Aktrisatəqdim olundu

 

Teatr Xadimləri İttifaqının tamaşa zalındaAktrisabədii filminin təqdimat mərasimi gerçəkləşib. Mədəniyyət Turizm Nazirliyinin sifarişi iləPozitiv Mediyaprodüser mərkəzində istehsal olunan bədii filmin quruluşçu rejissoru Rövşən İsaxdır. Filmin nümayişindən öncəAktrisafilminin yaradıcı heyəti səhnədə tamaşaçılarla təəssüratlarını bölüşüblər. Rejissor Rövşən İsax filmin ərsəyə gəlməsində dəstəyi olan Mədəniyyət Turizm Nazirliyinə təşəkkür edib. Kriminal-dram janrında çəkilən filmdə bir-birinin ardınca törədilən 3 qətl hadisəsindən bəhs edilir. Peşəkar müstəntiq inanır ki, bu qətllərin üstünün açılması bir parolun tapılmasından asılıdır. Filmin ssenari müəllifləri İlqar Fəhmi Rövşən İsax, quruluşçu-operatoru Rövşən Quliyev, bəstəkarları Vasif Arifoğlu, Nazim Əhmədov, səs rejissoru Orxan Ağalarov, montaj rejissoru Vüqar Əmirov, montajçı İlham Məhərrəmov, icraçı prodüserlər isə Abdulnəsir Kutiyev Rizvan Məmmədovdur. Rollarda Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsax, Şövqi Hüseynov, Məlahət Əhməd, Rəşad Səfərov, Salam İsmayılov başqaları çəkiliblər. Filmin soundtrekini isə müğənni Röya ifa edib. Təqdimat mərasimində mədəniyyət incəsənət xadimləri iştirak ediblər.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2011.- 8 mart.- S.7.