Klassik musiqi mədəniyyətimizə daha bir töhfə

 

 Azərbaycanın milli musiqi mədəniyyətinə hər zaman hörmətlə yanaşan bu istiqamətdə görülən işləri dəstəkləyənAzərsun HoldinqMüslüm Maqomayev adına Azərbaycan Dövlət FlarmoniyasındaAzərbaycan Bəstəkarlarının Antologiyasının təqdimat mərasimini keçirib. Layihənin müəllifi əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyovadır. Dahi bəstəkar Üzeyir Hacıbəyovun əbədi xatirəsinə həsr olunan bu layihənin təqdimetmə mərasiminə Azərbaycanın tanınmış mədəniyyət xadimləri ictimai qurumların nümayəndələri, tanınmış bəstəkarlar, sənət adamları, eləcə musiqisevərlər dəvət olunmuşdu. Qeyd edək ki, “Azərbaycan Bəstəkarlarının Antologiyası” 15 diskdən ibarət olub, 140-dan çox Azərbaycan bəstəkarlarının yaradıcılığını əhatə edən bir layihədir. Bu layihədə həm Azərbaycan Bəstəkarlar İttifaqının üzvlərinin, həm həvəskar bəstəkarların, həm müxtəlif müsabiqələrdə yer tutmuş tələbə bəstəkarların əsərləri əksini tapıb. Azərbaycan musiqi klassiklərinin piano üçün yazılmış əsərləri, demək olar ki, külliyat şəklində burada özünə yer tapıb.

 

 

525-ci qəzet.- 2011.- 4 mart.- S.7.