Abdulla Şaiqin 130 illik yubileyi qeyd edilib

 

Gənc Tamaşaçılar Teatrında Azərbaycanın görkəmli ədibi, maarif mədəniyyət xadimi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət turizm naziri başda olmaqla nazirliyin rəhbər heyəti, AMEA-nın Azərbaycan Yazıçılar Birliyinin məsul şəxsləri, Azərbaycan elm mədəniyyət xadimləri, Abdulla Şaiqin tədqiqatçıları, ali məktəblərin professor müəllim heyəti, tələbələr, şagirdlər iştirak ediblər. Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında ədibin həyat yuradıcılığıdan danışıb. Nazir müvaini bildirib ki, tədbirin keçirilməsində məqsəd milli bədii fikir tarixində özünəməxsus yeri olan Azərbaycan ədəbiyyatının klassiki Abdulla Şaiqi bir daha xatırlamaq, yaradıcılığını təbliğ etmək, bu yöndə fəaliyyət göstərən mənzil-muzeyinin işini təqdim etməkdir. AMEA-nın həqiqi üzvü, akademik Bəkir Nəbiyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar A. Şaiqin şəxsiyyəti, həyat yaradıcılığı, bədii elmi irsi haqqında danışıblar. Mərasimdə yubiley münasibətilə nəşr edilənAbdulla Şaiqin Mənzil Muzeyi. 1991-2011” kitabı, ədibin müxtəlif janrlı əsərləri, şeirlərinə yazılmış musiqi nümunələri təqdim olunub. Eyni zamanda Gənc Tamaşaçılar teatrının hazırladığıQaraca qıztamaşası nümayiş etdirilib.

 

 

525-ci qəzet.- 2011.- 10 mart.- S.7