
bizə belə məlum oldu ki, dünyada çörək
muzeylərinin tarixi ötən əsrin ortalarından
başlayır. İsveçrə, Almaniya, Fransa, Hollandiya,
Latviya, Rusiya, Ukrayna, Braziliya, Moldova, İsrail, Belçika,
Polşa, Portuqaliya,Yunanıstan o cümlədən Azərbaycanda
daxil olmaqla hazırda 15 ölkədə 21 muzey fəaliyyətdədir.
22-ci muzeyin Belarusun paytaxtı Minskdə 2013-cü ildə
istifadəyə veriləcəyi deyilir. Çörək
muzeyləri forma və məzmununa görə fərqlənir.
Yəni müvafiq dövlət statusu almış və
dövlət büdcəsindən maliyyələşən
muzeylər, hüquqi-fiziki şəxslərə məxsus və
rəsmi dövlət qeydiyyatına alınmış muzeylər,
o cümlədən təhsil ocaqlarında
yaradılmış muzeylər. Birinci iki qrupa aid muzeylər
eksponat fondunun zənginliyinə görə seçilir. Bəzi
hallarda özəl struktur tərəfindən yaradılan
muzeylərə də rəsmi status verilir. Və turist
marşrutlarına salınır. Təhsil müəssisələrində
yaradılan muzeylər uşaqların təlim-tərbiyyəsində
ciddi rol oynasada onun eksponat fondu elə də zəngin olmur və
muzeyin muhafizəsi, habelə eksponatların qorunması tələb
olunan səviyyədə keçirilmir.
Qeyd etməliyik ki, dünyada ilk
çörək muzeyi İsveçrənin Sürix şəhərində
şəhər sakini Mişel Veren tərəfindən
1940-cı ildə yaradılmışdır. M. Verenin şəxsi
mənzilində yaradılan muzeydə qədim Misirdə,
Romada və dünyanın digər ölkələrində
bişirilən çörək numunələri indi də
nümayiş olunur. Muzeydə həmçinin daş
dövrünə aid, eramizdan 6 min əvvəl çörək
mayası olmadan bişirilmiş çörək numunəsi də
sərgilənir. Bu nadir eksponat suyu qurumuş göldə
aparılan arxeoloji qazıntılar zamanı aşkar
edilmişdir.
Dünyada ikinci, bəzi mənbələrdə
birinci göstərilən Almaniyanın Ulm şəhərindəki
Çörək muzeyi 1955-ci ildən fəaliyyətdədir.
Muzeyin adının daim birinci sırada çəkilməsi
onun ilk rəsmi dövlət statusu alması ilə baglı
olduğu deyilir. Hazırda muzeydə 18500 eksponat, çörək
və çörək məmulatlarının hazırlanma
texnogiyaları, çörəkbişirmə ilə
bağlı tarixi sənədlər və qədim eksponatlar
nümayiş olunur. Ulm şəhəri Dunay
çayının sahilində yerləşir. Muzey şəxsi
olsada, amma qeyri-kommersiya xarakteri daşıyır. Muzeyə
giriş pulludur. Əldə olunan gəlirlə maarifləndirmə
işi aparılır. Əlavə olaraq kitablar, bukletlər nəşr
edilir, eksponatların mühafizəsi həyata keçirilir.
Muzeyin yaradılma ideyası şəhər sakini antifaşist
Villi Ay-Zelenə məxsusdur. Ulm şəhəri həmdə
görkəmli fizik Albert Eynşteynin vətəni kimi tarixə
düşmüşdür. İki nümayiş zalından
ibarət olan muzey də, həm də çörək-bulka məmulatlarının
bişirilmə texnologiyasna həsr olunmuş zəngin
kitabxanada fəaliyyətdədir.
Qədim un dəyirmanında yerləşən
Fransa Çörək muzeyi isə 1972-ci ildən ziyarətçilərin
istifadəsindədır. Burada müxtəlif əmək
alətləri qədim çörək numunələri,
çörəkdən bəhs edən kitablar nümayiş
olunur. Muzeydəki eksponatların sayı 1000-i keçir.
1983-cü ildən istifadəyə
verilən Kiyev Çörək muzeyi isə bir qədər fərqlənir.
Yəni muzeyə gələnlər mövcud olmuş
çörək numunələrindən dada bilərlər.
Muzeyin ərazisində istifadəyə verilmuş çörəkxanada
bütün növ qədim və yeni numunələr
bişirilir. Və satışa çıxarılır. Kiyev
muzyində “Leninqard muhasirəsində” bişirilən
çörəkdən tutmuş, “kosmos”da yeyilən
çörəyədək numyiş olunur. Muzeydə habelə
Ukraynanın bütün vilayətlərindən
toplanılmış 100-dək çörək numunəsi,
ABŞ, Fransa, Almaniya və digər ölkələrin
çörək numunələri də nümayiş olunur. Ekoloji-naturalist
mərkəz tərəfindən yaradılan muzeyin əsas məqsədi
çörəyə və biçinçi əməyinə
hörmət və ehtiram hissini aşılamaq, qədim ənənələri
yaşatmaqdır. Ukrayanada ikinci çörək muzeyi Vinnitsa
şəhərindədir. Muzey bu gün baxımsızlıq
ucbatında məhvolma təhlükəsi ilə üzləşmişdir.
Bu gün muzeydə saxlanılan 700 eksponatdan 500-dək hissəsi
sıradan çıxmışdır. Muzeydə qədim
külək dəyirmanı da vardır. Ukranadakı
üçüncü çörək uzeyi Odessa şəhərindədir.
“Odessa Çörək” MMC tərəfindən yaradılan
muzeydə “Çörəkbişirəmə tarixi” ,
“Çardövründəki çörəkbişirmə mədəniyyəti”,
“İnqilab dövrü çörək bişirmə”,
“Çörək bişirmə mədəniyyəti
İkinci Dünya müharibəsi dövründə”,
“Müsair Odessanı çörək bişirmə mədəniyyəti”
mövzusunda ekspozisiyaları nümayiş olunur. Muzey
eksponatları içərisində II Yekatrina dövründə
verilmiş əmrlər və digər sənədlərdə
diqqəti çəkir. Muzey hələlik rəsmi dövlət
statusu almamışdır. Rusiyanın 3 şəhərində
– Sankt-Peterburq, Gəlincik və Bolqar şəhərində
bu tipli muzey fəaliyyətdədir. Rusiya Federasiyasında
birinci olan muzey-Sankt-Peterburq Çörək Muzeyi
1988-çı ildə istifadəyə Mixail Qlazumutski tərəfindən
verilsədə, dövlət statusunu yalnız 1993-cü ildə
ala bilmişdir. Hazırda muzeydə 14 000 eksponat nümayiş
olunur. 2010-cu ildə isə Rusiyada daha iki muzey Krasnodar
diyarının Gəlincik şəhərində Çörək
və Şərab müzeyi, o cümlədən Tatarıstan
Muxtar Respublikasının Bolqar Şəhərində
Çörək muzeyi istifadəyə verilmişdir. Bu muzeyin
tərkibində çörəkxana, at tövləsi və dəmirçi
emalatxanası vardır. 2011-ci ilin yanvarında muzeyə Hollandiyadan
qədim un dəyirmanı da gətirilmişdir. Xatırladaq
ki, adıçəkilən şəhər X-XVII əsrlərdə
bu ərazilərdə yerləşən Volqa
Bulqarlarıının paytaxtı olmuşdur. Muzeyin həyətində
habelə külək dəyirmanı, dəyirmançı
evi və həyat yanı sahələr vardır. Maraqlı cəhət
ondadır ki, turistlər hətta özləri burada
çörək bişirə bilərlər. Əlavə
olaraq bayramların keçirilməsi üçün
meydançanın, restoranın və dükan-bazarda istifadəyə
verliləcəyi bildirilir. Muzey kompleksi Tatarıstanın
paytaxtı Kazan şəhərindən 140 kilometr aralıda
yerləşir. Moldovadakı muzey isə Oknitsa rayonu Qraunitsa kəndindəki
məktəbdə fəaliyyət göstərir. Bəzi mənbələr
Belçika və Hollandiyda da çörək muzeyinin
olduğunu qeyd edirlər. Israilin Xayfa şəhərində
Plamur Meydanı yaxınlığında bu ölkədə
yeganə olan Çörək muzeyi fəaliyyət göstərir.
“Daqon” Çörək muzeyi ilk dəfə 1966-cı ildə
rəsmi status aldıqdan sonra ziyərətçilərə
açıq elan edilmişdir. Muzeyin yaradılmasının təşəbbüskarı
yerli iş adamı Geyven Gext həmin ildə öz taxıl
elevatorunun birinci mərhələsini istifadəyə
vermişdi. Əvvəlcə müəssisənin inzibati
binasında yerləşən muzeyə sonralar ayrıca bina
inşa edilmişdir. Muzeyə giriş pulsuz olsa da, hər
gün ancaq 30 dəqiqə açıq olur. İlk dəfə
olaraq ziyərətə gələnlərə müəssisənin
yaranmasına həsr olunmuş qısa metrajlı film göstərilir.
İlk dövrlərdən başlamış son dövlərədək
müəssisənin inkişaf tarixi, bütün texnoloji
proseslər filmdə öz əksini tapmışdır. Məlumatlarda
o da bildiriılr ki, Xayfa şəhərinin inkişafında əsas
xidmət məhz Geyven Gixtə düşür. Hazırda muzey
məhz Geyven Gextin adını daşıyan fond tərəfindən
maliyyələşdirilir. Latviyadakı çörək
muzeyi Latqaliya ərazi vahidliyinin Aqlon kəndində fəaliyyət
göstərir. Bu kənddə həm də qədim katolik
kilsəsi fəaliyyətdədir. Yerli özünüidarəetmə
orqanının keçmiş üzvü Via Antsane tərəfindən
yaradılmış muzeydə onlarca çörək növləri
nümayiş etidirilməklə, yanaşı həm də
turistlərə dadmaqda təklif olunur. Hazırda həmin kənd
tursit martşrutlarına salınıb.
Yeni, özüdə
konservantsiz undan hazırlanan çörəyin ətri bəzən
bütün kəndə yayıldığı deyilir. Muzey
ötən əsrin sonlarından ziyarətçilərin
ixtiyarına verilib. Yunanıstan Çörək muzeyi paytaxt
Afindan xeyli aralıda olan ucqar kənddə yerli folklor qrupu tərəfindən
1982-ci ildən fəaliyyətdədir. Muzeydə yerli
çörək və buğda növləri ilə
yanaşı, çörək bişirmə
texnologiyalarıda nümayiş olunur. Polşa Çörək
muzeyi isə 2000-ci ildə “İzi” şirkətinin rəhbəri
Pyotr Mankeviçin təşəbbüsü ilə
yaradılmışdır. P.Mankeviçin yaratdığı
şirkət məhz çörəkbişirmədə
istifadə olunan texnologiyaların istehsalı ilə məşğuldur
və muzeyin eksponatların əksəriyyətidə məhz
onun istehsal etdiyi mexanizmlərdir. Portuqaliyanın Seya
yaşıyış məntəqəsində 1996-ci ildən
istifadəyə verilən muzey yerli tarixçilərin təşəbbüsü
ilə yaradılmışdır. 2200 eksponat fondu olan muzeydə
Portuqaliyanın çörəkbişirmə mədəniyəti
və tarixini əks etdirən eksponatlar nümayiş olunur.
Zavodskoy muzey 10 min kv/m ərazidə inşa edilən muzey
kompleksində sərgi salonları, restoran fəaliyyət
göstərir. Serbiya Çörək muzeyinin tarixi isə
1995-ci ildən başlayır. Peçintsa yaşayış məntəqəsində
fəaliyyət göstərən muzeydə Serbiyanı
çörək mədəniyyətini əks etdirən
eksponatlar muzeydə nümayiş olunur. Muzeyi əsası rəssam
Slobodan Eremic-Eremiya tərəfindən qoyulub. Braziliyada fəaliyyətdə
olan muzeyin binasi İtaliyadan olan mühacirlər tərəfindən
inşa edilib.
Qədim un dəyirmanında fəaliyyət
göstərən muzeyə gələn turistlərə
çörəkbişirmənin sirləri də öyrədilir.
Qədim abidə yerli elmi mərkəzin layihəsi ilə
ötən əsrin sonlarında bərpa edilmişdir.
Araşdırmalar zamanı diqqətimizi çəkən məqamlardan
biridə “Buğdadan çörəyə” proqramı çərçivəsində
keçirilən Beynəlxalq Çörək bayramı idi.
Artıq dördüncü dəfə keçirilən
festifal ənənəvi olaraq Sloveniyanın Novi-Sad şəhərində
keçirilir. Burada çörək məmulatları ilə
yanaşı çörək bişirmədə tətbiq
olunan yeni innovasiyalar, texnologiyalar sərgiləir. Belə bir tədbir
ənənəvi olaraq “Balkankult Fondu” tərəfindən ən
qədim çörək muzeyinin fəaliyyət göstərdiyi
şəhərdə- Almaniyanın Ulm şəhərində
də baş tutur. Sadaladığımız muzeylər arasında
bizim üçün daha yaxını və əlçatanı
isə Ağdam şəhərində yaradılmış
muzey idi. Sadaladığımız muzeylər arasında bizim
üçün daha yaxını və əlçatanı
isə Ağdam şəhərində yaradılmış
muzey idi. Sadaladığımız muzeylər arasında bizim
üçün daha yaxını və əlçatanı
isə Ağdam şəhərində yaradılmış
muzey idi. Yuxarıda sadaladığımız muzeylər
arasında bizim üçün əlçatanı və
yaxını ölkəmizdə yeganə olan Ağdam
Çörək muzeyi idi. Sadaladığımız muzeylər
arasında bizim üçün daha yaxını və əlçatanı
isə Ağdam şəhərində yaradılmış
muzey idi. Sadaladığımız muzeylər arasında bizim
üçün daha yaxını və əlçatanı
isə Ağdam şəhərində yaradılmış
muzey idi. Vaxtı ilə Ağdamın məşhur
“Çörək muzeyi” köhnə dəyirmanın ciddi
restavrasiya edilməsindən sonra 1983-ci ilin sonlarından ziyərətçilərin
istifadəsinə verilmişdi. Ağdam Çörək
muzeyi keçmiş SSRİ məkanında birinci rəsmi
status almış muzey sayılırdı Muzeyin 2800-ə
yaxın eksponatı arasında Ağdam ərazisindəki
“Çalağan təpədə” arxeoloji qazıntılar
zamanı aşkar edilmiş və yaşı 3000 ildən
artıq olan daşlaşmış buğda da var idi.
Keçmiş SSRİ-nin paytaxt şəhərlərində
bişirilən 300-dən artıq çörək numunəsi
muzeydə sərgilənirdi. Muzeyin eksponat fondunun
yaradılmasında akademik İmam Mustafayevin, iqtisad elmləri
doktoru, professor Əbülfəz Qasımovun (Bərəkət)
və bir çox ziyalılarımızın müstəsna
rolu olub. Həmin illərdə muzeydə respublikanın
bütün bölgələrindən çörək
növləri toplanmışdı. Gədəbəy rayonundan
isə qədim tarixə malik 16 əkinçilik
avadanlığı muzeyin ekponat fonduna hədiyyə
edilmişdi. Dəyirmanın təhnəsi də o vaxtı bərpa
edilmiş və dəyirman ümumən işlək vəziyyətə
gətirilmişdi. Ağdamda görülən işlərin əsas
təşəbbüskarı isə həmin dövrdə
rayon partiya komtəsinin birinci katibi işləmiş görkəmli
ziyalı Sadıq Murtuzayev idi. Baxımsızlıqdan
dağılmaq təhlükəsi ilə üzləşən
dəyirman binası məhz onun sayəsində bir il ərzində
əsaslı təmir edilmiş, ətrafı
abadlaşdırılmışdı. Muzeyə bitişik ərazidə
təndirxanası olan “Sünbül” kafesi həm də ziyarətçilərə
xidmət göstərirdi. Ağdam muzeyi 1983-cü ildə rəsmi
status almış və muzeyin ilk direktoruda tanınmış
telejurnalist Allahverdi Əsədov olmuşdu. Ondan sonra muzeyə
Ofelya Zeynalova, Nadir Quliyev rəhbərlik etmişlər. Muzeyin
sonuncu direktoru isə Hafiz Əliyev olmuşdur. Yeddi nəfərlik
ştat cədvəlində iki elmi işçi, üç bələdçi,
bir dəyirmançı vəzifəsi var idi. Həmin illərdə
keçmiş SSRİ-yə daxil olan respublikaların yüzlərcə
vətəndaşı muzeyi ziyarətə gəlmişdilər.
Bu minvalla muzeyin fəaliyyəti 1991-ci ilin sonunadək davam elədi...
Mənfur erməni silahli dəstələrinin 1992-ci ilin
yazında muzeyə atdığı “Qrad” mərmisi muzeydə
yanğına səbəb oldu. Və bununlada muzeyin fəaliyyəti
dayandı... Biz bu yazıda hazırda dünyada fəaliyyətdə
olan çörək muzeyləri barəsində məlumat
verdik. Həm də öz çörək muzeyimiz barəsində.
Yazıda yer alan muzeylərin yalnız biri, yəni Ağdam
Çörək Muzeyi fəaliyyət göstərmir. Bu və
digər məqamlara növbəti yazıda aydınlıq gətirməyə
çalışacağıq.
Sadaladığımız muzeylər arasında bizim üçün daha yaxını və əlçatanı isə Ağdam şəhərində yaradılmış muzey idi. Sadaladığımız muzeylər arasında bizim üçün daha yaxını və əlçatanı isə Ağdam şəhərində yaradılmış muzey idi. Sadaladığımız muzeylər arasında bizim üçün daha yaxını və əlçatanı isə Ağdam şəhərində yaradılmış muzey idi. Sadaladığımız muzeylər arasında bizim üçün daha yaxını və əlçatanı isə Ağdam şəhərində yaradılmış muzey idi.
Vüqar TOFİQLİ
525-ci qəzet.- 2011.- 2 mart.- S.6.