“Akademik Milli Dram
Teatrı foto-salnaməsi”nin təqdimatı olub
Dünən Akademik Milli Dram Teatrının studiyasında iki kitabdan ibarət “Akademik Milli Dram Teatrı foto-salnaməsi”nin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına
görə, tədbir
Akademik Milli Dram Teatrının hazırladığı
tamaşalardan fraqmentlərin
nümayişi ilə
başlayıb. Mərasimdə çıxış edən
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov kitab haqqında məlumat verib. Mədəniyyət və
Turizm Nazirliyi və Akademik Milli Dram Teatrı tərəfindən hazırlanan
foto-salnamədə Azərbaycan
dramaturgiyası və
teatrın yarandığı
gündən bu günə kimi olan dövrdə Milli Dram Teatrının tarixinə aid olan sənədlər, dövri
mətbuatdan götürülmüş
informasiyalar və
nadir fotolar toplanıb.
Salnamənin hazırlanmasında görkəmli tədqiqatçı
Qulam Məmmədlinin,
professor İlham Rəhimlinin
kitablarından da istifadə edilib. Salnamədəki materiallarının əksəriyyəti teatrın
özəl arxivindən,
mövcud nəşrlərdən,
ayrı-ayrı tədqiqatlardan,
müxtəlif muzey və arxivlərdən, mətbuatda dərc olunmuş xatirə xarakterli yazılardan, həmçinin şəxsi
arxivlərdən toplanıb.
Qeyd olunub ki, salnamənin
hazırlanmasında uzun
müddət teatrda truppa müdiri işləmiş əməkdar
mədəniyyət işçisi
Qürbət Qurbanovun
gündəliyi mühüm
əhəmiyyət kəsb
edib. Hər dildə görkəmli
sənətkarların oynadığı
tamaşalardan audio-disk də
əlavə olunub.
İki kitabdan ibarət foto-salnamənin layihə və ön sözünün müəllifi
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, koordinatoru mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev, buraxılışa məsul
əməkdar mədəniyyət
işçisi Maqbet Bünyadovdur. Salnaməni sənətşünaslıq
namizədi Məmmədşah
Atayev tərtib edib. Kitabın redaktoru əməkdar
mədəniyyət işçisi
Atababa İsmayıloğludur.
525-ci qəzet.-
2011.- 10 mart.- S.7.