Yazıçılar Birliyində
“2004-2010-cu illərdə Azərbaycan
poeziyası” müzakirə
olunub
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “2004-2010-cu illərdə Azərbaycan poeziyası” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, mövzu ilə bağlı məruzəni “Ulduz” jurnalının redaktoru, şair Qulu Ağsəs təqdim edib. Məruzəçi bildirib ki, onun məruzəsi əsasən orta və yaşlı nəslin yaradıcılığı haqqındadır: “Burada bütün mətbu orqanlarını əhatə etməyə çalışmışam. Təkcə Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanlarında deyil, portallarda gedən yazılara da toxunmuşam”.
Qulu Ağsəs deyib ki, məruzəsində yazarların bəzilərinin
adlarını sadalamaqla
keçib, bəzilərinin
yaradıcılığı üzərində ayrıca
dayanıb. Məruzəçi oxuduğu
yazıları üç hissəyə bölüb: “Burada
50-60 adamın adını çəkmişəm, 20-si
haqqında da danışmışam. Mən bu
yazıları oxudum, həm əsəbiləşdim, həm
sevindim, həm kədərləndim. Üç
qisim şeirlərə rast gəldim – biabırçı,
ortabab və əla şeirlərə. Sonda
yenə sevindim, ona sevindim ki, çağdaş Azərbaycan
şeiri bu gün də mənim ürəyimə dəyirsə,
deməli, burada sevinməli nə isə var. Çünki
poeziyanın ən böyük məqsədi insan
könlünə toxunmaqdır. Burada da mən
ürəyimə toxunan yazılara rast gəldim. Azərbaycan poeziyası ölməyib”.
Tədbirə AYB sədri,
xalq yazıçısı
Anar, qurumun katibləri xalq şairi Fikrət Qoca, Arif Əmrahoğlu,
“525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid, şair Paşa Qəlbinur və digərləri qatılıblar. Dəyirmi masa
Qulu Ağsəsin Azərbaycan poeziyası ilə bağlı
məruzəsinin müzakirəsi ilə davam etdirilib.
525-ci qəzet.-
2011.- 3 mart.- S.7.