İçərişəhərin əbədi sakini” – böyük kəramət sahibi haqqında yeni kitabın təqdimatı olub

 

Ötən gün Azərbaycan Yazıçılar BirliyininNatəvanklubunda tarixçi-jurnalist Təranə Cəbiyevanınİçərişəhərin əbədi sakiniadlı kitabının təqdimat mərasimi keçirilib. Kitab böyük kəramət sahibi ulu Seyyid Mir Möhsün Ağanın əziz xatirəsinə həsr olunub. Kitaba Ağanı tanıyan, sağlığında onunla yaxın olan insanların, onun yaxın qohumlarının xatirələri daxil edilib. Qeyd edək ki, bu nəşr müəllifinBülbülə İmamzadəsi”, “Gənc müəllim özünü təhsil”, “Güzdəkli Sona xanım”, “Bir ömrün taleyiadlı kitablarından sonra oxucularla beşinci görüşüdür. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin əməkdaşı, şair Ədalət Əsgəroğlu açaraq Mir Möhsün Ağa haqqında kitab yazmağın qələm sahibindən cəsarət məsuliyyət tələb etdiyini bildirib: “Gərək insan o qədər saf, təmiz qəlbə sahib, islam insan fəlsəfəsinə dərindən bələd ola ki, belə bir əsəri ərsəyə gətirə bilə. Mən Təranə xanımı belə bir kitab yazdığı üçün həm təbrik edirəm, həm ona minnətdarlığımı bildirirəm”. Təqdimatda iştirak edən şair-publisist Teyyub Qurban Mir Möhsün Ağanın xatirəsinə həsr olunan bu kitabı yazmaqla Təranə Cəbiyevanın çox savab bir əməl həyata keçirdiyini qeyd edib.

Şairlər Abbas Abdulla, Dayandur Sevgin başqa iştirakçılar da kitabın əhəmiyyətli bir toplu olduğu fikrini önə çəkiblər.

Tədbirin sonunda çıxış edən Təranə Cəbiyeva kitabın necə ərsəyə gəlməsindən danışıb: “MənIçərişəhərin əbədi sakinikitabını yazarkən ağlıma da gətirməzdim ki, bu kitabı cəmisi bir aya tamamlayacam. Ancaq Ağanın cəddi sözün əsl mənasında mənə kömək oldu mən bu kitabı bir ay içində yazıb başa çatdıra bildim. Ağa haqqında eşitdiyim möcüzələr mənim həmişə onun kəramətinə olan inamımı artırıb. Mir Möhsün Ağa haqqında mətbuatda ilk yazım 2006- ildə işıq üzü görüb. İndi o gündən 4 il keçir. Bu 4 il ərzində Bakı kəndlərinin tarixi ilə bağlı araşdırmalarda həmişə sadə insanların Ağanın möcüzələri ilə bağlı fikirləri məni heyrətə salıb. Mir Möhsün Ağa haqqında çoxdan bəri yığılıb qalan duyğularımı geniş oxucu kütləsi qarşısına çıxartmağım isə Ağanın ölümündən 60 il keçəndən sonra, 2010- cu ilə təsadüf etdi”. Çıxışının sonunda müəllif kitabın ərsəyə gəlməsində əməyi olan Mir Möhsün Ağa haqqında dolğun məlumatlar çatdıran insanlara öz təşəkkürlərini bildirib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 4 mart.- S.7.