Mingəçevir leysanının oxucularla daha bir görüşü

 

 Bu yaxınlardaMingəçevir leysanıədəbi-bədii jurnalının növbəti sayı oxuculara təqdim edilib. JurnalınPoeziyabölməsinə Zakir Ağdamlının, Bəstinin, Qüdrət Məmmədovun, Elşən Əzizin, Humay Məmmədovanın, Murad Heydəroğlunun, Gültəkin Tağıyevanın, İsmayıl İmanzadənin şeirləri daxil edilib. Nəsrguşəsində Svetlana MəcidovanınMəhəbbət”, Fəxrəddin ƏzizinGörüş”, Eldəniz CəfəroğlununTüpürcək”, Günel ƏliyevanınHamısını özün etmisən”, Gülnarə Dünyanın hekayələri, Zümrüd RəhimovanınTəhminəpoevsti Durdı BaydıyevanınYeni il axşamıadlı yumoristik hekayəsi (Nazim Saniyevin tərcüməsində) verilib. S. MəcidovanınMəhəbbəthekayəsində iki gəncin bir–birinə olan saf sevgisindən bəhs olunur. Ləman Rəşad adlı vətənpərvər gənclərin sevgi hekayəsində Qarabağ müharibəsinin qanlı-qadalı illərində Rəşadın cəbhədə göstərdiyi igidlik, Ləmanın onu böyük məhəbbətlə gözləməsi təsirli şəkildə təsvir edilir. Digər maraqlı bir hekayə Fəxrəddin ƏzizinGörüşüdür. Bu hekayədə Şəmsiyyə adlı qız onu dəlicəsinə sevən, əhd-peyman bağladığı Seyrana vəfasızlıq edib başqa biri ilə evlənir. Seyran Hərbi xidmətdən qayıdandan sonra Şəmsiyyənin ailə qurduğunu eşidir həyatdan küsür. Aradan uzun illər ötəndən sonra təsadüfən onlar yenidən görüşürlər. Məlum olur ki Şəmsiyyə ərindən ayrılıb.

Seyranla yenidən qovuşan Şəmsiyyə səhv addım atdığını etiraf edir. Hekayə nikbin sonluqla, Şəmsiyyə ilə Seyranını qovuşması ilə bitir. Zümrüd RəhimovanınTəhminəpovestində isə Tahirə adlı gənc bir qızın acı taleyi əks olunub.

ToplununPublisistikabölməsində İsamyıl Mərcanlının alim Saleh İbrahimovun 80 illik yubileyinə həsr etdiyiİstedadlı alim, aqil insan”, Eyyub CabbaroğlununDünya heç kimin Ramiz İsmayılovunBayraqdarməqalələri yer alıb. JurnalınTənqid ədəbiyyatşünaslıqbölməsində isə Kifayət Əliyevanın qələmə aldığıƏli bəy Hüseynzadə Füyuzatjurnalı Məmməd MərzilininQarabağsız döyünən ürəkbaşlıqlı yazıları öz əksini tapıb.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 5 mart.- S.17.