“Məqsədimiz
Azərbaycanı layiqincə
təmsil etmək və tanıtmaqdır”
VASİF MURADLI: “FİNLƏR AZƏRBAYCANI GÖRMƏK
VƏ ÖLKƏMİZLƏ YAXINDAN
Finlandiya Azərbaycan
Assosiasiyası (FAA) 2008-ci ildən
fəaliyyət göstərir.
Təşkilatın rəhbəri
Vasif Muradlı
2006-cı ildən diaspora
sahəsində çalışır.
Əvvəlcə o, Yeniyetmə
Gənclər Təşkilatını
yaradıb, sonra bu sahədə fəaliyyətini genişləndirərək
FAA-nı təsis edib. V.Muradlı “525”ə müsahibəsində bu barədə geniş danışıb.
–Finlandiya
Azərbaycan Assosiasiyasının
yaranması hansı zərurətdən meydana
gəldi?
–Finlandiyada çox az azərbaycanlı yaşayır. Demək olar bu ölkədə ümumilikdə 200-220 azərbaycanlı var. Onların arasında ziyalılar, iş adamları üstünlük təşkil edir. Finlandiya Azərbaycan Assosiasiyası onların bir araya gəlməsinə, problemlərinin həllinə yardım etməyi qarşısına əsas məqsəd kimi qoyub. Bununla yanaşı, Azərbaycan və Finlandiya xalqlarının birliyini yaratmaq istiqamətində də işlər görürük. Eyni zamanda Qarabağ həqiqətlərini, ümumilikdə tarix və mədəniyyətimizi fin xalqına, fin xalq mədəniyyətini, tarixini isə azərbaycanlı icmasının üzvlərinə tanıtmaq üçün də layihələr həyata keçiririk. Məsələn, Helsinki və Espoo şəhərlərinin mərkəzi kitabxanalarında tarixi, bədii və uşaq ədəbiyyatları bölmələrinin açılmasına nail olmuşuq. Bu il Azərbaycanda “Turizm ili” elan edilib. Bu sahənin Finlandiyada təbliği və finlərin turist kimi ölkəmizə axın etməsinə nail olmaq üçün də müəyyən işlər həyata keçiririk. Belə ki, yanvarın 20-dən 23-dək Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Beynəlxalq Turizm sərgisində bu dəfə Azərbaycanda təmsil olunurdu. Finlandiyadan isə Azərbaycanın təmsilçisi kimi biz iştirak edirdik. Vətənimizi tanıtmaqda Azərbaycandan gələn nümayəndə heyətinə burada assosiasiyamızın nəzdində fəaliyyət göstərən Yeniyetmə Gənclər Təşkilatının sədri Günay Muradlı və təşkilatın fəal üzvü, Turizm İnstitutunda təhsil alan Xeyransa Muradlı yardımçı oldular. Finlandiyanın “FSTV5” kanalının səhər proqramında Azərbaycana həsr olunmuş verilişdə fin dilində Azərbaycanın turizm potensialı, 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması, bu il ərzində keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər, Azərbaycanda açılışı nəzərdə tutulan tanınmış brend mehmanxanalar haqqında ətraflı məlumat verildi. Həmin məlumatlar Azərbaycanın görməli yerlərinin fotoşəkilləri ilə müşayiət olunub. Onu da qeyd edim ki, veriliş böyük əks-sədaya səbəb olub. Çünki sonradan lövhəmizə yaxınlaşan insanların əksəriyyəti haqqımızda veriliş vasitəsilə məlumat aldıqlarını deyirdilər. Sərgi keçirilən müddətdə təşkilatımızın digər üzvləri də ölkəmizdən gələn nümayəndə heyətinə yardım etməyə çalışırdılar.
Helsinkinin mərkəzi “Pasilan” kitabxanasına, Espoo şəhərinin mərkəzi “Entressen” kitabxanasına Azərbaycanın turizm imkanlarını əks etdirən kitablar təqdim etmişik.
Bundan başqa daim milli və tarixi günlərimizi –Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik və müstəqillik günlərini qeyd edirik, hər il 20 Yanvar faciəsi, Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçiririk. Bu faciələrimizdən bəhs edən kitabları, foto sərgilərı, sənədli filmləri Finlandiyada təhsil ocaqları və mədəniyyət mərkəzlərində nümayiş etdiririk. Bu il də fevralın 26-da Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirəcəyik.
– Dediniz ki, azərbaycanlılar arasında iş adamları, ziyalılar üstünlük təşkil edir. Bəs onlar başqa hansı sahələrdə təmsil olunurlar?
– Mən hazırda ailə üzvlərimlə
birgə Espoo şəhərində yaşayıram.
Burada 3 şəhər
(
Bu üç
şəhərdə ümumilikdə
50 azərbaycanlı yaşayır.
Bunlar arasında müəllimlərimizi,
həkimlərimizi, hüquqşünaslarımızı,
tanınmış rejissorlarımızı,
konservatoriya və musiqi məktəblərində
çalışan musiqiçi,
tərcüməçi, yazar,
iqtisadçılarımızı və bir çox
başqa sahələrdə
çalışan iş
adamlarımızı göstərmək
olar.
– Finlandiyada
“Bazar günü” məktəbləri varmı?
–Finlandiyada
azsaylı xalqların
nümayəndələrinə həftəsonu məktəbi
açmaq ehtiyacı yoxdur. Çünki Finlandiya təhsil qanununa əsasən orda yaşayan hər bir azsaylı
xalqların ana dili ümumtəhsil məktəblərində tədris
olunmalıdır. Bu qanuna
əsasən, 2006-cı ildən
Finlər öz dillərinə qiymət verən xalqdır.Onlar həmişə deyirlər
ki ,öz dilinə qiymət vermək istəyirsənsə,
başqasının dilinə
hörmət et. Fin müəllimlər
valideyn iclaslarında daim siniflərində təhsil alan azsaylı xalqları nümayəndələrinə, yəni xarici şagirdlərin valideynlərinə
sual verirlər ki, hansı dildə danışırsınız?
Onlar azsaylı xalqların nümayəndələrinə
də tapşırırlar
ki, ana dilinizdə
danışın və
öz ölkənizin
TV proqramlarına baxın.
Əgər uşaq öz ana dilini
mükəmməl bilmirsə,
onda kimliyini unudar,başqa dilləri öyrənməkdə çətinlik
çəkər. Onların
fikrincə, hər bir azsaylı xalqın övladı səhər saat 8-dən
3-4-ə qədər məktəbdə
olur, yetərincə
fin dili eşidir və öyrənir. Başqa fənlər də fin dilində keçirilir. Orta məktəblərdə həftədə
bir dəfə tədris olunan bu fənn “öz
anamın dili” adlanır.
Çox sevindirici
haldır ki, orta məktəblərdə
alban, alman, ərəb, kürd, fars, somali, vyetnam,
eston, italyan, flippin, türk, ispan və s. dillərlə yanaşı,
Azərbaycan dili də tədris olunur və bu fəndən uşaqlarımız başqa
fənlər kimi rüblük qiymətlər
alırlar.
Həmçinin Finlandiyada
dünyaya gələn
uşaqlarımızın məktəbə
gedənə qədər
keçirdiyimiz bayramlarda,
toplantılarda bizim aramızda olmasına çalışırıq. Ona
görə ki, məktəbli uşaqların
hər tədbirdə
söylədikləri şeirləri
kiçik uşaqların
eşitməsinə, görmələrinə
çalışırıq. Artıq kiçik yaşlı uşaqlar məktəbə getdikdə
Azərbaycan dili dərsində keçirilən
mövzuları və
şeirləri asan qavrayırlar.
FAA-nın
nəzdində fəaliyyət
göstərən Yeniyetmə
Gənclər Təşkilatının
fəalları bu işdə məktəblilərə
yardım edirlər. Assosiasiyamız həmçinin azərbaycanlı
uşaqların ifalarında
nağıllarımızı müxtəlif mədəniyyət
ocaqlarında nümayiş
etdirir. Beləliklə
də, uşaqlarımız
həm nağıllarımızı
öyrənir, həm
də nağıl qəhrəmanlarına çevrilirlər.
– Bu il Dünya Azərbaycanlılarının
3-cü qurultayı keçiriləcək.
Bu qurultaydan nə gözləyirsiniz?
–Ümidvaram
ki, qurultayda diaspor təşkilatlarının
birgə işləməsinə
şərait yaradılması
mexanizmi təqdim olunacaq. Bir ölkədə
fəaliyyət göstərən
təşkilat digər
ölkədə fəaliyyət
göstərən təşkilatın
iş prinsipləri ilə yaxından tanış ola biləcək, bir-birlərindən
təcrübə əldə
etmək imkanı qazanacaqlar. Fikrimcə, belə olsa bütüm ölkələrdə
olan təşkilatlar daha təcrübəli olar, daha dolğun
işlər görə
bilərlər.
– Təşkilatınızın
maliyyə mənbəyi
necədir?
–Bu günə
qədər gördüyümüz
işlərdə heç
bir yerdən maliyyə dəstəyi almamışıq. Bütün
işləri öz daxili büdcəmiz hesabına görmüşük.
Bu büdcənin də
çox kiçik olduğundan gördüyümüz
işlər bəzən
ürəyimizcən olmur.
Məsələn, istədiyimiz
qədər kitabxanalara
kitablar verə bilmirik, Azərbaycanı yetərincə tanıtmağımız
üçün daha yüksək səviyyədə
tədbirlər keçirə
bilmirik. Buna baxmayaraq, bacardığımızı edirik
ki, finlər Azərbaycanı hərtərəfli
tanısınlar, hər
fürsətdə varlığımızı
ortaya qoyur və sözümüzü
deyə bilirik.
Finlandiyada fəaliyyət
göstərən digər
xalqların diaspor təşkilatları ilə
də sıx əlaqə saxlayır, onlarla birgə müxtəlif adda tədbirlər keçiririk.
– Fin mətbuatında
Azərbaycanla bağlı
materiallar dərc edilirmi?
–Bu yaxınlarda
Finlandiyanın 2 tanınmış
qəzetində: “Helsinki sanomat”
və “İlta sanomat”da Azərbaycanın
ümumi mənzərəsini
və gözəlliyini
özündə təcəssüm
etdirən məqalələr
dərc olundu. Burada keçirilən turizm sərgisindən sonra Azərbaycanı daha da yaxşı
tanıdılar. Belə
tədbirlərin xarici
ölkələrdə dövlətimiz
tərəfindən keçirilməsi
bizim gördüyümüz
işlərə təkan
olur və ölkəmizi daha geniş əcnəbi auditroriyasına tanıtdırır.
– Finləri
azərbaycanla bağlı
daha çox nə maraqlandırır?
– Ümumiyyətlə,
finlər səyahəti
sevən xalqdırlar.
Bu səbəbdən də
onların Azərbaycanı
görmək və ölkəmizlə yaxından
tanış olmağı
çox istəyirlər.
Sadəcə viza məsələsinə dair
çox suallar verirlər. Bu sahədə
olan bəzi məhdudiyyətlər onların
bu istəkdən daşınmasına səbəb
olur.
P.SULTANOVA
525-ci qəzet.- 2011.- 3 mart.- S.5.