Xalq yazıçısı
İsmayıl Şıxlının
xatirə lövhəsi
açıldı
Ötən gün xalq yazıçısı
İsmayıl Şıxlının
uzun illər yaşadığı Üzeyir
Hacıbəyli küçəsindəki
27 nömrəli binanın
qarşısında onun
xatirə lövhəsinin
açılış mərasimi
gerçəkləşib. Mərasimi
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev açaraq, unudulmaz sənətkarın
həyat və yaradıcılığından danışıb: “Azərbaycan
ədəbiyyatının ən
parlaq simalarından biri olan İsmayıl
Şıxlının məşhur
“Dəli Kür” romanı və roman əsasında çəkilmiş
eyni adlı filmi onu milyonların
sevimlisinə çevirib,
həm ədəbiyyat,
həm kino ictimaiyyəti arasında böyük qələm sahibi kimi şöhrətləndirib”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı
Anar görkəmli qələm sahibinin ədəbiyyatımızdakı özünəməxsus yerindən
danışaraq, “Dəli
Kür” romanını
xüsusi vurğulayıb.
Anar İ.Şıxlının
yaddaşlarda həm böyük yazıçı,
həm də müdrik ziyalı kimi qaldığını
diqqətə çatdırıb:
“Yazıçının müxtəlif
illərdə 20-dən artıq
kitabı nəşr olunub.
O, Azərbaycan Yazıçılar İttifaqının
katibi, “Azərbaycan” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının
birinci katibi, SSRİ Yazıçılar İttifaqının
katibi kimi məsul vəzifələrdə
çalışıb, Ali Sovetin və Azərbaycan Milli Məclisinin deputatı olub”. Milli Məclisin mədəniyyət komitəsinin
sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov
İ.Şıxlının “Cəbhə gündəlikləri”ndən
tutmuş “Mənim ölən dünyam” əsərinə qədər
böyük yaradıcılıq yolu keçdiyini dilə gətirib.
Sonda yazıçının oğlu,
“Ayna-Zerkalo” qəzetinin
baş redaktoru tanınmış jurnalist
Elçin Şıxlı
atasının xatirəsini
əbədiləşdirmək məqsədi ilə imzaladığı sərəncama
görə prezident İlham Əliyevə minnətdarlıq ünvanlayıb. O, mərasimin təşkilatçılarına
və iştirakçılarına təşəkkürünü
bildirib.
Sonda heykəltəraş Natiq Əliyevin hazırladığı barelyefin
üzərindəki örtük
götürülüb.
HÜSNİYYƏ
525-ci qəzet.-
2011.- 8 mart.- S.7.