Dövlət Teatr Muzeyinin 3D formatında hazırlanmış saytı təqdim edilib

 

Ötən gün Muzey Mərkəzində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin veb-saytının təqdimat mərasimi keçirilib.

 Təqdimat mərasimində Bakı şəhərinin muzey ictimaiyyətinin nümayəndələri, görkəmli teatr musiqi xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Nuridə Nurullayeva bildirib ki, saytMusiqi dünyasıjurnalının redaksiyası tərəfindən muzeyin fondunda qorunan materiallar əsasında hazırlanıb. N.Nurullayeva saytın hazırlanmasını teatr sahəsində böyük hadisə kimi qiymətləndirib.

Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev muzey sahəsi üzrə Azərbaycanda ilk dəfə olaraq 3D texnologiyası əsasında veb-saytın hazırlanmasını bu sahədə atılan mühüm addım adlandırıb. Nazir deyib ki, bu sayt Azərbaycan teatrını dünyada təbliğ etmək üçün çox gözəl vasitədir. Nazirin sözlərinə görə, saytda bir çox sənətkarın şəxsi arxivləri, eləcə də respublikada fəaliyyət göstərən dövlət teatrlarına aid materiallar yerləşdirilib. Layihə çərçivəsində XIX əsrin sonları XX əsrin əvvəllərinə aid müxtəlif tamaşaların səhnələrini əks etdirən şüşə neqativlər təmizlənərək saytda nümayiş olunur. Muzeyin fonoteka şöbəsində qorunan nadir video yazılar da saytda öz əksini tapıb. Bu bölmədə sənət ustalarının səs yazılarını, onlar haqqında söylənilən xatirələri dinləmək, həm də bir sıra tamaşaları seyr etmək mümkündür. Nazir əlavə etmişdir ki, bu sayt Azərbaycan teatrını dünyada təbliğ etmək üçün çox gözəl vasitə olacaqdır.

Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemət qeyd edib ki, o, suzey sahəsi üzrə respublikada ilk dəfə olaraq 3D texnologiyaları əsasında tərtib edilən veb-saytın hazırlanmasını müsbət qiymətləndirir.

İştirakçıları saytla tanış edənMusiqi dünyasıjurnalının baş redaktoru, professor Tariyel Məmmədov bildirib ki, muzeyin ekspozisiyasında nümayiş etdirilən fondlarda qorunan eksponatların bir qisminin elektron variantı hazırlanaraq sayta yerləşdirilib. Zallar üzrə üç dildə virtual tur təşkil olunub. Muzeyin fonoteka şöbəsində qorunan nadir videoyazılar da saytda əksini tapıb. Gələcəkdə saytın mütəmadi olaraq yeni materiallarla zənginləşdirilməsi nəzərdə tutulub. Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur isə bildirib ki, muzeyin ekspozisiyasında nümayiş etdirilən və fondlarda qorunan eksponatların bir qisminin elektron variantı hazırlanaraq saytda yerləşdirilib.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 3 mart.- S.7.