Sitatlar Ramiz Qusarçaylıdandır
Ağlamaq fəlsəfəsi
Elm kimi fəlsəfənin yaşını azaltdıqca azaltmaq olar. Ancaq həyatın dialektikası kimi fəlsəfənin tarixini ən uzaq keçmişlərə doğru artırmaq mümkündür. Bu baxımdan, elm mərhələsinə qədər fəlsəfəni özünə sarıyıb gətirən Poeziya olub. Poeziya – yəni ədəbiyyat.
İnsan dünyaya gələndə Poeziya – ədəbiyyat yaranıb. Ağlamaq – poeziyanın ilk ünsürlərindən biri olub. Ağlamaq hadisəsi poeziyada (yəni ədəbiyyatda) zaman-zaman cürbəcür mənalarla dəyərləndirilib, bu ifadədən poeziya yetərincə yararlanıb. Fəlsəfə Böyük Poeziyanın bel sütunudur. Poeziya isə bel sütunu üstündə möhkəmlənən bütöv bir bədən – əzalar sistemidir.
Poeziya olmasaydı, “fəlsəfə yoxsulluğu” labüd olardı.
İnsan fəlsəfənin
əsas predmetidir. Ağlamaq dünya fəlsəfəsinin ən
qədim baxışlarından
biri olub. “Dünya ağlayırsa, ağlayır şair”.
Ağlamaq insandan gəlir,
“Nə şum var, nə daş ağzı
Nə daşlığa dən ağla.
Mən ağlaya bilmirəm,
Dur, mən ölüm, sən ağla”,
təbiətdə davam edir:
“Bir ləçək üstündə arı izləri,
Bir ləçək altında xəzəl görünür.
Gözümdən çəkilmir şehli gözləri
Güllər ağlayanda gözəl görünür”.
Yaşamaq fürsətini əldə
edən insanın bir ağlamaq fürsəti də vardır.
“Bu yağış gör harda haqladı məni
Yolun ortasında, çölün düzündə
Bu yağış gör harda ağladı məni, –
Ağlaya bilərdim elə özüm də.”
Nəhayət, ağlamaq labüdlüyü
var – insan labüdlüyü tək.
“Gözündə yaş çiçəkləyib anamın
Toyumdumu, yasımdımı
bu gecə. ”
Ağlamaq poeziyada məzmundur. Məzmun formanı yaradır.
“Bir kəndin dərdini ağlayan şair
Bir kəndin gözündən uzaq düşübdür. ”
“ El üçün
ağlayan...” xalq ifadəsinin poeziyadakı çox uğurlu
variantı.
Ağlamaq sözünün
poetik dartımı uzundur. Ağlamaq ifadəsi həmişə
məzmun təşkil
etmir. Belə ki, forma və
məzmun yerini dəyişə bilir.
“Ağlamaq” formanı ifadə edir.
1)“Dad” bildirir:
“Nə dadlı ölümdü bu,
Nə ləzzətli
ağlamaq...”
2) Dəyər
bildirir:
“Mən özüm ölmədim,
Tanrım
Məni abırnan
ağlama...
Məni çadırnan ağlama”.
Ağlamağın mənfi çaları
var.
“Çırmalanıb
yasında
Yallı gedən millətim”.
Ağlaya bilmək və ağlaya bilməmək
var.
“Ağaclar
hıçqırır gülü
üstündə
Elə bil ağlayır ölü üstündə”.
“Bu torpaq
dərdini darayır hələ
Düşüb üzü
üstə zarıyır
hələ”
Ağlamağın ən yüksək həddi poeziyada daha tez və
mükəmməl şəkildə
həllini tapır.
“Bu torpaq
sənindi, sən bu torpağın
Ələyir, sovurur qəm bu torpağı
Həm səni
ağladım, həm
bu torpağı
Gözümün yaşını yelpiklədinmi?!”
Ağlaya bilmək həddi də ən yuxarı nöqtəyə
poeziya vasitəsilə
çata bilir.
“Yermi gücdən düşüb,
göymü soyuyub,
Torpaqmı üstündə saxlaya bilmir.
Tumurcuq gözlərin
yaşı quruyub,
Ağlamaq istəyir, ağlaya bilmir”.
Şairin ağlamağı onun şeir yazmağıdır.
“Bir şeir ağladım
gecə yarısı.
Bir şeir
hönkürdüm
ağ vərəqlərə.
. . ”
Özgələşmə
Özgələşmə – Vətən torpağına
yadellilərin axını
deyil. Özgələşmə – yadların qarətçilik,
cahangirlik yürüşləri
yox, (“Gör kimlər gözünü
dikib bu yerə”) bir millətin girov saxlanması da deyil (“Gör kimin əlində qalıb bu torpaq”).
Kökündən aralanmasıdır.
“Kökündən
qaçanlar
hər kökə
düşər
Ağrısı Bosnaya, Kərkükə düşər”.
Özgələşmək çox
ağır dərddir,
haray çəkdirir adama:
“Özündən
qaçan millət,
özünə qaç,
özünə”.
Millət, Vətən haqqında şeir, şüar deyə-deyə, alovlu çıxışlar edə-edə
özgələşir insan,
özgələşir vətəndaş,
özgələşir vətən.
Özgələşmə – doğmalaşma kampaniyasından
başlayır.
“Eh, məni
doğmalar çətin
duyacaq,
Özgələr çox gözəl yaşayır məni”.
yaxud,
“Bizdən
itənləri özgələr
yığıb
Özgələr daşıyıb biz atanları”.
Əvvəlcə mənəvi deyilən bir çox nəsnələri atdıq,
sonra adamları, onların təmsil olunduğu bölgələri
tulladıq getdi, daha sonra Qarabağ. ““Elə bil Qarabağ
heç sizin deyil”. Kəlbəcər,
Laçın, Zəngilan,
Ağdam, Qubadlı işğal olundu Qərbi Azərbaycan kimi, şimali, cənubi Azərbaycan kimi.
Özgələşmənin qabağını bütövləşmə
ala bilər. “Mənimçün
Qubada bir məhəllə var”.
Özgələr, yadlar ola-ola, yadlaşmaq ağır dərddir. Yadlaşma millətin axırıdır.
Yadlaşmada daha kökün üstündə
bitə bilməmək
var. “Kökündən qaçanlar
hər kökə düşər...” Yadlaşma – doğma
torpağın yadın
əlinə keçməsi
ilə nəticələnir.
“Hələ ki,
özüməm, hələ
ki, torpaq”. “Özüm” deyiləmsə,
heç kiməm.
Və
“Bizi daşıyırlar, bizi atırlar,
Bizi gətirirlər, satırlar
bizə”.
Çünki:
“Artır yad zurnaya qamış tutanlar”.
Çünki:
“Bu kənd bir-birini yeyir hələ də”.
Çünki:
“Özgə yabısına
yüyənlər artdı”.
Çünki:
“Hərə özü boyda hərraca döndü”.
Çünki:
“Dönüb yal qabına bir ovuc torpaq”.
Çünki:
“Qalanıb kül üstə kül, yapa bilmir.
lar başımızda
kül dəyişdirir”.
Çünki:
“Bu millət özüylə
dil tapa bilmir”.
Çünki:
“Vaya bax, şıdırğı
oynayır Vətən”.
Çünki:
“Naşı zurnaçılar
züyə yıxılır”.
Çünki:
“Dağlar
bir-birinin xətrinə
dəyir,
Daşlar bir-birini
yeyir, baxsana...”
Beləliklə, özgələşmə
təkcə dünya siyasət “sənayesinin” məhsulu kimi yox, həm də
yer kürəsinin alt
və üst qatlarına təsir edə biləcək, təbii fəlakətə
səbəb ola
bilən ictimai fəlakət mahiyyətli
bir anlama gəlib çıxır.
Özgələşmə – dəyərlər sisteminin
dağılaraq mənəvi-fiziki
dünya həqiqətlərinin
ayaqlar altına atılmasıdır.
Zakir MƏMMƏD
525-ci qəzet.-
2011.- 5 mart.- S.18.