Xudafərindən keçmişimizə
və bugünümüzə
bir nəzər
YAXUD ÜRƏKDƏ YAŞAYAN AĞRI VƏ ŞÖLƏLƏNƏN
ÜMİD
Xudafərin körpüsünə çatanda
iranlı sürücüyə
– qardaş, mümkünsə
maşını burada
bir dəqiqəliyə
saxla – deyə müraciət etdim. O maşını
saxlayıb soruşdu:
– Ağa, burada neyləmək
istəyirsən?
Yarızarafat dedim ki, bu
körpü vasitəsi ilə Arazın o tayına, öz
doğma vətənimizə gedib-qayıtmaq istəyirəm. Sürücünün təəccübü və
narahatçılığı bir qədər də
artdı. Təəccüblə dedi:
– Elə
şeymi olar? Bu mümkün deyil.
Sərbazlar bizi möhkəm
cəzalandırarlar.
...Xudafərin
körpüləri ilə
Səthi yonulmuş daş lövhələri ilə
üzlənən 11 aşırımlı
körpü XIII əsrdə
– Elxanilərin hakimiyyəti
dövründə yenidən
bərpa edilib. Ötən
əsrin 30-cu illərinədək
əsas keçid məntəqələrindən biri kimi fəaliyyət
göstərib, az sonra sovet ordusu tərəfindən
dağıdılıb, üç
orta tağı indiyədək salamat qalıb. İndi yaddaşlarda “Sınıq
körpü” tək yaşayır.
Onu da qeyd edək
ki, bu körpülər
təbii qayalar üzərində inşa
olunduğundan, aşırımlar
arasında məsafə
də müxtəlifdir.
Naxçıvanın memarlıq inciləri sırasında özünə
məxsus yer tutan Qarabağlar kəndindəki qoşa minarə də Elxanilərin hakimiyyəti
dövründə inşa
olunub. 16 metr
hündürlükdə olan,
sərdabə və yerüstü hissədən
ibarət olan Qarabağlar türbəsinin
tikintisində də qırmızı və firuzəyi kaşılı
kərpiclərdən geniş
istifadə olunub.
Minarələri bir-birlərinə bağayan baştağın
üzərində Elxani
hökmdarı Hülaki
xanın arvadı Quti xatunun adı
yazıldığından, onun şərəfinə
tikildiyi güman edilir. Deyilənə görə, Hülaki
xan özü də bu şəhərdə
yaşayıb. Orta əsrlər
türk səyyahı
Övliya Çələbi
“Səyahətnamə” əsərində
Qarabağları meyvə
bağları arasında
yerləşən böyük
şəhər kimi təsvir edib. Onun fikrincə, burada 50 min adam
yaşayırdı, çoxlu
məscid, minarə, karvansara mövcud olub.
Bərdə türbəsi kimi onun da XIII-XIV əsrlərdə tikildiyi
ehtimal olunur. Bu türbələr arasında
oxşarlıqlar çoxdur.
Tikilən abidələr isə
təbii ki, Elxanilər dövlətinin
yadigarı, nişanəsi
olmaqla onun gücünü, qüdrətini
göstərir. Ulu
öndər Heydər
Əliyevin bir kəlamı ilə fikrimi tamamlamaq istəyirəm: “Bu abidələrin
memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın
qədim dövlət
olmasını göstərməsidir.
Bu, təkcə memarlığın zənginliyini
yox, dövlətçiliyin
nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir. Əgər dövlətçilik o qədər
yüksək səviyyədə
olmasaydı, onlar bu cür abidənin
yaradılması barədə
qərar qəbul edə bilərdilərmi?”
...15 aşırımlı
Xudafərin körpüsünü,
Cəbrayıl rayonu ərazisindəki dağların,
təpələrin döşünə
sığınan və
təxminən əlliyə
yaxın evi əhatə edən kəndin miskin və yoxsul görkəmini fotokameranın
yaddaşına köçürmək
istəyəndə yanımızda
ağ rəngli
bir maşın dayandı. Maşından düşən xüsusi geyim formasında olan şəxs bizdən soruşdu:
– Burada neyləyirsiniz?
Baxışları əlimdəki
kiçik fotoaparata sataşanda amiranə şəkildə:
Maşınınıza oturub yolunuza davam edin, özünüzə
problem yaratmayın, sərhəd
boyunca şəkil çəkmək qadağandır.
Yol boyunca gördüyüm uçuq-sökük binalar
yenidən gözlərim
önündə canlandı. O evlər
ki, heç birində qapı-pəncərələr,
dam örtüyü qalmayıb.
Araz
çayı boyunca ürəkağrıdan daha bir neçə
acı mənzərənin şahidi olduq. İri bir kənddə
də evlərin görkəmi təxminən eyni halda idi.
Həyət-bacalarda yaşıllıq əlaməti
olan ağac, ting gözə dəymirdi, olanlar da qurumuşdu.
Zəngilan rayonunun bir
çox sərhəd yaşayış məntəqələrində
isə od-alova bürünən sahələr az
deyildi. Hiss olunurdu ki, məkrli düşmənlərimiz ilin
soyuq günlərində otlaqları,
yaşıllıqları məhv etməklə ekologiyamıza
ciddi ziyan vurublar.
Sovet dönəmində
ermənilərlə sərhəd xəttində yerləşən
əsgər zastavası da neçə illərdir ki,
xarabalığı xatırladır.
Neyləyək
ki, hələ də müharibə şəraitindəyik,
işğal altında olan torpaqlarımızda məkrli
düşmən talançılıqla məşğul olur.
Mincivanda,
xüsusən də Nüvədi yaşayış məntəqəsində
gördüklərimiz də ürəkaçan deyildi. İqtisadi
inkişafın zəifliyini, geriliyi buradakı rayon mərkəzlərinin
timsalında da aydın sezmək olurdu. Ən
acınacaqlısı isə dəmiryol xətlərində
aparılan dağıdıcılıq tədbirləri idi.
Polad relslər sökülərək
maşınlara yüklənib daşınırdı. Deyilənə görə, onlar “metallom” adı ilə
uzaq ölkələrə satılır.
...Bakıdan
Naxçıvana avtomaşınla getməyin öz çətinlikləri
olur. Əvvəla, gün ərzində, gərək
oturaq halda təxminən 600-650 kilometr yol qət edəsən.
Əsas çətinlik də qonşu ölkədə
Nənəmvay deyilən ərazidədir. Bu
istiqamətdə yolun xeyli hissəsi uca dağ ətəklərindən,
keçidlərindən ibarətdir. Araz
çayı boyunca, Xudafərin istiqamətində uzanan ensiz,
darısqal asfalt yol sürücülərdən böyük
məharət tələb edir. Üstəlik,
işğal olunmuş sərhəd kəndlərimizin indiki mənzərəsi
– dam örtükləri, qapı və pəncərələri
dağıdılmış, həyət-bacalarındakı
ağacları qurumuşdur. Həyat
nişanəsi olmayan bu kəndlər daha çox
xarabalıqları xatırladır.
P.S: Hər dəfə Xudafərin
körpüsü, işğal olunan torpaqlarımız
yadıma düşəndə tariximizin qüdrətli və
öyünüləsi dövrlərindən birini təşkil
edən Elxanilərin hakimiyyəti dövrünü
xatırlayıram. İnşallah yenə də
o gücün və qüdrətin sahibi olacağıq. Bunu məkrli düşmənlərimiz də
yaxşı bilir. Bu səbəbdən də
işğal olunan torpaqlarımızda qorxa-qorxa
yaşayırlar. Bilirlər ki, bu
torpaqların sahibi nə vaxtsa qayıdacaq.
Səhifədəki
materiallar Azərbaycan Respublikasının Prezidenti yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun layihəsi üzrə çap olunub
Məmməd MƏMMƏDOV,
Naxçıvan MR Ali Məclisinin deputatı,
tarix üzrə fəlsəfə doktoru,
əməkdar jurnalist
525-ci qəzet.- 2011.- 4 mart.- S.6.